AĞACLAR
Bir qoca
çinara işlədi balta,
O, bir ləngər
vurdu, bir yırğalandı.
Yatdı
xartıltıyla ağaclar üstə,
Ağaclar necə də tez sıralandı.
Havada
tutdular onu, havada,..
Quşlar pırıltıyla uçdu hürküşüb.
Uçdu
küləklərlə uçan yuva da...
Deyərdin meşəyə indi ün düşüb.
Əzildi
ağaclar, sındı ağaclar...
Dağlar vüqarını itirdi sanki.
Bu son
gedişi də qandı ağaclar,
Onu öz çiyninə götürdü sanki.
Ağacı
yıxdılar, ağaclara bax...
Onu yıxılmağa qoymadı ancaq.
GƏRƏK
Hər sevən bilməyir, nədir məhəbbət.
Onun qadasına gələsən gərək.
Gülüş
də yüz cürdür, min cürdür, fəqət
O səni
güldürə, güləsən gərək.
Titrəyə
əlində qız barmaqları,
İtə gözlərində dünyanın varı.
Sonra da tərləyən
al yanaqları
Döyükə-döyükə siləsən gərək.
Qırmızı
geyinə, üzdə tel əsə,
Didə ürəyini, səbrini kəsə.
"Yox"deyə,
gedəsən gedər-gəlməzə,
"Hə"deyə, özünə gələsən
gərək.
Dünya,
Cumayoğlu, qoca dünyadır,
Heç nəyi almayan vecə dünyadır.
Bilmək
istəsən ki, necə dünyadır,
Öləndə eşq ilə öləsən gərək.
BAXIŞLA
Sevirəm deməyə dildə nə var ki?
Kişisən, salamlaş, danış baxışla.
Küsəndə
küsməyin gözdən oxunsun,
Barışmaq istəsən, barış baxışla.
Sirri
pünhan saxla, vermə heç kimə,
Dilin ucbatından batarsan qəmə.
Yanıram
sözünü dil ilə demə,
Alış öz içindən, alış
baxışla.
Sevgidir,
ey könül, dövlətin varın...
Sən od balasısan Odlu diyarın.
Hər
gün əhvalını o nazlı yarın
Soruş, Cumayoğlu, soruş baxışla.
GƏRƏK
Mən sənə
deyirəm: - Allah nurusan.
Olmasan, kor gözlər nəyimə gərək?
Sən baş ucalığı, qəlb qürurusan.
Olmasan, bu sözlər nəyimə gərək?
Gün
çıxdı-çıxmadı,., mənə
nə dəxli?
Ay
doğdu-doğmadı,., yenə nə dəxli?
Bu
dünya dolana, dönə,.. nə dəxli?
Gecələr, gündüzlər nəyimə gərək?
Olmasan,
şövq ilə gedib-gəldiyim,
Məcnunu, Kərəmi ötüb gəldiyim.
Gəlmək
niyyətimə yetib gəldiyim
Bu yollar, bu izlər nəyimə gərək?
Dağlarım dikəldi, ya çökdü - birdir.
Varlığın möcüzə, sehirdir, sirdir.
Gəzdiyin
düzənlər mənimçün pirdir,
Olmasan, o düzlər nəyimə gərək?
Üstümdə göz olan göz səninkidir.
Ya "ol!" de, ya "öl!" de, söz səninkidir.
Gülə bənzətdiyim üz səninkidir.
O biri
gülüzlər nəyimə gərək?
Mən sənə nə deyim? - Allah nurusan.
Olmasan, kor gözlər nəyimə gərək?
Sən baş ucalığı, qəlb qürurusan.
Olmasan, bu sözlər nəyimə gərək?
İLK
MƏHƏBBƏTİM
Bulaqsan,..
gözümdən axırsan mənim,
Tüstüsən,.. təpəmdəm
çıxırsan mənim.
Dustaqsan,.. könlümdən baxırsan mənim,
Ay ilk məhəbbətim,
ilk məhəbbətim.
Sən -
ciyər yanğısı, sən - sinəmdə dağ,
Yaxşısan,
yamansan,.. mənimsən
ancaq.
Üzümə
çırpılan şillə, şapalaq,
Ay ilk məhəbbətim,
ilk məhəbbətim.
Sən
gah sevinc oldun, gah fəryad, gah ün,..
Kaş ki, dağılaydı mən doğulan gün.
Sən -
cavan ömrümə vurulan düyün,
Ay ilk məhəbbətim,
ilk məhəbbətim.
İlk dəfə
heyrətdən çatılan qaşım,
Oşalanan qolum, əyilən başım.
Sən -
vaxtsız yıxılıb qalan başdaşım,
Ay ilk məhəbbətim,
ilk məhəbbətim.
YARATMISAN
Şükür birliyinə. Yaradan Kişi!
Gecədən gündüzə yol yaratmısan.
Mizan tərəziylə
görüb hər işi,
İşığı zülmətdən bol
yaratmısan.
Hərədə
bir ləqəb, hərədə bir ad...
Onunçün bu qədər gözəldir həyat.
Məsləhət
bilmisən qartala qanad,
Ceyrançün süzməyə çöl
yaratmısan.
Dağları,
daşları xəlq eyləmisən,
Alçaqdan ucaya fərq eyləmisən.
Dərin
dəryaları qərq eyləmisən,
Bir kiçik damladan göl yaratmısan.
Bilmirəm
nədəndir yazdığın yazı,
Hələ ki, heç kimi salmayıb razı.
Varlı
gileylidir, kasıb narazı,
Hərədə bir cürə dil yaratmısan.
Kim ki, mənəm
deyib azdı yolunu,
Gözləri görmədi sağı, solunu.
Deyirəm,
nə yaxşı, Cumayoğlunu
Haqqa, ədalətə qul yaratmısan.
VAR
Sənə demədimmi tərpətmə məni?
Közərib-közərib
od tutmağım var.
Gözümdə-könlümdə
göyərdib səni,
Özümü biryolluq unutmağım var.
Neynim ki, içimdə tufan çağlayıb?
Bir gözüm gülsə də, biri ağlayıb.
Könlümü hamıdan gizli saxlayıb.
Xəlvəti oxşayıb ovutmağım var.
Qabaqda
görməli günlər var hələ,
Nədən doluxsunur gözlərin elə?
Sən nəyin dərdini çəkirsən belə?
Gözümün yaşını qurutmağım var.
Sənə
vurulmuşam sən birsən deyə,
Cadusan, tilsimsən, sehirsən deyə.
Məni məndən
artıq sevirsən deyə
Bu dəli sevdanı doğrultmağım var.
Çəkdikcə
sınağa Vaqif Aslanı,
Bir az da damarda qaynayır qanı.
Sənə
nur bəxş edib ulduzlar sanı
Tutqun səmaları durultmağım var.
Vaqif ASLAN
525-ci
qəzet.- 2019.- 6 iyul. S. 23.