Azar
“Hazard” deyil!..
İki dəfə “Əməkdar
mədəniyyət işçisi”
Göz gördüyünü çağırar. Məndə
belə yalançı təsəvvür yaranıb ki,
dövlət səviyyəsində hər hansı bir məsələ
barədə düzgün qərar qəbul edildikdən sonra
icraçılar həmin qərarı yerinə yetirmək əvəzinə
tələb edilənin əksinə hərəkət edirlər.
Götürək elə Azərbaycan dilinin orfoqrafiya
qaydalarını.
Mən
orta məktəbi düz 52 il əvvəl
bitirmişəm. O vaxtdan bildiyim, öyrəndiyim budur ki:
a) rus dilində tərkibində ö olan ümumi isimlər s ilə,
xüsusi isimlərdə sözün əvvəlində s,
sözün ortasında və axırında ts yazılır;
b) rus dilində tərkibində ù olan alınma sözlərin
əvvəlində və axırında bir ş, ortasında
isə iki ş (şş) yazılır.
Bəs bu gün reallıqda vəziyyət necədir? Bu suala uzun-uzadı şərhlərlə
cavab vermək olar, biz isə konkret cavab veririk: vəziyyət
çox bərbad, hətta ağlamalıdır. O mənada
ağlamalıdır ki, “Azərbaycan Respublikasında dövlət
dili haqqında” qanunun tətbiqi barədə prezident fərmanına
uyğun olaraq Nazirlər Kabinetinin 16 aprel 2019-cu ildə qəbul
etdiyi 174 nömrəli qərara demək olar ki,
başdan-başa ƏMƏL OLUNMUR!!! Həm də
təkcə ayrı-ayrı şəxslər deyil, hətta
dövlətin özünün idarə və müəssisələri,
rəsmi təbliğat vasitələri, KİV-ləri.
Misalmı istəyirsiniz? Heç uzağa getməyib ikicə
misalla kifayətlənirəm: bir neçə gün qabaq
ölkə prezidenti İlham Əliyev ATƏT Parlament
Assambleyasının prezidenti Georgi Seretelini qəbul etmişdi
və AZƏRTAC bu barədə məlumat yaymışdı.
İki qəzetdə bu məlumat gözümə dəydi:
“Azərbaycan” qəzetində Sereteli, “Xalq qəzeti”ndə
Tsereteli. İlkin mənbə ilə
maraqlandım; məlum oldu ki, AZƏRTAC bu şəxsi Tsereteli
kimi təqdim edib, rəsmi dövlət qəzeti isə
haqlı olaraq bu soyadı Sereteli kimi dərc eləyib.
İkinci
misal: təxminən bir ay qabaq prezident fərmanı ilə
ünlü fırça ustası Zurab Sereteli ordenlə təltif
olunmuşdu, məşhur Mərkəzdə isə TSeretelinin
(?) əsərlərindən ibarət sərgi
tamaşaçılara təqdim edilirdi…
May ayında Polşa prezidenti ölkəmizə rəsmi
səfərə gəlmişdi. Bu şəxsin adı
polyak dilində “Andzhey” kimi yazılır; rus dilinə
çevriləndə isə bu olur “Andjey”. Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan
dilinin orfoqrafiya qaydaları”nda bu barədə nəsə bir tənzimləyici
müddəaya rast gəlmədim. Ancaq
praktikada 60 ildir ki, rus dilindəki “dj” hərfbirləşməsinin
Azərbaycan dilində “c” kimi yazıldığını (və
yazılmalı olduğunu) bilirəm. Nümunə
kimi “şanlı Bakı komissarı” Alyoşa Caparidzeni və
ya şou ulduzu – Azərbaycanın əməkdar artisti Manana
Caparidzeni göstərə bilərəm. Onların
hər ikisinin soyadı rus dilində Djaparidze kimi
yazılır, azərbaycancaya çevirəndə “Dj”
dönüb olur “C”. Belə olduğu halda
bəs Polşa prezidenti niyə AnDJey Duda kimi təqdim olunur?
Mənim
prinsipsiz prinsipimdir: kimsə ad-soyadımı özü istəyən
şəkildə təqdim edirsə (yazırsa, ifadə edirsə),
heç bir etirazım yoxdur – azad ölkənin azad, müstəqil
vətəndaşı nəyi, necə eləməli
olduğunu özü bilər (hətta qayda-qanuna tabe olmadan),
ancaq zəhmət çəkib niyəsini izah eləməlidir,
qoy heç kim ömrünü müəmmalar
məngənəsində çürütməsin. O cümlədən
Duda ilə bağlı məsələdə də.
Son günlərin daha bir populyar soyadı – “Hazard” barədə.
Mən
dilçi deyiləm, o cümlədən xarici dillərdən
də heç birini nə orta məktəbdə, nə də
ali məktəbdə düz-əməlli
keçməmişəm; bu və ya digər dildən bildiklərim
də ordan-burdan oxuduqlarımdır. O cümlədən
bildiyim budur ki, fransız dilində xüsusi isimlərin əvvəlində
“H” oxunmur, ismin sonunda isə hər hansı hərf – konkret
halda “D” – tələffüz olunmur. Bu qaydanı elə
fransızca – François Gérard Georges Nicolas Hollande,
qısaca, Fransua Oland Fransanın prezidenti seçildikdən
sonra onun soyadının necə yazılmalı olduğu barədə
çox hörmətli alim və yazar Cavanşir Yusiflinin
izahını oxuyanda bilmişəm. Amma elə
o vaxtdan da tək Olandın özünün yox, oxşar
soyadlı onlarca fransızın Azərbaycan dilində səhv
təqdim edilməsinin şahidi oluram.
Maraqlıdır ki, həm də yanlış yazılan
təkcə Polşa prezidentinin soyadı deyil. Özbəkistanın
keçmiş prezidenti – özbəkcə Èñëîì Àáäóғàíèåâè÷ Êàðèìîâ idi, yəni bizim dilə
çevirəndə İslam Əbdüqəni oğlu Kərimov.
Bəs niyə İtaliya prezidenti Corco Mattarellanın, təzəlikcə
Qazaxıstan prezidenti seçilmiş Qasımcomərd
Tokayevin, lap elə Özbəkistan baş nazirinin müavini
Əziz Əbdülhəkimovun da ad-soyadı moltanı dəbiylə
yazılır? İtalyan dilində iki sait
yanaşı düşəndə digər dillərdə
birinci sait (“i”) oxunmur. Qasımcomərdə gəldikdə
isə… Neçə illər öncə
Terminologiya Komitəsi KİV-lərlə
razılaşdırmaqla təsdiqləmişdi ki, iki sözdən
ibarət xüsusi isimlərdə sözlər bitişik
yazılır, yəni Qasım-Comərddə ikinci söz
birinciyə bitişik yazılmalıdır; həm də niyə
axı “Kasım-Jomərt”? “Aziz Abdulxakimov”? Bu sözlər ki, türk mənşəlidir və
onlar xüsusi qayda olmadığına görə Azərbaycan
dilində bizim dilin qayda-qanuna əsasən
yazılmalıdır. Üstəlik də
“xüsusi qayda” deyiləndə onu nəzərdə tuturam ki,
məsələn, Türkiyədə bütün xarici
xüsusi isimlər orijinalda olduğu kimi yazılır,
deyiliş isə doğru-yanlış şəkildə olur.
Bizdə belə bir qayda mövcud olmadığına (qəbul
edilmədiyinə) görə xarici ad-soyadları dəqiq tələffüz
elədiyimiz şəkildə yazmalı və ifadə etməliyik…
Yenə
“Hazard”a qayıdıram. Bu adam Belçika
vətəndaşıdır, amma fransızdır. Ona görə də soyadı fransızca
yazılır və başqa dillərdə, o cümlədən
Azərbaycan dilində də fransız dilinin qaydalarına
görə səsləndirilir. Beləliklə, “Hazard”
bizim dildə “Azar”dır; onlarca, yüzlərlə KİV-lərimizdən
bir neçəsini çıxmaq şərti ilə
qalanlarında “Hazard” yazılması, “Hazard” deyə səsləndirilməsi
TAMAMİLƏ YANLIŞDIR.
Latın əlifbasında “X” hərf deyil, “ks” hərfbirləşməsidir. Ona görə
də bu hərf müxtəlif dillərdə müxtəlif
cür ifadə olunur. O cümlədən ispan dilində
(əsasən də xüsusi isimlərdə) bu hərf “G” ilə
əvəzlənir. İndi siz fikir verin: ispan dilində nə
qədər adda-soyadda “G” varsa, bizdə “H” kimi yazılır və
tələffüz olunur. De Heya, Hordi və s. Həm də
maraqlısı budur ki, belə deyənlər və yazanlar
özlərinə bu cür haqq qazandırırlar ki, guya onlar
bunu dilimizin rus sözləri ilə korlanmasının
qarşısını almaq üçün edirlər. Belə
deyə-deyə onlar Praha-nı “Praqa”, Reynhold-u “Reynqold”,
Dübey-i “Dubay”, hokkey-i “xokkey” kimi yazır və tələffüz
edirlər. Mən hələ “ödəniş”in
“qarşılamaq”la əvəzlənməsini demirəm.
Onlarla, yüzlərlə belə misal göstərmək
olar ki, nə dövlət orqanları, nə də özəl
qurumlar doğru-düzgün yazır, ifadə edirlər. Boynuma alıram: 70-80-ci illərdə
mən də belə eləmişəm; amma sovet
dövrünün tabeçiliyi hara, indiki müstəqillik
dövrünün sərbəstliyi hara?!
Dilimizin saflığının qorunması barədə
prezident fərmanlarının yerinə yetirilməsinə
cavabdeh olanlar bəs hara baxırlar? Nə vaxtacan belə
olacaq?
Bizdən
demək və yazmaqdır…
Şakir Yaqubov
525-ci qəzet.- 2019.- 6 iyulş S. 13.