Ələddin Əzimlinin yeni
şeirlər kitabı çıxdı
Bugünlərdə şair Ələddin Əzimlinin yeni kitabı işıq üzü görüb.
"Günəş MMC" nəşriyyatında nəfis
tərtibatda işıq
üzü görən
"Susamış dəniz"
adlı kitabda şairin son illərdə
yazdığı şeirlər
toplanıb.
Yeni topluda şair, əsasən, saf, səmimi duyğularına, fəlsəfi
düşüncələrinə daha çox üstünlük verib.
Oxuculara təqdim edilən bu şeirlər toplu şəklində ilk
dəfədir ki, çap olunur.
Kitabın redaktoru yazıçı-publisist
Camal Zeynaloğludur. Ön sözdə Avdı Qoşqar yazır: "Bir qətrə suya bənzər dənizlərin yanğısı
daha böyük olur, Ələddin Əzimli, bu belədirmi? Nə yanğıdı susamış dəniz obrazında səni göynədən? Dəniz suyunun
şorluğumu, su bolluğumu? Yoxsa bir
dolça bulaq suyuna tamarzı qalmaq ehtiyacımı?
Su bolluğunda susuzluqdan,
ət bolluğunda aclıqdan danışmaq olar, o mənada ki, bu təamlarda
gözün olmaya, suyun da, çörəyin
də halalını,
təmizliyini arzulayasan...
Onumu istəyirsən, Ələddin
Əzimli? Bu, baş tutası sevda deyil, baş
ağrıdası istəkdi.
Ancaq nə başının ağrısına
məhəl qoy, nə də bu sevdanın bir ömür uzanmasına... Elə
"ölçüyə, biçiyə gəlməyən"
şeirlərinin ömür
sonsuzluğuna dik gözünü:
Şeirlərim
ölçüyə-biçiyə gəlmir,
sıralanıb düzlənmir
əsgərtək,
cəld, çevik.
Fikirlər öz yerində,
sətirlərsə-
gah uzun olur,
gah gödək,
Vəziyyət belədir, dostlar,
gəlin sağollaşaq
və bu söhbətin
üstündən keçək..."
Kitab dörd bölmədən ibarətdir: "Qapımı döydü kədər", "Yazıya gəlməyən şeir", "Qaytar o qayığı" və "Susamış dəniz".
Kitabda yer alan rəsmlərin müəllifi Süleyman Mustafaoğlu, operator Ruhiyyə Mirəli, korrektoru isə Sevinc Quliyevadır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 28 fevral.- S.8.