Qələmsiz yazılanlar  

 

 

 

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”.

 

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq. Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək. :)

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam!

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən qaçhaqac həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevirib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə bəlkə ilki mən edim!? - deyə düşündüm. statusları hissə-hissə çap etdirməyə başladım.

Bu dəfə “525”in oxucularınaQələmsiz yazılanlarkitabından ictimai-siyasi proseslərə münasibətimin əks olunduğu statusları çatdırmaq istədim.

2015

İdmançıya həm güclü ruh lazımdır. Bu ruh isə mühitdən, azarkeşlərdən gələ bilər. İdmançının azarkeşi ölkə rəhbəri onun xanımı olanda onda sarsılmaz ruh yaranır. Bu mənada cənab Prezidentin hörmətli Mehriban xanımın Avropa Oyunlarını birbaşa idman arenalarından izləmələri idmançılarımıza sonsuz qol-qanad verir.

2016

Əhmət Davudoğlu feysbukda yaman aktivləşib. :)

***

Erməni söhbəti bəhanədir. Almaniya Türkiyəyə güc göstərir. Bunun alt qatını, diplomatik dildən çevirisini tapmaq lazımdır. Əslində, Bundestaqda əvvəlcədən hazırlanmış şou göstərildi - iclasa ermənilərin dəvət olunması, qərar layihəsini Türkiyə əsilli deputatın yaxasına erməni nişanı taxaraq oxuması, digər Türkiyə əsilli deputatların səs verməsinin qabardılması Merkelin suçlu kimi kölgəyə çəkilib reaksiyaları izləməsinin izahı lazımdır. ALMANİYA TÜRKİYƏYƏ NƏYİN XƏBƏRDARLIĞINI EDİR? NƏYİN HİRSİNİ, ACIĞINI ÇIXIR? Səni ən zəif yerindən özününkülərin əliylə vurmaq gücündəyəm? Bunumu demək istəyir? Heç 3 milyon yarımın təpkisi adekvat olmadı... Niyə? baş verir ki? Hədəf Türkiyədir, yoxsa Türkiyə hakimiyyəti? Dava nəyin üstündədir? Bu sualların cavabı maraqlıdır...

2017

Cənab Prezidentə bu qədər jurnalist ailəsini sevindirdiyinə görə - bu böyük Savaba görə bir daha sonsuz təşəkkürümü çatdırıram! 4 il öncə olduğu kimi....

2018

Əli Həsənovun xaricdə antiazərbaycan kampaniyası aparan bir qrup şəxs haqqındakı statusları kübarlığı nəzakət tonu ilə seçilir. Bütün fəaliyyətində insanlara münasibətində məhz belə gördüyümüz Əli müəllim Azərbaycanın simvollarına qarşı söyüş təhqir leksikonu ilə danışanlara qarşı fikirlərində heç zaman bu nəzakət tonunu itirmədi! Sözügedən statuslarında dahər bir adamın mahiyyətində bir xeyir başlanğıcı olduğuna inanıramsöyləyib, bu şəxsləri ədəb-ərkan çərçivəsində mübarizəyə çağırdı! Bu cür münasibətdən sonra da həmin adamların söyüş təhqir leksikonunu davam etdirməsi artıq onların mahiyyətində heç bir xeyir başlanğıcının qalmadığını göstərir! Belə məqamda isə cəmiyyətin ağıllı vicdanlı adamları susmamalı, bu təhqir söyüş müharibəsinə qarşı etiraz səsini ucaltmalıdırlar! İctimai qınaq bu adamları hər yerdə yaxalamalıdır - insanlar arasında da, sosial şəbəkələrdə . Ağıllı abırlı adamlar müşahidəçi mövqeyində qalmamalı, “beləsinə baş qoşmağa dəyməzdeyib yaxasını kənara çəkməməlidir! Bu baxımdan Əli müəllimin sözügedən statusları bütün vicdanlı, ağıllı vətəndaşlarımızı bir araya gətirməli, Azərbaycan cəmiyyəti üçün yad olan bu iyrənc mübarizə metodu kəskin şəkildə qınanmalıdır!

***

Gözlənilməz qərarla ictimaiyyəti təəccübləndirmək bacarığı mahir siyasətçilərə, müdrik dövlət başçılarına xas olan keyfiyyətdir. Biz Azərbaycanda Ümummilli lider Heydər Əliyevin timsalında belə nümunələri çox görmüşük. Ulu öndərin gözlənilməz müdrik qərarlarla toplumu, cəmiyyəti necə təəccübləndirdiyinin dəfələrlə şahidi olmuşuq.

Prezident seçkilərindən sonra Azərbaycanın yeni Baş nazirinin kim olacağı, nazirlərdən hansının öz kürsüsünü itirəcəyi barədə söz-söhbətlər ölkə gündəmini zəbt edən əsas müzakirə mövzusu idi. Baş nazir kürsüsünə namizədlər sırasında ən müxtəlif şəxslərin adı hallanırdı. Amma cənab Prezident elə fərqli bir şəxsi seçdi ki, hər kəsi, sözün müsbət mənasında, təəccübləndirdi. Novruz Məmmədov hakimiyyətdə ən iddiasız, özünü təbliğ etməyən, amma fəaliyyəti ilə dövlətə, dövlət başçısına sədaqətlə xidmət göstərən məmurlardan biridir. Cəmiyyətdə müsbət imici var, korrupsiyada adı heç vaxt hallanmayıb, həmişə qruplaşmaların fövqündə dayanıb. Səmimidir, dürüstdür. Mən bu seçimi cənab Prezidentin müdrik addımı kimi qiymətləndirir bu uğurlu təyinata görə öz təşəkkürümü bildirirəm. Cənab prezident bu gözlənilməz qərarı ilə özünün peşəkar dövlət adamı, təcrübəli siyasi xadim olduğunu bir daha təsdiqlədi.

Mən Baş nazir vəzifəsinə təsdiq olunması münasibəti ilə Novruz müəllimi təbrik edir inanıram ki, indiyə qədər olduğu kimi, bu yeni, mötəbər kürsüdə o, öz təmkinli, soyuqqanlı davranışı, fədakar fəaliyyəti ilə Vətənimizə, Dövlətimizə layiqincə xidmət göstərəcək.

***

Ceyhun Bayramovun təhsil naziri vəzifəsini icra etdiyi bir neçə aylıq dövr sakit ajiotajsız keçdi. Bəziləri bu sakitliyi nazir təyinatının olmaması ilə bağlayırdı. Amma mən bu sakit, iddiasız işgüzarlığı Ceyhun Bayramovun şəxsi idarəçilik keyfiyyətləri ilə izah edirdim.

Təhsil Nazirliyinə son illər gələn yeni kadrlar içərisində Ceyhun Bayramov təmkini, müzakirələrə açıq olması, eyni zamanda, işinə hədsiz məsuliyyəti kreativ keyfiyyətləri ilə seçilirdi. Təmasda olduğum bu illər ərzində onu dəyərləri bilən, geniş dünyagörüşlü bir insan kimi tanımışam.

Təhsil nazirinin kim olacağı ilə bağlı müxtəlif səviyyəli diskusiyalarda da öz fikrimi elə bu müşahidələrimə əsasən bildirirdim. qənaətim hər dəfə birmənalı olurdu: Ceyhun Bayramovun həm nazir səlahiyyətlərini icra etdiyi müddətdə, həm ona qədərki fəaliyyəti göstərir ki, nazir vəzifəsinə ən uğurlu namizəd elə odur. Mən cənab Prezidentin bu uğurlu seçimini alqışlayır təyinatı yüksək qiymətləndirirəm. İnanıram ki, Ceyhun Bayramov sadaladığım keyfiyyətləri ilə Azərbaycanın təhsil sisteminə öz töhfəsini verəcək, ölkəmizdə təhsilin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq.

***

Azərbaycan bizim üçünokulkimidir! Qafqazları keçmiş Sovet ölkələrini Azərbaycandan öyrənirik - deyir TİKA başqanı.

***

Çoox təəssüf! Allah şəhid olan polislərimizə rəhmət eləsin! Qarşıdurmaya çağıranlar, Vətənimizi qana çalxamaq istəyənlərin dəyirmanına su tökənlər, xurafat və cəhalətin əsiri olanları qəhrəmana çevirənlər, qisas hissiylə alışıb yananlar! Sevinənlər! Durun, dayanın! Xalq siz deyilsiniz! Xalq bu təhlükəni duyan, hiss edən, dövlətimizə qarşı namərd hücumların mahiyyətini anlayan insanlardır! Onlar çoxdurlar! Lap çox! İndi təmkinli dayansalar da, namərdlərə, kürəyə bıçaq saplayanlara layiqli cavab verəcəklər! İctimai fikirçoxluq xalqın müdrik kəsimindədir! Və bu çoxluq indi dinməli, səsini qaldırmalı, Vətənimizi qana sürükləyən bir ovuc xainə qarşı kəskin münasibətini ortaya qoymalıdır!

***

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin “Əsa” teatrına göstərilən dəstək və bu teatrın fəaliyyəti barədə ürəkdən danışması xoş təsir bağışladı. Nazir mətbuatı uzun illərdir diqqətlə oxuduğunu söylədi və “təbliğat işin yarısıdır' deyərək media ilə əlaqələrin önəmindən danışdı.

 

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2019.- 23 fevral.- S.9.