İlk Cümhuriyyətimiz: olmuşlar və düşüncələr

 

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda)

ERMƏNİ MƏSƏLƏSİ

Rus qəzetələrinin verdigi məlumata nəzərən son zamanlarda Tiflisdə iniqad edən (təşkil edilən) Daşnaksütyun konqresi tərəfindən intixab olunan heyət, Moskvaya əzimət eyləmişdir. Bu əzimətdən məqsəd konqre tərəfindən firqənin inhilalı (dəyişməsi) haqqında qəbul olunan qərarı Moskvaya təbliğ etməkdən ibarətdir. Bu heyət, Komunist Firqəsi ilə müzakirə edərək daşnakların bundan sonra Komunist Firqəsinə iltihaq (birləşməsi) ilə məzkur firqənin erməni şöbəsinə girmələrini təmin edəcəklərdir. Komunist mətbuatı Daşnaksütyun firqəsinin bu hərəkətini səmimi bir anlaşma və qənaəti vicdaniyə mühəssəlası (yaxşı işləri) olaraq tələqqi ediyor.

Tiflis konqresindən əvvəl daşnak liderləri ilə komunist rüəsası (başçıları) miyanında Mavərayi-Qafqasda tətbiq olunacaq siyasət haqqında müqərrərat ittixaz olunmuşdur. Müqərrərata nəzərən ermənicə bütün Mavərayi-Qafqas müəssisələrində lisani-rəsmi olaraq qəbul olunacaq və məktəblərdə rusca ilə bərabər erməni lisanı dəxi təlim olunacaqdır. Şayani-qeyddir ki, bu müzakirə əsnasında bolşevik müməssisləri erməni müməssillərindən daha iləriyə gediyorlarmış. Bu etilafnamədə erməni millətinin Türkiyədəki “mətalibi həqqasını” (soyqırımını) təyid etməyə aid bir maddə dəxi vardır.

Sovet qəzetələrindən “Pravda”, “İzvestiya” və “Ekonomiçeskaya jizn” qəzetələri həp bu məsələdən bəhs edirlər. Tamam olmasa da daşnaqların əksəri 1923 sənəsindən etibarən bolşevik firqəsinə yazılmışlardır.

“Yeni Qafqasiya”, 15 şubat 1924, ¹10

QAFQASİYADA ERMƏNİ MÜHACİRƏTİ

Mavərayi-Qafqas Sovet Cümhuriyyətləri, İstanbul ticarət müməssili Mağnezyan, jurnal “De Oriyent”ə verdigi bir mülaqatında Rumıniya, Bolqarıstan, Yunanıstan, hətta İngiltərə və Fransa tərəfindən dəxi ruyi-qəbul görməyən erməni mühacirlərinin acınacaq hallarını nəzəri etinaya alaraq Sovet Cümhuriyyətləri İttifaqı xariciyə komisarı Çiçerinə Qafqaz Cümhuriyyətləri Federasyonu rəisi Myasnikova və Erməni Sovet Cümhuriyyəti baş vəkili Lukaşinə vaqe olan müraciəti nəticəsində Myasnikovdan erməni mühacirlərindən 10 mininin Azərbaycan, Gürcüstan və Ermənistan Cümhuriyyətləri ərazisinə qəbul ediləcəkləri cavabını almışdır.

Bu cavabda hər nə qədər Ermənistan kəlməsi dəxi qeyd olunmuşdusa da, aşikardır ki, bu 10 min mühacir başlıca Gürcüstan və Ermənistana yerləşdiriləcəkdir.

Mağnezyanın Qafqasiya ticarət müməssili sifətilə vaqe olan bu istidasına əslində “qəssabyan” namını daşıyan Myasnikovun Qafqasiya federasyon rəisi sifətilə Azərbaycan və Gürcüstan hesabına bəzli-kərəm (mehribanlıq) etməsi, Qafqasiya işlərindəki “erməni siyasəti”nin yeni bir cilvəsidir.

“Yeni Qafqasiya”, 1 qanuni-sani 1924, ¹7

ERİVAN HADİSƏSİ VƏ TÜRKİYƏ ƏFKARİ-ÜMUMİYYƏSİ

Keçən həftələr əsnasında Qafqasiya həyati-siyasiyəsi nöqteyi-nəzərindən pək mühüm bir məsələ təşkil edən Erivan hadisəsi əfkari-ümumiyəmizi haqqı ilə məşğul eylədi. Türkiyə cəmiyyətinin bu xüsusdakı əlaqədarlığını təsbit etmək üçün bu məsələyə aid əfkar və mütaliatı aşağıdakı tərtib üzrə xülasə ediyoruz:

Vaqeənin ən qısa və hər növi əvarizdən (əngəllərdən) ari bulunan mahiyyəti bundan ibarətdir:

“Ermənilər Erivandakı şanlı bayrağımızı endirmiş, mühafizlərimizin silahını almışlar, müməssilimiz tərəfindən Ankaraya çəkilən teleqraf göndərilməmiş, müməssilimiz dəxi vaqiəyi protesto edərək Erivanı tərklə hüdudumuz içərisinə keçmişdir”.

Bu xəbər gərək Ankara və gərəksə İstanbulda təbii olaraq pək fəna bir təsir hüsula gətirdi. Mətbuat bir ağızdan Moskva təhrikinə qapılan Erivan ermənilərinin taşğınlığını təqdir edərək Türk izzəti-nəfsini təmin edəcək surətdə təzminat və tərdiyə (köçürülmə) tələbini mövzui-bəhs etdi.

Məsələ yalnız mətbuat ilə qalmayıb Böyük Millət Məclisində dəxi hadisənin nə mahiyyətdə olduğunu istizaha (aydınlaşdırmağa) mətuf bir təqrir verildi.

“İləri” qəzetəsi İstanbula gəlmək üzrə Qafqasiya hüdudundan yola çıxan və Ərzincana qədər gəlmiş olan Kazım Qarabəkir Paşanın bu hadisə üzərinə geriyə döndügünü xəbər verdikdən sonra əfkari-ümumiyyənin qələyanına (həyəcanına) tərcüman olaraq yazıyor ki:

“Filhəqiqə (həqiqətən) Erivandakı müməssillik binamızın ermənilər tərəfindən təcavüzə uğrayaraq bayrağımızın da təhqirə məruz qalması əfkari-ümumiyyəmizdə o qədər böyük bir infikal (reaksiya) tövlid etmişdir ki, buna qarşı acil bir çarə bulunmasını hökumətin aramaqda olması pək təbiidir.

Suriç yoldaşın bu vaqeədən dolayı nə bəyani-təəssüf etməsi, nə də Türk-Rus dostluğundan bəhs eyləməsi bu infialı təxfif etməmişdir. Çünki Suriç yoldaşın sözlərindəki nəzakətə rəğmən Türkiyənin, Sosyalist Sovetlər İttihadı namı verilən və Qafqasiyadakı Gürcüstan, Ermənistan və Azərbaycanı ehtiva edən şəkli-dövləti hala təsdiq etmədigini və Erivanda müməssil bulundurduğunu adəta bir sərzəniş kibi söyləməsi əlbəttə pək muhiq (haqlı) olan reaksiyamızı təxfif (zəif) edəcək kibi degildir”.

“İləri” rəfiqimizi iqna edəməyən (qənaətləndirməyən) Suriç yoldaşın bəyannaməsini eynən aşağıda nəql ediyoruz:

“Sovet hökuməti Türkiyə səlahiyətdar müməssilligi Erivan hadisəsi haqqında hənuz kəndi hökumətindən doğrudan-doğruya məlumat almamışdır. Şu qədər var ki, Türk qəzetələrində buna dair görülən xəbərlər mübaliğəlidir. Təqribən bir buçuk 2 ay əvvəl Sovet hökuməti Rusiya daxilindəki ufaq cümhuriyyətlərin xariclə münasibətinə dair haiz olduqları hüququn yeni təşəkkül edən Sosyalist Sovetlər İttihadına tövdi edildigini cümhuriyyət daxilindəki əcnəbi müməssillərinə surəti-məxsusədə bir nota ilə təbliğ etmişdi ki, bu təbliğatdan sonra kiçik cümhuriyyətlərdəki müməssillərin vəzifələrinə nəhayət vermələri iqtiza edərdi. Nitəkim Tiflis və Bakıdakı Türk müməssilləri bu notayı tam zamanında almış və o vəchilə hərəkətə başlamışlardı. Erivandakı müməssilligə gəlincə bittəbii onun da məzkur notayı onlarla birlikdə aldığı şübhəsizdir. Türkiyənin Qafqasdakı həyati-mənafelərini nəzəri-etibara alan və müstəqbəl Türk dostluğu hissi ilə məşbu olan Sovet hökuməti, Türkiyənin Qafqasiyadakı konsulluqlarının ibqasına qərar vermiş və əlyövm bu xüsusda müzakirata girişmişdir. Bəzi türk qəzetələri Erivan hadisəsini bu hadisə ilə heç də əlaqədar olmayan bəzi məsail ilə qarışdırmaqda və onu həddindən fəzlə böyüt-məkdədirlər. Məsalən, bu qəzetələrə nəzərən daşnak çetələri tərəfindən hüduddakı köylərə təərrüz edilməkdə və bunlar Erivan hökuməti tərəfindən də müzahirət (yardım) görməkdədirlər.

Halbuki məsələ bir az təmiq (ətraflı) ediləcək olursa görülür ki, bu haldan bin-nəticə mütəssir olan ancaq müstərib (rahat) Sovet Rusiyasıdır. Çünkü bundan müqəddəm kürd çetələri Sovet ərazisinə təcavüz etmiş və məsum əhali arasında bir çox qitala səbəbiyət verərək təkrar Türk toprağına övdət etmişlərdi. Gərçi məsələ vaxtında protesto edilməmişsə də Türk-Rus münasibəti-xariciyəsində əcanibi (əcnəbiləri) mənfəətdar edəcək bəzi təvillərə meydan verməmək üçün məsələdən mətbuat xəbərdar edilməmişdi. Türk mətbuatının məsələyi şimdi başqa bir şəkildə tələqqi və qeyd edişi doğru olmasa gərəkdir”.

Suriç yoldaşın bəyanatı kimsəyi təskin edəməmişdir. “Yeni gün” rəfiqimiz bu bəyanatı təhlil edərək yazıyor ki: Səfir cənabları buyuruyorlar ki, Rusiya Konfederasyon olmuşdur və bu cəhət Türk müməssillərinə dəxi təbliğ edilmişdir. Cavabən degiriz ki, Rusiya Konfederasyon olmuş ola bilir. Fəqət bu şəklin bizcə meri və mötəbər olması üçün keyfiyyətin yalnız müməssilliklərimizə təbliği kafi degildir. Konfederasyon deyilən son şəkil Türkiyə ilə anlaşmışmıdır? İştə məsələ buradadır. Və səfirin kəndi bəyanatından anlaşılır ki, bu məsələ həll olunmuş degildir. O halda müməssillərimiz hökumətlərindən əmr və təlimat almadıqca mövqelərini tərk edib gələməzlərdi. Həqiqət budur və Erivanda iştə bu həqiqət çeyənmişdir. Rusiya dövləti üçün təvilə (izaha) hacət yoxdur. Erivan ermənilərinin Türkiyəyə qarşı heyvanca hərəkət etmiş olduqları mühəqqəqdir. Rusiya bu davayı mühik göstərməyə çalışdıqca nəzərimizdə binnəfs kəndisi dəxi şübhəli bir vəziyyətə düşəcək və nəhayət, bizcə böylə bir vəziyyətin həqiqət olduğuna hökm etmək zərurəti əl verəcəkdir. Bu müəssif hadisədən dolayı Erivanda cəzadidə ediləcək şəxslər və heyətlər vardır. Bunda ittifaq etməkdən başqa çarə yoxdur. Rusiyanın məlumu olmaq gərəkdir ki, Türk milləti həqarətə təhəmmül edə bilir bir millət degildir. Müməssilimizə qarşı rəva görülən hərəkətin cəzasını bizmi verəcəgiz, yoxsa dostumuz Rusiyamı verəcəkdir? İştə son şəkildə məsələ bundan ibarətdir.

“Tanin” rəfiqimizin Ankara müxabiri Rus Səfarətinin işbu bəyannaməsini izah edərkən “Türk heysiyyəti, Türk izzəti-nəfsi paralanırkən Türk mətbuatına sükut etmək düşmədigini” pək haqlı olaraq qeyd etdikdən sonra Rusiya ilə əqdi-ittihad edən ufaq cümhuriyyətlərdəki müməssilik məsələsinə nəqli kəlam edərək diyor ki:

Türkiyənin, hənuz heç bir dövlətin daxili və xarici siyasətinə müdaxiləyə tərəfdar olmamaqla bərabər təsdiq etmədigi ehkama riayətə məcbur olacağını da zənn etmək nə dərəcədə doğru olur? Sonra bir nota ilə müməssillərin cümhuriyyətlərdən çəkiləcəklərini də anlamaq müşküldür. Zira Erivandakı, Bakıdakı, Tiflisdəki müməssillərimiz ancaq Ankaradan əmr almaq surətilə geri gələ bilirlər. Halbuki Türkiyə hənuz “İttihadı” təsdiq etmiş degildir. Əsasən təsdiq edilmiş olsa belə Qafqazdakı vəziyyəti-siyasiyə təəyyün və təkərrur edincəyə qədər müməssillərin yerlərində qalması qayət təbiidir. Çünki ortada intac edilən (nəticə verən) bir məsələ yoxdur. Müməssilik, Bakı və Tiflis səfirimizin hərəkət etdigini söylüyor, halbuki Bakı səfirimiz məzundur. Tiflisdə əlan məsləhətgüzarımız iş başındadır.

Bundan sonra mühərrir Qafqasiyada hüsula gələn yeni vəziyyətin qəbulu üçün 1921 sənəsində Moskvada əqd edilən dostluq müahidəsi ilə Karsda Qafqasiya millətləri ilə əqd olunan müqavilənin bir qisminin təbdil edilməsi iqtiza eylədigini və bu xüsusda Türkiyənin kəndinə məxsus bir nöqteyi-nəzəri olacağını dərmiyan ediyor və “İştə əsil bu nöqtə həll edilmiş degildir” diyor və “bu məsələ həll edilmədən müməssillərimizin Qafqasiyayı tərk etmələrini” nəzəri-heyrətlə gördükdən sonra mütalilələrinə aşağıdakı sətirləri əlavə ediyor:

“Bilxassə Komunist ricalının iləri gələnlərindən yoldaş İlyavanın Qafqasda sovet hökumətlərindən bəhs edərkən “Rusiyanın parçalanan əqsami başqa şərait altında yenə birləşdi” sözləri biz Türkləri çox dərindən düşündürəcək bir məsələ olduğunu nəzəri-etibara alaraq hadisələrə bundan sonra bir az da bu gözlə baxmağa məcbur olduğumuzu söyləmək xəta olmaz və binaənileyh ittifaq məsələsində bu nöqtənin yalnız bir tərəfin arzusilə olub bitəcəgini zənn etmək və bunun üzərində yürümək kötü bir çıxmaza girməkdir. Lehistan, Qafqas hökumətləri ilə başlı-başına münasibət təsisinə tərəfdar bulunuyor, komunistlər arasında belə ittifaqa daxil olmanın əleyhində olanlar xeyli bir yekun təşkil ediyor.

Binaənileyh ortadakı məsələlər hüquqa görə həll olmadan müməssillərimizin ayrılmasını tələb və bunun dərhal bir nota ilə vüqu bulmasını arzu, bizim üçün, qonşumuzun daxili və xarici siyasətinə qarışmaq istəməmizə müqabil hüquqi bir vəziyyət ehdas etmiş olmaz”.

Müməssilligin hüduda vüqu gələn maddələr haqqındakı izahatını isə “Tanin” müxbiri “ayqırı” təbiri ilə tərif ediyor.

“Tövhidi-Əfkar” rəfiqimiz məsələnin əsil ruhuna təmas ediyor. Erivan məsələsinin Rus məsələsi olduğunu söylədikdən və ermənilərə yapdırdıqları qustaxlığın cəzayi-sezasını bulacaqlarını qəti bir surətdə təmin eylədikdən sonra rəfiqimiz məsələnin mahiyyətini təhlil edərək diyor ki:

“Sovet hökumətinin Lozan sülhünün əqdi ilə Qərb dövlətləri ilə mütəlif (lütf edən) olmamızdan mütəvəllid iğbirarları (xatirinə dəymələri) bir çox təhəvvüllər (başqalaşma) və yeni şəkillər alaraq birər birər meydana töküldü, ixtilac (titrəyiş) və ixtilal içində qaynayan Şərqin ana siyasətini kəndi əlində və kəndi iradəsi altında bulundurmaq istəyən Rusiyayı sinirləndirdi.

Binaənileyh şu vəziyyətə nəzərən, Rusların bizə “Ya Qərb, yaxud Şərq siyasətindən birini tərcih ediniz” təklifi daha doğrusu təhdidində bulunmaları pək də yeni bir şey degildir və bəlkə epey zamandan bəri şəkər-rənk bir surətdə davam edən bir halın həqiqi vəz və şəklində təbəllürüdür. Erməni hadisəsi də Rusiya ilə aramızdakı siyasi ixtilafın arasına qarışan çirkin bir vaqeədir”.

“Vəqt” rəfiqimiz məsələyə həsr etdigi qayət ciddi məqaləsində Türk əfkari-ümumiyyəsinin Rus dostluğu haqqında bəslədigi səmimi hissiyyatı göstərir, bir taqım təzahüratı tedad etdikdən sonra yazıyor:

“Ancaq Türklərin duyduqları bu tərzi-təxəssüsün (məxsusluğun) səmimi olaraq davam edə bilməsi üçün bolşevik Rusiyanın, Rus Sosyalist Cümhuriyyətləri İttihadı namı altında Çarlıq siyasətini ehyayə qiyam etməməsilə məşrutdur. Əgər bolşevik Rusiya milli yeni Türkiyədə şimdiyə qədər qazanmış olduğu mövqei mü-hafizə etmək istiyorsa bu mühüm nöqteyi əhəmiyyətlə nəzəri-diqqətdə tutmalıdır.

Erməni qəzetəsi “Cağadamard” dəxi Rusiyanın işbu hərəkətini təqbih (pisləmə) ilə diyor ki:

“Konfederasyon və sairə kəlmələri isə ancaq sadədilləri iğfal üçün qullanılan yıldızlı əlfazdan ibarətdir. İrəvanda əgər Türk sancağı endirilmiş isə ancaq kukladan ibarət olan Erivan erməni bolşeviklərinin degil, ancaq Moskvanın əmri ilə olmuşdur. Fəqət burada dəxi Rusiya insafsızca bir politika təqib ediyor. Doğrudan-doğruya kəndi namı ilə meydana çıxacaq yerdə zavallı bir qövmi alət olaraq iləri sürmək vicdansızlığında bulunuyor”.

Bütün bu ahənki mətbuat miyanında müstəsna olaraq, “arzu olunan soyuqqanlılığı” ibraz edən yeganə qəzetə həftəlik “Vəzifə” rəfiqimizdir.

Bu rəfiqimiz mətbuatı “Erivan hadisəsi münasibətilə məsələnin mahiyyəti haqqında mövsuq və əsaslı məlumat bəsləməksizin böyük təhalüklə bir taqım mülahizat və təmənniyat sərd etməkdə” ittiham ediyor. Komunist təmayülatı aşikar olan bu qəzetəyə görə “Türkiyə üçün əmələ və çiftçi Rusiyasından heç bir təhlükə məlhuz olmayıb, bilaəks bu qüvvətdən daha təbii, daha zəruri və daha xeyirli bir ittifaq” olmazmış!

Bu “xeyirli ittifaqı” Qafqasiya millətləri təcrübə etdilər. Yanı başımızda bu qədər parlaq bir təcrübə varkən bir daha təcrübəyə girişilirsə, sondakı növmidi fayda verməz zəndindəyiz.

Mən cərrabel-mücərrəbə, halət bihinnedamətu (Dəyməmişi dənləyən peşiman olur).

İsmət Paşanın Bəyanatı

Erivan məsələsi haqqında “Yeni gün” müxbirinə İsmət Paşa həzrətləri atidəki bəyanatda bulunmuşlardı:

“Erivanda ermənilər tərəfindən müməssilligimizə münasibətsiz bir təcavüz vaqe olmuşdur. Rusiyanın elan etdigi Konfederasyon şəklinə dair vəziyətlərlə bunların təfərrüatı iki dövlət arasında tamamən təsbit edilməmiş olduğu bir sırada ermənilərin ixtiyar etdikləri tərzi-hərəkəti məruz göstərəcək heç bir cəhət yoxdur. İki qonşu dövlət münasibətinin hər gün halətdən məsun (toxunulmaz) qalmasını istiyoruz. Hər xüsusda bu ümumiyyəmizə mütabiq bir xətti-hərəkət ihtiyar eyliyoruz. Rusiya tərəfindən dəxi eyni xətti hərəkətin ihtiyar olunmasına intizar və bunu qüvvətlə ümid və təmənni edəriz”.

“Yeni Qafqasiya”, 1 təşrini-sani 1923, ¹3

QAYƏT MÜHÜM BİR SUAL

Hökuməti-milliyyənin Rusiya Şuraları ilə ümumən və Qafqasiya Cümhuriyyətlərilə xüsusən halı-hazırdakı münasibəti-siyasiyəsi nə mərkəzdə və bu münasibət hansı bir şəkli-hüquqiyi ehraz etməkdədir (əldə etməkdədir)?

Sonki aylarda cərəyan edən bir taqım həvadisi-siyasiyə bizə işbu sualı sormaq haqqını bəxş ediyor.

Məlum olduğu üzrə Türkiyə hökuməti-milliyəsi nəzdində Rus müməssilliyi ilə bərabər, əvvəlcə Azərbaycan, daha sonra Qafqasiya Cümhuriyyətləri naminə dəxi bir müməssil vardı. Bu müməsillər felən hər nə qədər Rus müməssilinin digər bir qopyası idiysələr hökmən mümtaz bir vəziyyəti-hüquqiyyəyi təmsil ediyorlardı. Müstəqil bir Azərbaycan, müstəqil bir Qafqasiya mövcudiyyətini heç olmasa, zahirən elan ediyorlardı. Mütəvəffa (məhrum) Əbilovdan sonra bu yerlər boş qaldı və aldığımız məlumata nəzərən Azərbaycan Səfarəti naminə Ankarada baqi qalan katib və xədəmə daxi yaxınlarda geri dönmüş, “səfəratxanə” qapanmışdır. Rusiyanın sabiq Ankara səfiri Aralov yoldaş, buradan Moskvaya keçərkən qəzetçilərə “Qafqasiya naminə Türkiyəyə yeni bir səfir gələcəyinin bir məsələ təşkil eylədiyini” söyləmişdi. Bu məsələ artıq mənfi bir şəkildə həll olunmuşdur. Nə Azərbaycan, nə Qafqasiya naminə səfir göndərilməyəcəkdir. Rusiya səfiri eyni zamanda bu məmləkətləri dəxi təmsil edəcəkdir. Rusiyanın aldığı yeni şəkli-siyasiyəyə nəzərən bu bir əmri-vaqedir. Moskva hökuməti halı-hazırda işbu əmri-vaqeyi kəndisi ilə münasibətdə bulunan qonşularına dəxi qəbul etdirmək əzmindədir. Bu xüsusda Lehistan, Türkiyə və İran dövlətlərinə məxsus notalarla müraciət edilmişdir.

Qismi-məxsusimizdə “Sovet Cümhuriyyətləri İttifaqı” nam məqalədə, Rusiyanın böylə bir mütalibədə bulunmaq üçün nə kibi əsbabi-mövcibəyə istinad eylədigini möhtərəm qarelər daha ziyadə təfsilati ilə görəcəklərdir.

Biz, işbu Sovet Cümhuriyyətləri İttifaqının məşruiyyət və qeyri məşruiyyətini tədqiq etmədən əvvəl Türkiyə ilə Sovet Cümhuriyyətləri arasında münasibəti siyasiyə və hüquqiyənin müxtəsər tarixcəsini bir dəfə gözdən keçirəlim:

Türkiyə ilə Rusiya Sovyetlərinin münasibəti siyasiyəsi 1921 sənəsində Moskvada imza olunan mühadenət mühadenaməsi ilə təyin edilmişdir. Bu müahidənaməyə görə tərəfeyn Qafqasiya Cümhuriyyətlərinin istiqlalını tanımışlardır. Daha sonra Qarsda Qafqasiya Cümhuriyyətləri ilə imza olunan müqavilə ilə dəxi Türkiyə Azərbaycan, Gürcsüstan və Ermənistan Cümhuriyyətlərini müstəqil birər hökumət şəkli ilə tanımışdır. Yuxarıda zikr edildigi vəchilə bu münasibətini Türkiyə hökuməti Qafqasiya Cümhuriyyətlərindən səfir almaq və kəndilərinə siyasi müməssilər göndərmək surətiylə dəxi təyid eyləmişdir.

Rusiya Komunist Firqəsi tərəfindən idari olunub da, Qızıl Ordunun təhdi işğalında bulunan Qafqasiya Cümhuriyyətlərinin üzərlərindəki “istiqlal” lövhəsinə rəğmən, felən Rus vilayəti-mümtazesindən başqa bir mahiyəti haiz olmadıqlarını bilməklə bərabər Türkiyə bu məmləkətlərin, heç olmasa mövcudiyəti rəsmiyə və hüquqiyələrini mühafizə etdirməklə Qafqasiyadakı həqiqi mənafelərinə qarşı bir cəmilə yapmış oluyordu.

Halbuki bu gün degil yalnız əhalinin, qafqasiyalı komunistlərin belə xilafi-meyl və arzusu olaraq təşəkkül edən Sovetlər İttifaqı qarşısında bulunan hökumət, Qafqasiya Cümhuriyyətlərinin kəndi istiqlallarından bəzilərini təsdiq və qəbul etmək kibi qayət mühüm bir təklif qarşısında bulunuyor.

Yuxarıda zikr edildigi vəchlə Türkiyə hökuməti kibi Lehistan hökuməti dəxi sovetlərin böylə bir təklifinə məruz qalmışdır. Dünki Rusiya, bugünki Sovet İttifaqı xariciyə komisarı bulunan Çiçerin Riqa Müahidəsinin bütün ittifaq naminə qəbul edilməsini tələb etməkdədir. Halbuki Lehistan, Qafqasiya Cümhuriyyətləri ilə bilavasitə təsisi-münasibət etmək üçün israr ediyormuş.

Qafqasiya ilə Moskva təriqi ilə degil, bilavasitə təsisi-münasibət etmək üçün ən ziyadə israr edəcək bir hökumət təsəvvür olunursa, o da Türkiyə hökuməti olmalıdır. Müstəqil Qafqasiya hökumətlərinin mövcudiyəti Türkiyə siyasəti-xariciyəsinin ən mühüm amali-milliyəsindən idi. Və bu amali-milli bu gün dəxi hökmünü qeyb etməmişdir. Bu xüsusda caiz görüləcək hər hankı ehtimal milli türk vəzaifi-tarixiyəsinə qarşı irtikab olunan böyük bir günah təşkil edər. Qafqasiya Cümhuriyyətlərinin Rusiyaya ilhaqını bilamünaqişə qəbul etmək üçün oradakı komunist hökumətlərin müvafiqəti kimi delail kafi və mühüm bir səbəb təşkil edəməz. Daxili Rusiyada belə əfkari-ümumiyəyə degil, qanlı “Çeka” diktaturasına istinad edən bu müstövlilər (işğalçılar) Qafqasiya və Türküstan kibi yerlərdə hər hankı işğal ordusu hökumətindən fəzlə bir etibar və nüfusa malik degildirlər. Moskva konqresində Azərbaycan istiqlalının təhdidini, sadə təhdidi degil, tamamilə ilğasını mucib olan “Qanuni-yasa”yı imza edən Nərimanovun Sevr Müahidəsini imza edən Damat Fərid Paşadan qətiyyən fərqi yoxdur. Damat Fərid Paşa nə dərəcədə Türkiyəyi təmsil ediyor idisə, hazırki Azərbaycan hökuməti də Azəriləri o dərəcə təmsil edər. Damat Fərid imzasını Türkiyə imzası deyə tanımaq nə isə Nərimanov, Musabəyov və yaxud Çakaya imzalarını dəxi Azərbaycan imzası yaxud gürcü imzası deyə tanımaq odur!

Bizi böylə acı mütaliələr sərdinə sövq edən vaqeə Ankaradan alınıb da mətbuatı məhəliyədən bəziləri tərəfindən nəşr olunan bir teleqrafdır. Bu teleqrafda Sovet İttifaqının Türkiyəcə tanındığı xəbər veriliyor və bu səbəblə Bakıda, Tiflisdə və Erivanda bulunan Türkiyə müməssillərinin geriyə çağrılıb da oralara birər konsullar göndəriləcəyi əlavə olunuyor. Bu xəbər doğru isə, Moskva nöqteyi-nəzərinin Ankaraca qəbul edildigi deməkdir. Gərçi ertəsi günü alınan bir xəbər bizə bu məsələnin daha qəti bir şəkil almadığını bildirməkdədir. O xəbərdə deyiliyor ki, Sovetlər İttifaqını təsdiq etmədən əvvəl Moskva səfiri Muxtar bəy vasitəsilə Moskvaya qayət mühüm təkliflər vaqe olmuş və bu təkliflərə cavab intizarına qərar verilmişdir.

Bu təkliflərin və yaxud bu sualların nədən ibarət olduqlarını bilmədigimizdən, bittəbii, bu xüsusda bəyani mütaliə etmək imkanında deyiliz. Könül ümid edər ki, bu təkliflər Qafqasiya Cümhuriyyətlərinin vəziyəti hüquqiyələrini daha ziyadə təşrih və istiqlallarını bu vaxta qədər yapıldığı kibi - hökmən olsa da daha ziyadə təmin etdirmək cəhətinə aid olsun. Böylə bir təxmində bulunurkən Qazi həzrətlərinin böyük nitqlərini dərxətir etdik. Məclisi-Millinin açılması münasibətilə söylədikləri nitqlərində Qazi möhtərəm Azərbaycan, Gürcüstan Cümhuriyyətlərindən Rusiya, Əfqanıstan məsabəsində birər müstəqil cümhuriyyət kibi bəhs eyləmiş və kəndiləri ilə təsisi-münasibət eylədigini xüsusi surətdə qeyd və təsbit buyurmuşlardı.

Bir çox münaqişat və müxalifətdən sonra ricalı hökumət Rusiya israrını qəbul eyləmək zərurətində bulunsalar belə, Türkiyə əfkari-ümumiyəsinin böylə bir təsdiqi qətiyyən rəva görməyəcəgini ümid eyləriz.

Sevr Müahidəsini kəndisinə rəva görməyən qəhrəman bir millət “Moskva İttifaqı”nı dəxi qonşusu, qardaşı, dindaşı və irqdaşı üçün rəva görməz!

Əfkari-ümumiyə və amali milliyənin tərviç edəmədigi təsdiq və qəbulların isə ilk fürsətdə yırtılır mənasız kağız parçasından başqa bir şey olmadığını tarix bizə pək parlaq misal ilə göstərmədimi?!

Əcəba hökuməti milliyə İlyavanın sözü ilə “Parçalanmış Rusiyanın birləşmiş yeni şəklini” qəti surətdə qəbul etdimi?

Bu suala daha qəti bir cavab veriləməz.

Moskvadan sorulduğu xəbər verilən suallara müqabil gələcək cavab üzərinə ittixaz olunacaq mükərrərat (təkrar olunan) Türk əfkari-ümumiyəsini təmin edə biləcəkmidir?!.

İştə, cavabını pək böyük əndişələrlə bəklədigimiz qayət mühüm bir sual!

“Yeni Qafqasiya”, 15 təşrini-əvvəl 1923, ¹2

Bu redaksiya məqaləsinin müəllifi yəqin ki, baş mühərrir M.Ə.Rəsulzadədir - Ş.H.

QAFQAZ AZƏRBAYCAN MÜHACİRLƏRİ TƏBRİZDƏ

Tehrandan aldığımız məlumata nəzərən İran Azərbaycanında Naxçıvan, Erivan və Qarabağdan iltica edən bir çox Azərilər vardır. Bunlar Azərbaycan vilayəti məmurin və əhalisi tərəfindən hüsni-müamilə və ehtirama məzhər olmaqdadırlar. Mühacirin miyanından 25-dən ziyadə Azərbaycan zabitanı İran hizməti-əskəriyəsinə alınmışlardır. Süvari güclərindən birinin komandanı Azərbaycan zabitanından Naxçıvanlı Kərbəlayi Əli Xandır. İran, Azərbaycan əskəri komandanı əmiri-ləşkər həzrətləri, Qafqasiyalı mühacirlərə pək çox hörmət ediyormuş.

Sultan bəyin İrana ilticası

Cibalı-Qarabağın muxtariyəti elan olunaraq ümuri-idarənin ermənilər əlinə verilməsi üzərinə Sovet ajansları tərəfindən təhrik olunan fəsad və ixtilal üzərinə kəndi məiyəti (adamları) ilə İrana keçən kürd rüəsasından Sultan bəy, Təbrizə varid olaraq İran hökumətinə iltica eyləmişdir. Mültəcilərin silahı alınaraq kəndilərinə həqqi iqamət verilmişdir. Sultan bəy məruf Sultanzadə Xosrov bəyin bəradəri olub Zəngəzur Kürdistanında sahibi nüfuz rüəsadan idi. Son günlərə qədər bolşeviklər kəndisinə qarşı bir növi idarei məsləhət siyasəti tətbiq ediyorlardı.

Sultan bəyin şu surətlə İrana ilticası qəzetlərdə Qarabağda Müsavat üsyanı vüquundan bəhs bir taqım rəvayətlərlə əlaqədar olaraq göstərilmişdi. Böylə bir üsyanın vüquundan xəbərimiz yoxsa da hər halda Dağlıq Qarabağ muxtariyətinin hadisəsiz keçməmiş olduğunu biliyoruz. Dağlıq Qarabağın ayrıldığını xəbər alan əhali, həyəcan edərək bir taqım qarğaşalıqlara səbəb olmuş və bu əsnada müsəlman əhalidən bəzi mütənəffizin (nüfuzlu) qətl olunmuşdur. Əz-cümlə Ağdam mərufunundan Teymur bəy öldürülmüşdür. Teymur bəy mərhum, milliyyətpərvərligi ilə məruf cəmaət xadimlərindən idi.

“Yeni Qafqasiya”, 1 qanuni-əvvəl 1923, ¹5

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 23 fevral.- S.20-21.