"Qobustan"ın yeni sayında...
"Qobustan" sənət toplusunun bu il üçün ikinci sayı oxucuların ixtiyarına verilib.
Jurnal ənənəvi olaraq baş
redaktor Vaqif Əlixanlının "Qırx sətir"i ilə
başlayır. Yazını filosof Epikür
haqqındakı məqalə
davam etdirir.
"İpək yolu" rubrikasında Cəmilə Həsənzadə
"XIV əsr. Çin
incəsənətinin Təbriz
üslubuna təsiri",
Elbay Qasımzadə
"...Təki şəhər
öz simasını itirməsin…", Aftandil Ağbaba Xalq yazıçısı
Anarın yaradıcılığı
haqqındakı "Mifik
yaddaşla çağdaş
təfəkkürün ahəngi"
məqalələri ilə
çıxış edirlər.
"Sarı sim"də Kəmalə
Səlimin "Ölkəm"də
yuva quran Asəf Zeynallı", Vahid Məhərrəmlinin
"Musiqi-qüdrətdən gəlmədi...", Əhsən
Rəhmanlının "Evimizdə
üç tar vardı"
yazıları yer alıb.
Tariyel Qasımov "Rol
barədə məndən
xoşbəxti yoxdur"
yazısı ilə
"Sən və Siz" rubrikasındadır. Rubrikanın digər yazıları bunlardır:
Hafiz Əkbər "Cizgi
filmlərimiz- sirli-sehrli
dünyamız tükənibmi?", Azər Abdulla "Sənətşünas və
zaman", Bilal Alarlı "Sual da özümündü, cavab da..."
Aydın Tağıyevin "Bir
də məniydim"
məqaləsi "Sənsiz"
başlıqlı bölmədədir.
"Beş yarpaq" ənənəvi
bölməsinin ilk yazısı
Çingiz Hüseynovun
90 illik yubileyinə həsr olunub. Onun haqqındakı "Sözdən şəbəkə
hörən ustad"
məqaləsini digər
maraqlı yazılar davam etdirir: Aleksandr Bartoş "Rus hərbisi tatar-monqoldan çox şey öyrənib",
E.Boltyanskaya "Biz doğrudanmı
möhtəşəmik?", Svetlana Aleksiyeviç "Ruhumuz zəncirdən qurtulacaqmı?",
Yurgen Berndt "Yapon yazıçılar demə
intihar vurğunuymuş..."
"Pillələr"
rubrikasında Jalə
Əliyeva "Şirvanşahlar
sarayı tarixindən...",
"Həbibə Allahverdiyeva
"H.Cavid əsərlərinin
Naxçıvan teatrında
səhnəqrafiyası"ndan söz açırlar. Rubrikanı Könül Əhmədova "Azərbaycanda
satira-medal münasibətlər
çərçivəsində", Lalə Hacıyeva "Tarixi musiqişünaslığın
mahiyyəti və strukturu...", Arzu Zeynalova "Osmanlı türk paşalarının
təsvirləri Qarabağ
xalçalarında", Nigar
Yunus "Fətəli
şah xalçası"
araşdırma məqalələri
ilə davam etdirirlər.
Toplu "Yazı-pozu" rubrikası ilə tamamlanır. Rubrikaya Hicranın
"Rəngli yuxulardan"
şeiri, Ülviyyə
Heydərovanın "Pələng"
monopyesi daxildir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 10 iyul. S. 13.