Ədəbiyyat İnstitutunda
"Səfəvi Şeyxi"
romanının təqdimatı olub
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus
Oğuzun "Səfəvi Şeyxi" tarixi romanının
təqdimatı keçirilib. Bu barədə
İnstitutun İctimaiyyətlə
əlaqələr şöbəsi
məlumat verib.
Tədbiri giriş sözü
ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Yunus Oğuzun
burada artıq, üçüncü əsəri
müzakirə edilir:
"Onun romanlarının
sayı ondan çoxdur. Bu gün
"Səfəvi Şeyxi"
romanı haqqında fikir mübadiləsi aparılacaq. Onun tarixi
romanlarında Azərbaycan
milli dövlətçilik
təfəkkürü ön
mövqedə dayanır.
Tarixi romanlarında tarixlə bədii düşüncənin
balansı doğru tapılıb. O, tarixi
reallığı, obyektivliyi
qorumaq şərti ilə bədii yanaşmada doğru yol seçir. Yunus Oğuzun romanları özünün dinamikasına
görə film üçün
daha yaralıdır.
Onun əsərlərinin ekran həyatı barədə
düşünə bilər".
Sonra Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri,
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu
"Yunus Oğuzun romançılığı: tarixdən
belletristikaya" mövzusunda
məruzə edib. Məruzədə qeyd olunub ki, "Səfəvi Şeyxi" aktual mövzudadır, o, oxucunu tarixlə yükləmək
istəmir. Nadir şah,
Təhmasib şah, Əmir Teymur, Sultan Alp Arslan, Atabəy Eldəniz kimi obrazlar yaratmış yazıçı bu əsərinin də texnologiyasını da rahat qurub.
Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov Yunus Oğuzun romanının akademiyada müzakirə olunmasını
yüksək dəyərləndirib. Natiq müəllifin
jurnalist kimi də sözünü dediyini və hazırda "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru olduğunu xüsusilə qeyd edib.
Millət
vəkili İlham Nəsirov da Yunus Oğuzun Azərbaycan tarixi üçün
çox böyük işlər gördüyünü
bildirib. Onun kitablarının Azərbaycan tarixinin öyrənilməsi üçün
bir töhfə olduğunu nəzərə
çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də bu cür tədbirləri
ilk növbədə akademik
İsa Həbibbəylinin
təşəbbüs və
diqqətinin nəticəsi
kimi səciyyələndirərək
yüksək qiymətləndirib.
Rəşad Məcid qeyd
edib ki, Yunus Oğuzun 22 ölkədə 47 kitabı
yayımlanıb. Onun əsərlərində
tarixə yeni və fərqli baxış var.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Lalə Həsənova müzakirə
olunan romanı ətraflı təhlil edib.
Kitabın ön söz müəllifi, akademik Nizami Cəfərova görə, bu romanın əvvəlkilərdən
bir üstün cəhəti var ki,
tarixi hadisələrin
təfsilatına o qədər
də yer verilməyib. Akademik əsərdə cərəyan edən Üç kilsə hadisələrinə xüsusilə
diqqəti yönəldib.
Erməni ideoloqlarının erməni dövləti yarada bilməsələr də, öz ideologiyalarını yaratmaq
istəklərinə münasibət
bildirib.
Ədəbi cərəyanlar şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Elnarə Qaragözova da kitab haqqında təhlil xarakterli çıxış edib.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilk milli təriqət yaratmış
Şeyx Cüneyd Ərdəbili haqqında belə bir əsər
yazılmasını təqdirəlayiq
hal sayıb. Akademik həmçinin,
əsəri bir dilçi olaraq da bəyəndiyini vurğulayıb.
Kitabın bədii redaktoru, yazıçı Elçin
Hüseynbəyli əsərin
ilk oxucularından olduğunu
bildirib. Yazıçı qeyd edib ki, müstəqilliyimizin ən böyük nemətlərindən biri
tariximizə yenidən
nəzər salmaqdır.
Yunus Oğuzun da bu işin öhdəsindən
məharətlə gəldiyini
deyib.
Nehru adına Hindistan
Dövlət Universititetinin
Türk dili və ədəbiyyatı
kafedrasının müdiri
Oğuz Xan, hindli olmasına baxmayaraq, tədbirdə türkcə çıxış
edib. O, Azərbaycan və Elmlər Akademiyası, xüsusilə
Ədəbiyyat İnstitutu
haqqında xoş təəssüratarını bölüşüb.
Tədbirdə müəllifin qələm
dostlarında
n
Faiq Ələkbərov, Kənan Hacı, İlqar İlkin,
Vahid Aslan da iştirak ediblər. Sonda
müəllif Yunus Oğuz
çıxış edərək tədbirin təşkili üçün əziyyəti keçən
hər kəsə təşəkkürünü bildirib. Film və serial çəkilməsi ilə bağlı
səsləndirilən fikirlərə də münasibət bildirib. Artıq həmin sahədə işlər
görüldüyünü qeyd edib.
525-ci qəzet.-
2019.- 5 iyul. S. 9.