Dünya irsi siyahısına təklif edilən nominasiyalar müzakirə edilib
Dünya İrs Komitəsi 43-cü sessiyasının iyulun 5-də günortadan sonra keçirilən plenar iclasında təbiət və mədəniyyət abidələrinin qorunması məsələləri üzrə müzakirələr davam edib.
İlk məsələ Fransanın Cənub əraziləri və
dənizləri məsələsi olub.
Üzv ölkənin
təmsilçiləri bildiriblər
ki, həmin ərazidə insan məskəni olmasa da, ərazidə yaşayan vəhşi heyvanların nəslinin kəsilməsi təhlükəsi
yaranıb.
Müzakirələrdə Norveç, Avstraliya,
Qvatemala, Tunis nümayəndələri
çıxış edərək
Fransanın sənəd
qovluğunun mükəmməl
hazırlandığını və bu məsələni
vaxtında araşdırıb
təqdim etdiyini vurğulayıblar. Sənəd etirazsız
qəbul edilib.
İslandiyadakı Vatnayyökyüldl - "Buz
və od ölkəsi" milli parkının siyahıya alınması məsələsi
də müzakirəsiz
qəbul olunub.
Təbiət abidələri ilə bağlı məsələlər
bitdikdən sonra qarışıq (həm mədəni, həm təbiət) abidələrin
Dünya irsi siyahısına salınması
məsələlərinin müzakirəsi
başlayıb.
Bu sıradan ilk olaraq
Albaniyanın Ohrid yarımadası ilə bağlı təklifi müzakirəyə çıxarılıb. İUCN və İCOSOM məruzəçiləri
Şimali Makedoniya və Albaniyanın coğrafi ərazisinə daxil olan Ohrid
gölü və yarımada ilə bağlı hesabat xarakterli çıxışlar
ediblər. Bildirilib ki,
dəmiryolunun çəkilməsi,
turizmin geniş inkişafı ilə əlaqədar regionda təbii fəlakət və mədəni abidələrin məhvi təhlükəsi yarana bilər.
Macarıstan nümayəndəsi təklif edib ki, hər iki
üzv dövlət birlikdə çalışsın
və gələn il Ohrid
gölü və ətrafının təhlükədə
olan irs siyahısına daxil edilməsi üçün
təklif hazırlasınlar.
Məsələ ətrafında Norveç,
Çin, Braziliya, Küveyt nümayəndələri
çıxış ediblər.
Qərar
layihəsi bir sıra düzəlişlərdən
sonra qəbul olunub.
Braziliyanın Parati mədəniyyət və biomüxtəliflik mülkiyyətini Dünya
irsi siyahısına salınması məsələsi
heç bir irad edilmədən qəbul edilib. Hesabat
dinlənildikdən sonra Qvatemala,
Çin, İspaniya və
digər ölkələrin təmsilçiləri arzu və təkliflərini bildirib
Braziliyanı belə bir addım
atdığı üçün təqdir
ediblər. Parati şəhəri Braziliyadan ilk
qarışıq irs nümunə olaraq siyahıya daxil edilib. Bununla da 43-cü sessiyada
qarışıq abidə siyahısına salınacaq
mülkiyyətlərin müzakirəsi başa
çatıb və mədəniyyət abidələri ilə
bağlı müzakirə başlanıb.
525-ci qəzet.- 2019.- 6 iyul. S. 13.