Bakıda I Respublika Sənətkarlıq
Festivalı təşkil
edilib
İyulun 3-dən ölkəmizdə ilk dəfə
Respublika Sənətkarlıq
Festivalı keçirilib.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyası çərçivəsində
təşkil olunan festivalda respublikamızın
paytaxtı və regionlarından olan sənətkarların iştirakının
təmin olunması məqsədilə sənətkarlığın
müxtəlif istiqamətləri
ilə peşəkar səviyyədə məşğul
olan ustalar dəvət edilib. İnsanların festivala daha rahat gəlmələri üçün Nizami küçəsində açıq
səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının qarşısındakı
meydanda təşkil edilib. Tədbir festival-yarmarka və
karnaval formasında keçirilir. Festivalın keçirilməsi
üçün 40 müxtəlif
formalı, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz
işlərini sərgiləyəcəyi
stendlər quraşdırılıb.
Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, bu festivalın
keçirilməsi UNESKO-nun 43-cü sessiyasina təsadüf edir. Bu sessiyada 150 ölkəni təmsil edən 3 minə qədər qonaq iştirak edir.
İyulun
7-dək davam edəcək
festival günlərində həm Bakı sakinləri, həm də şəhərimizin
qonaqları burada təşkil edilən yarmarka ilə tanış ola, eyni zamanda
əl işlərini əldə edə biləcəklər. İnanıram ki, bu, sahibkarlar
üçün də
gözəl bir şansdır.
Tədbirin keçirilməsində dəstək
olan şirkətlərə
təşəkkürünü bildirən nazir bura gələn insanların mədəni istirahətlərini qurmasında
bu festivalın başlıca məqsəd
olduğunu bildirib. Nazir onu
da qeyd edib
ki, bütün bu tədbirlərin keçirilməsi silsilə
xarakter daşıyır.
Azərbaycanda turizmin inkişafı
yüksək səviyyədə
təmin olunur. Ölkə başçısının siyasəti
Azərbaycanı qabaqcıl
ölkəyə çevirməkdir.
Buna görə də Azərbaycanın qapıları dünyanın
üzünə açıqdır.
“Hesab edirəm
ki, bu mədəni
marşrut öz-özlüyündə
vacibdir. Buna görə də bizim sahibkarlarımız bu marşrutun genişlənməsinə öz
töhfəsini verəcəklər",
- deyə nazir əlavə edib.
Yarmarkanın iştirakçılarından olan
Rauf Seyidzadə tədbirə Bakı şəhərindən qatılıb. Təşkilatçılara
minnətdarlığımı bildirən sənətkar deyib: “Bizə əl işlərimizin nümayiş olmasında dəstək olurlar. Arzu edərdim ki, mütəmadi olaraq belə sərgilər keçirilsin və biz də hazırladığımız
əl işlərini burda həm nümayiş etdirək, həm də sataq".
Tədbirə Bakı və Sumqayıt şəhəri,
habelə Abşeron yarımadasının digər
yerlərində fəaliyyət
göstərən təxminən
60 sənətkar, bölgələrdən
40-a yaxın sənətkar
dəvət edilib. Tədbirin keçiriləcəyi
ərazidə məlumat
mərkəzləri yaradılıb.
Festival ərəfəsində
əl işlərinin
marketinqi sahəsində
müasir, innovativ üsulların istifadəsi,
həmçinin milli dəyərlərin yaşadılması
istiqamətində mütəxəssislərin
və sənətkarların
iştirakı ilə
konfrans keçiriləcək.
Festivalda gənc nəslə, ziyarətçilərə əl
işləri sənətinin
texnologiyasının öyrədilməsi,
nümayiş etdirilməsi
məqsədilə ustad
dərsləri təşkil
ediləcək. Yeni, əl işləri sənətinin nümunələrinin
təqdim olunması və onlara dəstək göstərilməsi
üçün “wall art” və
“street art” üçün şərait yaradılıb.
Festivalın cəlbediciliyinin artırılması
üçün “şəhərcik”
plan-quruluşundan istifadə
edilib. Belə ki, uyğun
və ya yaxın sənətkarlıq
istiqamətləri eyni
stenddə yerləşdirilib
və bu stendlər simvolik olaraq sənətkarlıq
kəndini, qəsəbə
və məhəlləni
formalaşdırır. Beləliklə, festivalı
ziyarət edən şəxslər “xalçaçılar
kəndi”, “dulusçular
məhəlləsi”, “misgərlər
qəsəbəsi” və
s. ilə tanış
olurlar. Festival
barədə kitabçalar və kataloqlar nəşr olunub.
Mədəniyyət
Nazirliyinin tabeliyində olan təşkilatların, habelə
yaradıcı birliklərin iştirakı ilə festival
müddətində hər gün konsert proqramı təqdim
ediləcək. Festivalda uğurla iştirak
edən, əl işlərinin keyfiyyəti və
aktuallığı ilə seçilən sənətkarların
xarici ölkələrdə keçirilən
beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə
iştirakına kömək göstəriləcək.
525-ci qəzet.-
2019.- 5 iyul. S. 8.