Azərbaycan mədəniyyətinin
yeni qələbəsi
XAN SARAYI VƏ ŞƏKİNİN
TARİXİ MƏRKƏZİ UNESCO-NUN DÜNYA İRS
SİYAHISINA SALINDI
İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Əvvəlcə
Tarixi Yerlər və
Abidələrin Mühafizəsi
Şurasının (ICOMOS) hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri
respublikanın şimal-qərbində,
Kiş çayının
sol sahilində, dəniz
səviyyəsindən 700 metr
yüksəklikdə, paytaxt
Bakı şəhərindən
370 kilometr məsafədə,
Böyük Qafqaz sıra dağlarının
cənub ətəklərində,
mərkəzi regionlardan
uzaqda - təcrid olunmuş bir məkanda yerləşir.
Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə
inşa edilən saray binası şəhərin şimal-şərq
hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.
Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq,
dörd dəhliz və iki güzgülü
eyvandan ibarətdir.
Özündə həm də
xalq yaşayış
binalarının xüsusiyyətlərini
daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının
ən gözəl nümunələrindən biri
olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.
Hesabatda
Şəki ilə bağlı faylın
2017-ci ildə Polşanın
Krakov şəhərində
UNESCO-nun Ümumdünya İrs
Komitəsinin 41-ci sessiyasında
ölkəmiz tərəfindən
təqdim edilən
"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı
nominasiyanın müzakirə
olunduğu diqqətə
çatdırılıb.
Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan,
Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve,
Burkina-Faso, İspaniya, Qvatemala,
Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini
vurğulayıb. Bildirilib ki,
41-ci sessiyadan sonra Azərbaycan hökuməti
bu tarixi məkanla bağlı ciddi işlər görüb. Bu səbəbdən də üzv dövlətin nümayəndələri faylın
qəbulunu məqsədəuyğun
hesab edirlər.
Azərbaycanın nümayəndəsi çıxış
edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq
ekspertlər tərəfindən
dəyərləndirilib və
əraziyə dəvət
olunub. ICOMOS-un tövsiyələrindən irəli
gələn məsələlərlə
bağlı ciddi işlər görülüb.
Yeni idarəetmə strukturu formalaşdırılıb və
bir sıra qərarlar qəbul olunub.
Müzakirələrdən sonra "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Sonda Mədəniyyət
naziri Əbülfəs
Qarayev çıxış
edərək qərara
görə komitə üzvlərinə təşəkkürünü
bildirib.
"Ümumdünya İrs
Komitəsi Azərbaycandan
artıq üçüncü
nominasiyasını qəbul
etdi. Bu gün Şəki şəhərinin
tarixi hissəsi və Şəki Xan sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına salındı".
Bu sözləri iyulun
7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyasında "Şəkinin tarixi mərkəzi ilə Xan sarayı" nominasiyası qəbul olunandan sonra jurnalistlərə açıqlamasında
Azərbaycan Respublikasının
Mədəniyyət naziri
Əbülfəs Qarayev
deyib.
Nazir bildirib ki, bu
proses asan başa gəlməyib. "Altı ildir
ki, Azərbaycandan ekspertlər bu faylı hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim
etmişdi. İlk mərhələdə
onların təhlili kifayət qədər müsbət olmamışdı.
Lakin Azərbaycanın gətirdiyi
sübutlar və cənab Prezidentin məsələ ilə bağlı imzaladığı
sərəncamın icrası
bu qərarın verilməsində müsbət
rol oynadı".
Əbülfəs Qarayev Azərbaycanın
UNESCO ilə əlaqələrinin
inkişafında Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rolunu da vurğulayıb: "Fürsətdən istifadə
edərək Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm".
Nazir Şəki şəhərinin
tarixi hissəsi və Şəki Xan sarayının
UNESCO-nun Ümumdünya İrs
Siyahısına salınması
münasibətilə Azərbaycan
xalqını təbrik
edib: "Xalqımızın
mədəni irs tarixində bu, fövqəladə hadisədir".
Qeyd edək ki, nazir Əbülfəs Qarayev sessiyada qərar qəbul olunandan sonra çıxış edərək Azərbaycan hökuməti adından sessiya iştirakçılarına təşəkkürünü bildirib. Nazir diqqətə çatdırıb ki, biz bu məsələ ilə bağlı edilən tövsiyələri və müvafiq öhdəlikləri yerinə yetirəcəyik: "Bu məsələdə dəstək göstərdiklərinə görə Ümumdünya İrs Komitəsinə üzv dövlətlərə, ICOMOS-a təşəkkür edirəm".
Şəki Şəhər İcra
Hakimiyyətinin başçısı Elxan
Usubov da müzakirə
zaman qeyd olunan bütün fikirlərin
nəzərə alınacağını deyərək, sessiyaya minnətdarlığını bildirib və hamını Şəkiyə dəvət
edib.
525-ci qəzet.-
2019.- 10 iyul.- S.4.