Belarusda Kamran Nəzirlinin yaradıcılıq gecəsi
keçirilib
Belarusun Qrodno vilayətinin Poreçye
istirahət mərkəzində Azərbaycan
yazıçısı Kamran Nəzirlinin
yaradıcılıq gecəsi keçirilib.
Belarus Respublikası İnformasiya
Nazirliyi və Belarus Yazıçılar Birliyinin təşkil
etdiyi gecədə Kamran Nəzirli böyük Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin Nəsiminin
anadan olmasının 650 illik yubileyi ilə əlaqədar
Prezident Sərəncamından, qüdrətli söz
ustasının ümumbəşər mədəniyyətinə
bəxş etdiyi zəngin mədəni-mənəvi dəyərlərdən,mütəfəkkir
şairin dərin poetik fikirlərindən danışıb. Gecədə “Nəsimi 650” adlı
təqdimat, habelə
“Nəsimi” bədii filmindən fraqmentlər nümayiş etdirilib. Rusiya, Ukrayna, Litva, Polşa, Latviya, İsrail, Almaniya və digər ölkələrin
nümayəndələri, habelə Belarusun bir qrup
yazıçı və
şairləri qarşısında
çıxış edən
Azərbaycan yazıçısı
həm də Belarus-Azərbaycan ədəbi əlaqələrindən danışıb,
rus və ingilis dilində çıxan yeni kitablarını təqdim
edib.
Gecədə Azərbaycan
yazıçısının rus dilində çap olunmuş “Êîãäà ÷àéêè âüþò ãíåçäà”, ingilis dilində çap olunmuş “The Happy Birds”, habelə
Azərbaycan şairi Sona Vəliyevanın ingilis dilinə tərcümə etdiyi
“The Smell Of Snow” adlı kitabları
da oxuculara təqdim edilib.
Tədbirdə çıxış edən
Belarus Yazıçılar Birliyinin Qrodno vilayəti üzrə sədri tanınmış
şair Lyudmila Kebiç,
belaruslu yazıçı
və şairlərdən
Bronislav Yermaşkeviç,
Nikolay İvanovski,
Lyudmila Şevçenko, Anatoliy
Afanasyeviç və Dmitriy Padionçik bildiriblər ki, Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü ərəfəsində
belə bir maraqlı ədəbi görüşdən və
Azərbaycanlı həmkarları
Kamran Nəzirlinin yaradıcılığı və
özü ilə yaxından tanış olduqlarından məmnun olduqlarını bildiriblər.
Qeyd olunub ki, bu
tanışlıq və
ədəbi gecə iki xalqın əsl dostluğunun və qardaşlağının
nümunəsidir.
Azərbaycan yazıçısı və Belarus yazıçılarının
çıxışları alqışlarla qarşılanıb. Sonda Azərbaycan yazıçısı
öz kitablarını
oxuculara bağışlayıb.
525-ci qəzet.- 2019.- 10 iyul. S. 13.