Sənət sevdası

 

Keçən həftənin cümə günü şair, tərcüməçi həmkarım Səyavuş Məmmədzadənin telefon zəngi gözlənilməz olmadı, amma təklifi məni bir qədər düşündürdü: "Bazar günü Elmira Axundova xəstəyə baş çəkməyə gələcək, sən gəlsən, şad olardım".

 

Dedim ki, əvvəla, siz xəstə deyilsiniz... Dərhal sözümü kəsdi: "Əgər insan aylarla ikinci mərtəbədən birinci mərtəbəyə düşə bilmirsə, ayaqları torpağa dəymirsə, bəs bunun adı nədi?" Eynini açmaq üçün zarafat etmək qərarına gəldim: "Yaxşı, buna deputatla xalqın görüşü demək olar?"

 

- ad qoyursan, qoy, - dedi, - amma sən gəl.

 

Beləliklə, bazar günü, səhər saat on birə işləmiş qələm dostumun Azadlıq prospektindəki mənzilində idim. Xoş-beşdən sonra soruşdu: "Notbuku gətirmisən?" "Gətirmişəm". "Elmiraya neçə il qabaq bir şeir həsr etmişdim, Salıb yeni kitabına. Mən yeni gözlə oxudum, xoşuma gəldi, çevirdim Azərbaycan dilinə, bəlkə yazıb göndərək "525"ə?".

 

Məmməd ORUC

 

525-ci qəzet.- 2019.- 7 fevral.- S. 6.