Xocalı
Bir gecədə nələr gəldi başına,
Od vuruldu torpağına, daşına,
O tarix yazıldı qan yaddaşına,
O gecə qəlbimiz yandı, Xocalı,
O tarix qanlıdı, qandı, Xocalı.
Azğın havadarın salıb
yanına,
Qan çiləyib olmayan vicdanına,
Körpəsini anasının qanına
Qərq
etdi qudurmuş yağı, Xocalı,
Çəkdi sinəmizə dağı,
Xocalı.
Havadarı olsa, köpək
qurd basar,
Amma həm də baxır, kimdir havadar.
Quduz köpək, qəfil basqın, soyuq, qar,
Köpəyə də arxa ayı... Xocalı,
Yoxdur bu dəhşətin, tayı,
Xocalı.
Dinc arvad-uşağın qəsdinə
durmaq,
Düşmənçilikdir həm, həm də qudurmaq.
Həqiqəti mümkün deyil
susdurmaq,
Gec-tez öz yerini tapır, Xocalı,
Quduz it sahibin
qapır, Xocalı.
Susayıb qanına, durub qəsdinə,
Düşmən köpək kimi
düşdü üstünə,
Hər kəsə bəllidir onun qəsdi nə
O köpəyi kim
qısqırtdı, Xocalı,
Diddi ürəyini,
yırtdı, Xocalı.
Bu gün düşmən qapı-qapı sülənir,
"Yazığam", "məzlumam"
deyib dilənir,
Şər-böhtana, iftiraya bələnir,
Varsa da inanan hələ,
Xocalı,
Uzun sürməyəcək
belə, Xocalı.
Bizim tərəqqini düşmən
də görür,
Üstümüzə gah ulayır, gah hürür.
Can verən xəstə tək bir ömür
sürür,
Üzülür hər yandan əli, Xocalı,
Hikkəsindən olur, dəli, Xocalı.
Artıq
çapalayır qaniçən
yağı,
Lələtəpə ona bir qisas
dağı.
Gün gələr kəsilər
murdar ayağı
O müqəddəs torpaqlardan,
Xocalı,
O gün deyil uzaqlarda, Xocalı.
Bircə
alayımız dörd
gün savaşla,
Qərq etdi düşməni qorxu-təlaşa.
Elə bil köpəyi basdılar daşa,
Büzüşüb o, quyruq qısdı, Xocalı,
Si çan tək
deşikdə mısdı,
Xocalı.
Hələ böyük gücün
kiçik zərrəsi
-
Bircə
alay oldu
düşmənin bəsi,
Ki, tutsun aləmi fəryadı, səsi,
Qaçıb ağasına getsin,
Xocalı,
Ağlayıb şikayət etsin, Xocalı.
İntiqam əzmimiz dönməz
və qəti,
Ordumuzun hər gün artır qüdrəti.
Düşmən də anlayır
bu həqiqəti,
Bürüyür bit-birə canın,
Xocalı,
Yerdə qalmayacaq qanın, Xocalı.
Adəm ASNI
525-ci qəzet.- 2019.- 26 fevral.- S.8.