Sözə təşnə Zakir Məmməd
Söz biləndə bir adam az,
Səs salıb
meydan sulamaz.
Zakir, könlünə qulaq as,
Söz ona təslim olacaq.
Bir qələm dostumun dedikləri yadıma düşdü:
"Sən şeirləri
yazarkən sanki onları pıçıldayaraq
yazırsan".
Bəlkə elə bu pıçıltılarda
Şair özünü
sözlə izhar etməyə çalışır?
Pıçıltılar olmasa, aşıb-daşan
boşluqları necə
doldura bilər ki?
Qışqıra-qışqıra, bağıra-bağıra hansı
boşluq doldu ki?
Mətləbə keçmək bəzən
çox çətin
olur, belə yerdə heç söz özü də haraya yetmir. Sözü özün gətirib
süfrənin başına
çəkirsən. Oxşayırsan, nazına qatlaşırsan,
ilhamının çarxını
yağlayırsan. Söz də
bəzən səni istədiyin maneələri
aşmaya yardımçı
olmur. Söz də səni
yarıyolda qoyub yanılda bilir. Yerində deyilmədisə, yanlış
anlaşıldısa, vay
o sözün halına,
sahibinin üzünü
qızardar.
Ədəbi aləmin söz meydanında daha toz-tozanaq qoparan sözbazları, söz sərraflarını görmək
mümkün olmur. Hamısı sanki özünə çəkilib bu toz-tozanağın yatışmasını
gözləyir. Hansı tozanağın
bəs? Əgər onu
yaradan olmayıbsa, bəs niyə bizə indiki mühit bu təsiri
bağışlayır? Sual vermək nə qədər asandırsa, ona cavab tapmaq
və izahını vermək bir o qədər çətindir.
Mənə elə gəlir
ki, bütün sualların birdən artıq cavabı var, daha çox,
xeyli, hətta bir suala yüz
cavab oyunu oynamaq olar. Bunu da yalnız sözdən anlayan çatdıra bilər.
Sözdən anlamağın özü
də hal adamı olmağa bərabərdir.
Bütün bu özəllikləri özündə cəm edən Zakir Məmməd haqdadır bugünkü söhbətim. "Sözə
təşnə Zakir Məmməd" haqda...
Hər qoltuğa dayaq girmir,
Hər qəflətə
oyaq girmir.
Bu qablara ayaq girmir,
Düz ayaqqabı
düzəldin.
Sözü öz-özü üçün
qəlb zümzüməsi
edən, könül pıçıltısı yapan
Zakir müəllimin lirik dünyasından boylanıram. Hardasa çox-çox uzaqlarda ədəbi aləmin içindən yavaşca və səssizcə, heç kimin görmədiyi və bilmədiyi yerdən kök atıb çıxan bu adamın öz yerişi ahəngində duyumu və həssaslığı var. Başını
ağır-ağır tərpədib
gülümsədikcə uca
dağların başındakı
qıyya havasında qanadlanan qartal sayağı çöhrəsindəki
ani təbəssümüylə
öz dəsti-xəttini,
möhürünü olduğu
yerə vurur, damğalayır, silinməz
edir. Onun yazdığı əsərlərində ucsuz-bucaqsız
bir ümmandan arxaya qalan bir
damla misallı həsrəti, yanğısı
ümidini yox olmağa qoymur sanki. Vaxt, zaman, məkan
onunku deyil. O, bütün hallarda olduğu yerdə deyil, zamanından çox-çox öncüldü.
Yerişi ağır, sürəti
iti, təzadlığı
bir ayrı düşüncə. Nə
qədər istəsə
belə, əlinə qələm alanda bu ağır təzaddan qurtulub yaza bilmək bacarığını ona
bəxş edən Tanrıdan uzaqda ola bilmir.
Tanrısını Hira
dağında özü
yaradıbmış kimi
peyğəmbər libasını
geyinib sözə ehya verib bu
adam. Heç nəyi
yoxdur, qapısında
hörümçək tor qurubdur yüz ildir, sözdən yellər oynasa da, onun içindəki
min illik sükutu pozmağa imkanlı deyil. O hörümçək
torunda da özəllikləri var bu adamın. O hörümçək torundan
da sevmədiklərini
asıb qətlə yetirə bilir. Elə şirin-şirin
can verir ki, sevmədiklərinə də...
Onları öldürüb yenidən diriltmək gücünə malikdir Zakir Məmməd. Zamanın qurduğu tələ onun qapısının ağzındakı
adi bir hörümçək
toru qədər deyil. Onun qapısı da
elə bir kitab vərəqinin sonuncu sətri kimi oxunub bitirildikdə
anlaşılandı. O, bu qədər gizlidir. İçində gizlidir, yazılarında
gizlidir. Hamıdan yazmağı
bacardığı kimi
heç kəsdən
gözləmədiyi bir
dərinliyi yenə dönüb-dolanıb özündə
tapan adamdır Zakir Məmməd. İnsanı böyük edən onun təmənnasızlığıdır.
Hamıya, hər kəsə
qarşı onu təmənnasız edən
ürəyi olmasıdır.
Düşmənini də sevə
bilər insan, hətta düşmənini
də. Düşməni olmayan adamdır
ədəbiyyat adamı.
Bax elə ona görə
də əsl ədəbiyyat adamıdır
Zakir müəllim.
Tənhalığı biçimli,
əyninə ölçü-biçisi
doğru... Sözü
kimi kəsərli...
Nə gecən var, nə gündüzün,
Bu dağ, bu meşə sənindir.
Ula, boz canavar, ula,
Bu qəmli peşə
sənindir.
Söz belə
yerdə bitir və yenidən doğulur. Hər sətirdə belədir...
Hər yazısında yenidən doğulan söz adamıdır, hər yazısında öz qəhrəmanından uzaqda
qalmağı tərcih
edəndir. Qələmini qanına batırıb yazandır söz adamı. Gözlərinin yuxusuzluğu, ağrı-acısı
tökülmədisə, yazdığının
üstünə ondan
söz ətri gəlməz. Ürəyinin
çırpıntıları payız yarpağı kimi xışıldamadısa
heç nə!.. Qələmi yerə qoy!..
Zakir Məmmədin istədiyi bax budur!
Bu dünya binadan-başdan
Var toplayır
qucaq-qucaq.
Xırda
qarışqasına da
Yükünü daşıtdıracaq.
Fəlsəfə bizim içimizdə olan duyum boyda
vicdan yükü kimidir. Kim nə boyda vicdan sahibidirsə,
o boyda duyğu adamıdır. Harasından
boylansan bu dünyaya, həyat eşqinin nə rəngini, nə ölçüsünü, nə
var oluşunu bilmərsən duyğuların
olmasa... Bəzən bir bənd şeirdə
varsan, bəzən bir sətir sözdə... Yazdığın səni sevindirir,
yazdıqca oxucunun ürək ritmindən qopan bir dağ
şəlaləsi kimi
şaqraq nəğmə
səsi boylanar sətirlərindən. Kimə nə
yazdığını bilərsən,
heç kimi unutmadan, vəfasız çıxmadan, hətta əlindəki qələmə
də sadiq yoldaş olmağı seçərsən. Heç xəyanətkar
gördünmü özün
kimi? Gecənə xəyanət etdin,
qəlbinə xəyanət
etdin, yuxuna, varlığına, yoxluğuna,
zamanına xəyanət
etdin. Hətta xəyanət sözünü
dilə gətirməmək
üçün sözün
özünə də
xəyanət edəcəkdin
ki, dönüb bütün günahlardan keçib söz adamı oldun. Günahların bağışlanılsın
deyə dəridən-qabıqdan
çıxan baxışlarına
da yolçuluq etdin bəzən... Təbəssümünü bağışladığın
O deyildisə, bağışlamaq
istədiyin bəs kim idi?
Sən ona aparan yollara
da yoldaş olmadın. Bütün bu ağrılardan
keçib ucaldın özün olmaq mərtəbəsinə.
Bax, budur sənin cavabını bildiyin suallar!
Şeir
kimi ömrü uzundur Sözün!
Yer üzü adamla dolu,
Adam da bir az qorxulu.
Yol da ki Allahın
yolu,
Bu yoldan hər adam keçdi.
Zakir müəllimin öz təbirincə desək,
"gül gülü
çağırır, bülbül
bülbülü, nə
vaxtdır, adam adamı çağırmır",
"xoruz da banlayır, səhər də açılır, adamın ürəyi açılmır", "nə
vaxtdır, baş saxlayır hərə bir cür, çünki
bu baş lazım olacaq yaxşı-yaxşı düşünməyə"...
Bəli, nə vaxtdır, dostlarla münasibətdən daha yaxşıdı başı
qarlı uca dağların seyrinə dalmaq, nə vaxtdır, adam
unudub adamları da, elə adam
olmaq da unudulub, kəm-kəsir dərdi çəkməkdən
şişib adamların
başı... Vaxt qazanmaq da yaramır
ömür etməyə,
ömürdən bezir
adam... Zakir
müəllimin bu
"nə vaxtları"
öz zamanından keçib keçmişə
dalıb, günümüzə
gəlib çıxıb,
gələcəyə aparır
yer kürəsini, çünki nə vaxtdır, yer kürəsi boş-boşuna
yaxşı Şairləri
dənləməklə məşğuldu...
Bir az göydən,
bir az yerdən
Şair olmaq istəyi azalacaq bu dünyanın...
Baxım
özümü unudum,
Qurusun lap matım-qutum.
Bir az göylərə
üz tutum,
Bir az da aşağı baxım.
Hamıdan və hər şeydən yazacaq Zakir Məmməd, bircə özündən yazmayacaq, öz vaxtını hamıya və hər kəsə sərf edəcək... Vaxtına şükür, dünya, nə yaxşı, Zakir Məmməd var!
AY Bəniz
ƏLİYAR
şair,
AYB-nin üzvü
525-ci qəzet.- 2019.- 28 fevral.- S.8.