“Ürəyində arzu tut  

 

 

GƏNC TAMAŞAÇILAR TEATRI SƏHNƏSİNDƏ XOCALI ANILDI

 

 

 

 

Xalqımızın tarixinə qanlı hərflərlə yazılan bir neçə hadisə var. Bunlardan biri Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilmiş bu faciənin nəticələri millətin tarixində sağalmaz yaralar açıb.

 

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər düşmən gülləsindən yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın 26 uşağın taleyi hələ bəlli deyil”. Gənc Tamaşaçılar Teatrının əməkdaşı Ötkəm İskəndərov Xocalı faciəsinə həsr olunmuşArzu Muradtamaşasından öncə bu statistik məlumatları sadalayır. Həqiqətən bu rəqəmlərin hər birində böyük ağrı var, dərd var, millətin başına gətirilmiş faciə var. Ötkəm İskəndərov bunları dönə-dönə təkrarlayır sadalanan məlumatların, rəqəmlərin  hamı tərəfindən əzbər bilinməli olduğunu vurğulayır.  Hamı əlindən gələni etməlidir ki, bu faciə dünyaya tanıdılsın, ermənilərin törətdiyi vəhşilikləri hər kəs bilsin. Hər il Xocalıya ədalət kompaniyasının keçirilməsi, Xocalı həqiqətlərinin dünyaya tanıdılması üçün dünyanın müxtəlif yerlərində tədbirlərin, yürüşlərin baş tutması dövlətimizin, xalqımızın bu faciəyə həssas yanaşmasını göstərir. Hər il yüzlərlə, minlərlə adamın Xocalı abidəsini ziyarət etməsi millətimizin öz tarixinə, keçmişinə, faciəsinə, orda həlak olmuş, əsir düşmüş həmvətənlərinə sayğısının bariz nümunəsidir.

Xocalı faciəsi zaman-zaman sənəti düşündürüb, bu mövzuda müxtəlif əsərlər yazılıb, film tamaşalar ərsəyə gətirilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı da bu ağrılı mövzuya həssaslıqla yanaşır. Hər il Xocalı ərəfəsində vətənpərvərlik mövzusunda səhnə əsərləri tamaşaçılara təqdim olunur. Fevralın 24-də Sevinc ElsevərinÜrəyində arzu tut” pyesi əsasında quruluş verilmişArzu Muradadlı səhnə əsəri tamaşaçılara təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır. Tamaşada bir ailənin timsalında faciə nəticəsində məhv olmuş həyatları görürük. Fiziki iztirabların, mənəvi sarsıntıların sənət dilində əksinə tamaşa edirik. Xocalıda əsir düşmüş, işgəncələrə, təcavüzə məruz qalmış, ailəsi gözlərinin önündə öldürülmüş Arzunun (Səbinə Məmmədova) faciəsi vasitəsiylə əslində bütövlükdə millətin ağrısı göstərilir. Faciənin izləri ömür boyu onun həyatında silinməz olaraq qalır.

Tamaşanın əvvəlindən Arzu və Muradın (Anar Seyfullayev) xoşbəxt sevgisi göstərilir. Elə bunun özüsimvoldur. Arzu və Muradın birlikdə qurduğu xəyalların puç olması, Arzunu çox sevən Muradın keçirdiyi əzablar əslində minlərlə Arzu və Muradların yaşantılarını gözlərimiz önünə gətirir. Müharibə, bu halda qətliam bütün xoşbəxtliklərin sonudur, amma əsl hissləri heç kimheç nə öldürə bilməz. Ona görə də xoşbəxt gələcəyə inam, ümid də elə bu sevginin simasında göstərilir. Tamaşanı izlədikcə özünü obrazların yerinə qoyur, vəziyyətin dözülməzliyini anlayırsan. Deyilən hər bir cümlə, səslənən musiqi, ən kiçik detal belə faciənin acı nəticələrindən danışır. Gənc Tamaşaçılar Teatrı səhnəsində müxtəlif xarakterli rolları ifa edən Səbinə Məmmədova və Anar Seyfullayev bu dəfə tamam fərqli tərəfdən görünürlər, sanki hər şey yenidən yaşanır səhnədə. Düşmən təcavüzünə məruz qalmış Arzu nişanlısının üzünə baxa bilmir, sevgilisini qoyub gəldiyi üçün özünü günahkar hiss edən Murad gözlərini gizlədir... Tamaşaçı qarşısında da utanır elə bil. Və ən dəhşətlisi budur ki, gördüklərimiz böyük faciənin lap kiçik bir hissəsidir. Arzunun monoloqu isə mərd, güclü bir Azərbaycanlı qadınının xarakterini göstərir. Döyülən, söyülən, işgəncələrə məruz qalan qadın qonşu otaqda olan əsirlərin dərdinin üstünə dərd gətirməmək üçün qışqırmır. Səbinə Məmmədova bu etirafları elə edir ki, tamaşaçı göz yaşlarına hakim ola bilmir, zaldan gələn hıçqırıq səsləri aktrisanın hönkürtüsünə qarışır.

Tamaşada Gülər Nəbili, Güşvər Şərifova, Kərəm Hadızadə, Elşən Şıxəliyevin canlandırdığı obrazların vasitəsiylə ev-eşiyini, doğmalarını itirmiş insanların ağrısı, həmçinin qaçqın həyatı yaşamağın çətinliyi göstərilir. Amma tamaşadünya yaxşı insanlardan xali deyil” ideyasını Arzuya kömək edən, ona ayaqda olmağa yardımçı olan Sədaqətin (Nuriyyə Əliyeva) simasında göstərir. Sonda damarlarında erməni qanı olan Azadın (İlham Əsədov) ölümü ilə Arzu  Murad yenidən qovuşurlar... Və elə bu finalın özüsimvolikdir!

Tamaşadan sonra onu da öyrəndim ki, rejissor Gülnar xanım Hacıyeva Qarabağ qaçqınıdır və əsərə quruluş verdiyi müddətdə göz yaşlarını saxlaya bilmirmiş... İndibütün yaradıcı heyət göz yaşları içərisində tamaşaçı alqışların qəbul edirlərbu vəziyyətin özündə də ümid, təsəlli var. Birbiz hamımız ürəyimizdə arzu tuturuq... Hamı eyni arzunu!

 

NİGAR

 

525-ci qəzet.- 2019.- 26 fevral.- S.7.