Yenidən diqqət mərkəzində: 180-dən çox ölkənin nümayəndəsi Bakıda bir araya gəlib

Bu günlərdə paytaxt Bakı daha bir mühüm beynəlxalq tədbirə, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edir. İyun ayının 30-da başlayan sessiya iyulun 10-da başa çatacaq. On gün ərzində 180-dən çox ölkədən 2500 nəfərdən artıq nümayəndənin iştirakı nəzərdə tutulub. Xatırladaq ki, sessiya öz işinə Abidə Menecerləri Forumu öz işinə başlayıb. Dünya İrsi Mülkiyyətinin daha səmərəli qorunmasına nail olmaq üçün bu forum böyük önəm daşıyır. Xatırlatmaq lazımdır ki, bu forum yeni təşəbbüs kimi iki il əvvəl Polşanın Krakov şəhərində başlayıb artıq üçüncü dəfədir keçirilir. Səkkiz gün ərzində davam edəcək forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın şəxs iştirakı edir. Abidə menecerləri bu tədbir günləri ərzində bir sıra iclaslarda yığıncaqlarda iştirak edəcəklər.

Ümumiyyətlə, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin qurumla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanın qurumdakı üzvlüyünün 27-ci ildönümünün tamam olduğunu vurğulayıb: "Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik verdiyimiz töhfələrlə UNESCO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini memarlıq abidələrimizin qorunması, bərpası saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır."

Birinci vitse-prezident deyib ki, son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilib. UNESCO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən, Şirvanşahlar Sarayı Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Mehriban Əliyeva Ermənistanın işğalı nəticəsində Azərbaycanın yüzlərlə tarixi memarlıq abidəsi, muzeylər, məscidlər digər dini məbədlərin dağıdıldığını, yaxud ciddi dağıntıya məruz qaldığını vurğulayıb: "Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ çoxdur UNESCO bu baxımdan mühüm rol oynamalıdır".

UNESCO-nun baş direktoru Odre Azule isə dünya mədəni irsinin son dərəcədə həssas vəziyyətlərlə üzləşdiyini deyib: "UNESCO-nun ilk cərgələrdə getməsi beynəlxalq həmrəyliyin təzahürüdür. Biz bu gün sülh istəyirik, istəyirik sülh qurulsun".

Millət vəkili Jalə Əliyeva mövzu ilə bağlı bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib: "Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Bu Fondun dəstəyi ilə milli mədəniyyətimizin qorunması və təbliği sahəsində böyük layihələr həyata keçirilib. Bunlara muğam müsabiqələri, uşaq musiqi festivalları, caz festivalı və digər mədəni tədbirlər aiddir. Yəni Mehriban Əliyeva Azərbaycan-UNESCO əlaqələrini düşünülmüş kurs üzrə, ardıcıl və davamlı olaraq inkişaf etdirib. Bu proses indiuğurla davam edir və ölkəmiz bundan böyük faydalar götürür. Mədəniyyətimiz dünyanın bütün ölkələrində artıq tanınır. Birinci xanımın təşəbbüsü ilə həyata keçirilən və Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıdan proqramların reallaşdırılması UNESCO ilə əməkdaşlığın çox mühüm aspektini təşkil etməkdədir. Mehriban xanımın mədəniyyətlərarası əlaqələrin inkişafında, ölkəmizin zəngin mədəniyyətinin qorunması, müxtəlif mədəniyyət nümunələrinin öyrənilməsi sahəsində göstərdiyi xidmətlərinə görə, 2004-cü il avqustun 13-də UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu hadisə sadəcə böyük xidmətləri olan bir şəxsiyyətin layiq olduğu qiyməti alması deyildi, həm də Azərbaycan-UNESCO əlaqələrində inkişafın yeni mərhələsinin təsdiqi idi. Çünki Mehriban Əliyevanın sistemli, konseptualdüşünülmüş fəaliyyəti ilə Azərbaycanla UNESCO-nun əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldə bildi. Bütövlükdə, tərəflər arasında əməkdaşlıq daha sistemli olmaqla yanaşı, əhatə dairəsi də genişlənir. Artıq Azərbaycan dünyanın istənilən regionunda təşkil edilə biləcək tədbirlərin təşəbbüskarı ola bilir. Bu mənada UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının da ölkəmizdə keçirilməsi mühüm hadisədir".

 

Pərvanə.

525-ci qəzet.- 2019.- 3 iyul. S. 4.