Mübariz
Yağılar yurduma dikəndə
gözü,
Oldun bizə
arxa-dayaq, Mübariz.
Azğın düşmənlərdən qorudun bizi,
Gecə-gündüz daim oyaq, Mübariz!
Erməni
quldurlar duranda qəsdə,
Eli hər an qoruyurdun,
Mübariz.
Bu gün ruhun gəzir başımız
üstə,
Övladısan ana yurdun, Mübariz.
Düşməni məhv etdin sən yuvasında,
Viran qoydun o məkanı, Mübariz.
Şəhidliyi seçdin vətən
yolunda,
Oldun xalqın qəhrəmanı,
Mübariz!
Vətən tarixinə yazılıb
adın,
Sən bircə an əsla
unudulmadın!
Əliyev Mirzə Vüqar oğlu
"Gənc istedadlar" liseyinin VI sinif şagirdi
525-ci qəzet.- 2019.- 26 fevral.- S.8.