Azərbaycan-Bolqarıstan
mədəni əməkdaşlığı daha da genişlənəcək
İyulun
4-də mədəniyyət naziri Əbülfəs Qarayev
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasında iştirak etmək üçün ölkəmizdə
səfərdə olan Bolqarıstan Respublikasının Mədəniyyət
naziri Boil Banov ilə görüşüb.
Görüşdə
Əbülfəs Qarayev qonağa ölkəmizin ev sahibliyi
etdiyi beynəlxalq tədbirlər və Azərbaycanın zəngin
mədəni irsi haqqında geniş məlumat verərək
bildirib ki, mədəniyyət sahəsinin hərtərəfli
inkişafı və dünyada təbliği istiqamətdə
mühüm işlər görülür. Azərbaycan
dövləti bu istiqamətdə həyata keçirilən
layihələrə böyük diqqət göstərir, dəstək
verir. Ölkəmiz mədəniyyət sahəsində beynəlxalq
əlaqələrin daha da inkişafında maraqlıdır.
Nazir,
həmçinin, Azərbaycanla Bolqarıstan arasındakı
münasibətlərə toxunaraq qeyd edbi ki, iki ölkə
arasında bütün sahələrdə yaxşı əməkdaşlıq
mühiti mövcuddur. Bu mühitin daha da inkişaf etdirilməsində
Azərbaycan tərəfi əlindən gələni edəcək.
Bolqarıstan
Respublikasının Mədəniyyət naziri Boil Banov ölkəmizdə
ilk dəfə olduğunu bildirib, Azərbaycanın zəngin mədəniyyətə
malik bir ölkə kimi səciyyələndirib: "Bunun əyani
sübutu kimi Azərbaycanın UNESCO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə
ev sahibliyi etməsi və göstərdiyi yüksək qonaqpərvərliyi
qeyd edə bilərəm".
İki
ölkə arasındakı əlaqələrin
inkişafından danışan bolqarıstanlı nazir Azərbaycanla
mədəniyyət sahəsində daha sıx münasibətlərin
qurulmasına, qarşılıqlı səfərlərin təşkil
olunmasında maraqlı olduqlarını diqqətə
çatdırıb.
Daha
sonra iki ölkənin mədəniyyət nazirlikləri
arasında 2019-2023-cü illər üzrə mədəniyyət
sahəsində əməkdaşlıq haqqında proqram sənədi
imzalanıb.
525-ci qəzet.- 2019.- 5 iyul. S. 8.