Yaqub
Mahmudov Beynəlxalq Türk Akademiyasının həqiqi
üzvü seçildi
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun
direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının həqiqi üzvü seçilib və
türk dünyası elminə verdiyi böyük töhfələrə
görə Akademiyanın “Beynəlxalq Qızıl Ulduz”
medalına layiq görülüb.
Tarix
İnstitutundan AzNews.az-a verilən məlumata görə, Elmi
Şuranın iclasında Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının Azərbaycan üzrə nümayəndəsi,
professor Elçin İsgəndərzadə Akademiyanın
diplomunu, “Beynəlxalq Qızıl Ulduz” medalı və vəsiqəsini,
mantiyanı Yaqub Mahmudova təqdim edib.
E.İsgəndərzadə
deyib ki, Akademiyanın medalına türk dünyasının
çox məşhur insanları Süleyman Dəmirəl,
Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və
başqaları layiq görülüblər: “Azərbaycandan
Akademiyanın həqiqi üzvlüyünə görkəmli
alimlərimiz Ramiz Mehdiyev, Arif Paşayev, Cəmil Əliyev,
Xoşbəxt Yusifzadə və başqaları seçiliblər.
Yaqub Mahmudov 1000-dən çox elmi əsərin müəllifidir,
onun 15 cildlik “Seçilmiş əsərləri” var. O,
milli-azadlıq hərəkatının gerçək qəhrəmanlarından
biridir”.
Tarixçi
alim təltiflərə görə Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkür
edərək bildirib ki, bu, yalnız ona yox, həm də Tarix
İnstitutunun fəaliyyətinə və alimlərinə
verilən çox böyük qiymətdir. O, Akademiyaya
ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası”nı hədiyyə edib.
C.ABASOV
525-ci qəzet.- 2019.-
5 iyul. S. 2.