Mərkəzi Elmi
Kitabxanada Zəngəzur haqqında kitab təqdim olunub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən nəşr edilən "Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın və "Zəngəzur" tarixi sənədli filminin disk-albomunun təqdimatı olub.
Öncə tədbir
iştirakçıları hər iki təşkilatın son
vaxtlar nəşr etdirdiyi kitabların sərgisi ilə
tanış olublar.
Tarixi faktlarla, xəritə və
fotolarla zənginləşdirilmiş kitabın müəllifi
Hacı Nərimanoğlu çıxışında QHT
Şurasının Ermənistanın ölkəmizə
qarşı təcavüzünün, havadarlarının
yardımı ilə xalqımıza qarşı törətdiyi
soyqırım siyasətinin ifşa edilməsinə həsr
olunan layihələrin həyata
keçirilməsinə xüsusi önəm verdiyini diqqətə
çatdırıb.
Müəllif bildirib ki, "QHT Nəşriyyatı"nda
işıq üzü görən elmi-populyar nəşrdə
vətənimizin dilbər guşəsi olan Zəngəzurun
tarixinə dair arxiv materiallarına, yerli və xarici mənbələrə
istinad edilib, bölgənin tarixinə dair 100 sual
cavablandırılıb. Qeyd edib ki, kitabda Zəngəzur
bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri,
görkəmli şəxsiyyətlərinin 100 fotosu yer
alıb, nəşrin PDF variantı zengezur.com saytında yerləşdirilib.
Tədbirdə çıxış edən
AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru Bəxtiyar Həsənov, Mərkəzi Elmi
Kitabxananın direktor müavini Elnur Eltürk və
başqaları nəfis tərtibatlı nəşrin Zəngəzur
bölgəsinin Azərbaycan türklərinin əzəli
torpağı olduğunun faktlarla ictimaiyyətə
çatdırılması, ümümilikdə vətəndaşlarımızın
elmi-tarixi, humanitar biliklərinin artırılması və
maariflənməsi üçün dəyərli töhfə
kimi qiymətləndiriblər.
Təqdimatda kitabın lakonik,
sadə və aydın üslubda yazıldığı, tədqiqatçılar,
tarixçilər, müəllim
və tələbələr,
eləcə dəgeniş
oxucu auditoriyası üçün nəzərdə
tutulduğu diqqətə
çatdırılıb. Çıxışlarda bir
sıra böyük dövlətlərin hərbi-siyasi
dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən
soyqırımı, deportasiya,
etnik təmizlənmə
və işğala məruz qalmış Zəngəzur bölgəsinin
ən qədim dövrlərdən başlayaraq
tarixinin tədqiq edildiyi, əhalisinin məruz qaldığı
müsibətlərin səbəblərinin
gerçək tarixi faktlarla araşdırıldığı
vurğulanıb, yerli
əhalinin çarizmin
müstəmləkəçi siyasəti, bolşevik-daşnak
və 1990-cı illər
işğalına qarşı
apardığı mübarizəsinin
əks olunduğu bildirilib.
Tədbirdə "Zəngəzur" tarixi-elmi sənədli filmi haqqında da məlumat verilib. Tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasında
filmin əhəmiyyətindən
danışılıb.
Sonda Mərkəzi
Elmi Kitabxanaya və tədbir iştirakçılarına birliyin
indiyədək nəşr
etdirdiyi kitablar çap və elektron formatda hədiyyə edilib.
525-ci qəzet.- 2019.- 10 iyul. S. 13.