CAN
RÜSTƏM!
Bir xəbər çatdı mənə Nuhi-nəbi qarğışı tək,
İçərimdə biləsən qopdu nə tufan, Rüstəm.
Yandı
bir ləhzədə, xirmən kimi arzım, ümidim,
Canım
ol yanğıda yandıqca dedim: "Can, Rüstəm!"
Bəllidir - Rüstəm olan
ağlamaz, amma oxlar
Sənə dəydikcə ürəklərdən
axar qan, Rüstəm.
"Həftxan"lardan aşırsan,
alısan dev yarasın,
Qərnimiz qəhrəmanı, Rüstəmi-Dəstan
Rüstəm.
Nə qədər varsa bu dünyada Azərbaycan eli,
Şanlı Rüstəmlər üçündür
şərəfü şan,
Rüstəm.
Tilisim çay dərələrdə
nə qoçaq salmış idin,
Bir ümid
körpüsu ki, yol sala karvan,
Rüstəm.
Dev yatarkən iki qardaş qonuşurduq gecələr,
O qonuş el qəminin dərdinə dərman, Rüstəm.
Devlər
amma ayılıb duydular əhvalımızı,
Hələlik qaldı umid körpüsü viran, Rüstəm.
Hizbi-şeytandan olan qoy səni ixrac eləsin,
Başda yazmış səni öz Hizbinə Rəhman, Rüstəm.
Qalmışam mən də bu tayda qolubağlı,
asılı,
Səf çəkib
qarşıda qəm,
sanki verir san, Rüstəm.
Qardaşın qardaş ilə
bir görüşü,
bir qonuşu
Qədəğən olmada, bax zülmə,
nə tüğyan, Rüstəm.
Yetişib vədəsi həqqin,
əmin ol dəm-dəmidir,
Açıla həqq qapısı, mat qala şeytan, Rüstəm.
Nəbi
tək bizdə qılıc Rüstəmi
çoxlar var imiş,
Sən qələm Rüstəmisən,
can sənə qurban, Rüstəm.
Şəhriyar arzı-göz oldu
ki, Səhəndilə
gələ
Bəxtiyar məclisinə, başda
Süleyman, Rüstəm.
Məhəmmədhüseyn
ŞƏHRİYAR.
525-ci qəzet.- 2019.- 3 iyul. S. 11.