Bazarda səhnəcik   

 

"XATİRƏ YARPAQLARI"NDAN

 

 

 

Teatr tamaşalarında tərəf-müqabil, hətta bəzən rəqib olan səhnəmizin iki qüdrətli sənətkarı - Xalq artistləri Lütfəli Abdullayev Bəşir Səfəroğlu həyatda yaxın dost idilər.

 

İndi sevə-sevə baxdığımız, ekran həyatının yarım əsrini çoxdan başa vurmuş "Əhməd haradadır?" filmində Zülümovun - Lütfəli Abdullayevin "Can ay yetim!" deyə ayaq üstə dura bilməyən epizodik rolun ifaçısı Bəşir Səfəroğlu ilə qolboyun olub qucaqlaşması bu görkəmli sənətkarların təkcə klassik aktyor oyunu deyil, həm həyatdakı iki dostun bir-birinə mehribançılığının təzahürü idi.

Təəssüflər ki, mən Lütfəli Abdullayevlə Bəşir Səfəroğlunun böyük səhnədə birgə oynadıqları tamaşaların iştirakçısı olmamışam, yalnız ekranda onların ifalarına baxmışam.

Ancaq... Ancaq bizim Şabranda (o zaman keçmiş Dəvəçidə) kolxoz bazarında onların göstərdiyi səhnəciyin tamaşaçısı olmuşam.

Gərək ki, onda 1965-ci ilin yay ayları idi biz məktəblilər tətildə idik.

Musiqili komediya teatrının truppası bizim Şabrana gəlmişdi axşam o zamankı kino-teatrda tamaşa göstərəcəkdilər. Aktyorlar mehmanxanada qalırdılar. Tay-tuşlarımla mehmanxananın qarşısını kəsdirmişdik. Günortanın erkən vaxtları idi. Lütfəli Abdullayevlə Bəşir Səfəroğlunun mehmanxanadan çıxan görüb arada xeyli məsafə saxlayıb arxalarınca düşdük. Sanki mühafizəçiləri idik. Mərkəzi küçədə o böyük sənətkarlarla qarşılaşan yaşlı adamlar dayanıb onlarla görüşür, söhbətləşirdilər. Təbii ki, məsafə saxlayıb qıraqda dayanmış biz uşaqlar onların danışdıqlarını eşitməsək , o yaşlı həmyerlilərimizin Lütfəli Abdullayev Bəşir Səfəroğlu ilə söhbətləşmələrinə qibtə edirdik. İndi fikirləşirəm ki, o yaşlı həmyerlilərimiz söhbət zamanı çox güman ki, o böyük sənətkarlarımıza qulluqlarında durmalarını təklif edirlərmiş. isə... Lütfəli Abullayev ilə Bəşir Səfəroğlu bazara döndülər.

Elə həmin səhnəcik Şabranın o köhnə bazarında baş tutdu.

Uzun piştaxtaların birində sıra ilə pendir satan yaşlı qadınlar durmuşdu. onlar da şəhər qiyafəsində, tanımadıqları yad müştəriləri görüb satdıqları malları ağız-ağıza verib tərifləməyə başladılar. Lütfəli müəllim heç əlini pendirə toxundurmadan barmağını ağzına aparıb üz-gözünü turşutdu: - yaman şordur.

Satıcı qadın and-aman etdi ki, bu, süzmədir, heç ona duz qatmayıb.

Bəşir Səfəroğlu digər qadının satdığı pendiri tərifləməyə başladı ki, şor deyil, baldır. Duzsuz pendir burda... Lütfəli müəllim o satıcının da pendirini bəyənməyib Bəşir Səfəroğlunun üstünə "çımxırdı": - Mən şor almaq istəyirəm, bal yox... Bəşir Səfəroğlu da guya ki, çəkinib onu başqa piştaxtaya tərəf çəkdi. Şor, motal üzlü pendir satan yaşlı qadınlar öz mallarını tanımadıqları, deyəsən, karlı hesab etdikləri bu müştərilərə satmaq üçün az qala bir-biri ilə bəhsə girişmişdilər. Tamaşaya yığışan, bu iki sənətkarı tanıyanlar da səslərini çıxartmır, yalnız səssizcə uğunub gedir, bu məşhur "alıcıları" satıcılara tanıtmayıb tamaşanın axırını gözləyirdilər.

Əlbəttə, o alıcılar bazarda alver eləmədilər. Ancaq şor, pendir satan o satıcılara satdıqları malın iki-üç kiloqramının pulunu verib, müqabilində heç almayanda, o yaşlı qadınlar mat-məəttəl qaldılar.

Aradan illər keçdi. Bəşir Səfəroğlu həyatdan vaxtsız köçdü. Lütfəli Abdullayevin dünyadan köçmüş dostunun xatirəsini nə qədər əziz tutduğunun şahidi oldum. Tələbə idim, Bəşir Səfəroğlu haqqında yazı hazırlayırdım. Lütfəli Abdullayevin ev telefonunun axtarıb tapmışdım. Bir qış gecəsi Lütfəli müəllimə zəng edib özümü təqdim etdim. Bəşir Səfəroğlu haqqında onun xatirələrini eşitmək arzusunda olduğumu bildirdim. Və Lütfəli Abdullayev də qışın şaxtalı bir bazar günü tanımadığı bir tələbə ilə görüş yerinə gəldi.

Hər ikisinin ruhu şad olsun! Yəqin ki, axirət dünyasında da dostluqlarını davam edirirlər.

Yanvar 2019

 

 

Aydın TAĞIYEV

 

525-ci qəzet.- 2019.- 21 fevral.- S.7.