Şotlandiyada Nəsiminin 650 illiyinə həsr olunmuş
poeziya gecəsi
Prezident
İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması
ilə bağlı sərəncamına uyğun olaraq dahi
Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik
yubileyi bütün dünyada geniş şəkildə qeyd
olunmaqdadır.
Bununla
əlaqədar, Şotlandiyanın St.Andrews Universitetində
yaradılan Azərbaycan Cəmiyyətinin
təşkilatçılığı, Beynəlxaq Türk
Mədəniyyəti və İrsi Fondu, Diasporla İş
üzrə Dövlət Komitəsi və Azərbaycanın
Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığındakı Səfirliyinin
birgə dəstəyi ilə böyük şair və
mütəffəkirin doğum gününə həsr olunmuş
poeziya gecəsi keçirilib.
Beynəlxaq
Türk Mədəniyyəti və İrsi Fondundan verilən
məlumata görə, tədbiri St.Andrews Universiteti
Azərbaycan Cəmiyyətinin rəhbəri Aslan
Şıxəliyev açaraq, Nəsiminin həyat və
yaradıcılığı haqqında məlumat verib, onun
zəngin bədii irsindən bəhs edib. O, Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban
Əliyevaya göstərdiyi diqqətə və Nəsiminin
seçilmiş qəzəllərindən ibarət
kitabların St.Andrews Universitetinin kitabxanasına hədiyyə
olunmasında dəstəyə görə xüsusi
minnətdarlığını bildirib.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın
tədbir iştirakçılarına ünvanlanmış
müraciəti oxunub. Məktubda Nəsiminin yalnız Azərbaycan
xalqının deyil, bütün Türk Dünyasının
dahi şairi olduğu qeyd olunub.
Gecədə müxtəlif ölkələrdən
gələn tələbələrin ifasında Nəsiminin
qəzəlləri Azərbaycan milli musiqisi sədaları
altında səsləndirilib və şair haqqında
filmdən fraqmentlər nümayiş etdirilib.
Tədbir iştirakçıları Beynəlxaq Türk
Mədəniyyəti və İrsi Fondu tərəfindən
sertifikatlarla mükafatlandırılıblar.
Sonda St.Andrews və Oxford Universitetlərindən olan
qonaqlara Azərbaycan milli şirniyyatları təqdim olunub.
C.ABASOV
525-ci qəzet.- 2019.-
10 iyul. S. 7.