10 misralıq şeir müsabiqəsi
"525-ci
qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin katibi Rəşad Məcid Feysbuk
sosial şəbəkəsində 10 misralıq şeir
müsabiqəsi elan edib. Rəşad Məcid
yarışmada feysbuk izləyicilərinə 5 söz (isti,
düyün, kələf, nisgil, üşümək)
təklif edərək, bunlardan istifadə edilməklə yazılan
ən bəyənilən şeirin müəllifinə
mükafat olaraq 10 kitab və ya 100 AZN veriləcəyini
bildirib.
Müsabiqə maraqla
qarşılanıb, tanınmış imzalar da bu
yarışmaya rəğbətlə yanaşıblar.
Sonra müsabiqə şərtinə
görə, 10 gün ərzində şeiri Feysbuk
izləyiciləri tərəfindən daha çox
bəyənmə toplayan 10 şeir seçilərək 30 nəfərdən ibarət
münsiflər heyətinin müzakirəsinə təqdim
edilib. Seçilmiş münsiflərin
səsverməsinə əsasən, Xatirə Xatun adlı
müəllif yarışmanın qalibi olub. Sonda baş redaktor müəllifə
mükafatını təqdim edərək, eyni zamanda
yarışmaya maraq göstərən bütün
müəlliflərə təşəkkürünü
bildirib.
Müsabiqədə
iştirak edib oxucular tərəfindən daha çox
bəyənilərək ilk onluğa düşən
şeirləri oxucularımıza təqdim edirik.
Xatirə XATUN
(yarışmanın
qalibi)
Yenə fikirlərim DÜYÜN
düşübdür,
KƏLƏFin ucunu tapa
bilmirəm.
Sağ olsun, məni heç tək
buraxmadı,
Xəyalın, NİSGİLin, bir
də xatirən...
İndi ÜŞÜYÜRƏM
İSTİ otaqda,
Danışan
heykələm, yeriyən məzar.
Sənin xəbərin yox,
çox-çox uzaqda,
Kimsə göz yaşıyla bu
şeiri yazar...
Reyhan KƏNAN
Kələflər
dolaşıb, düyünə düşüb.
Tutulan, bu qəlbin
çöhrəsi imiş.
O uzaq illərdə nəğmə
oxuyan
Nənəmin nisgilli
cəhrəsi imiş.
Yenə də dünyanın
cəhrəsi sınıq,
Ürək hər
kədəri daşıya bilər.
Sığınıb bir küncə,
dönüb yumağa
Adam istidən də
üşüyə bilər.
Roma XOSROV
Arzuları DÜYÜN
düşən qadın,
qurduğu
xəyalların KƏLƏFİNDƏ sıxıldıqca,
Odlar Yurdu boyda İSTİ
ölkədə
onu
öz NİSGİLİ yox,
İnsanların soyuqluğu
və
laqeyd münasibəti ÜŞÜDÜRDÜ!
ÜŞÜYƏR o əllərin
ovuclarımda,
DÜYÜN salar
barmağım saçında, ay qız.
İSİNMƏDİK Bakıya, bir
gün açılar-
Bu NİSGİLİN
KƏLƏFİ Laçında ay qız.
Zaur İLHAMOĞLU
Bəxtinin kələfi düyün
düşürsə,
Yüz il
çalışsan da, aça bilməzsən.
Yayın istisində ruh
üşüyürsə
Sən bu soyuqluqdan
qaça bilməzsən.
Ömür yaşayırsan
xoşbəxt, ya bədbəxt
Ömrün də təzadlı ay, ili varmış.
Xoşbəxt yaşamağın
sevinci varsa,
Bədbəxt yaşamağın
nisgili varmış.
Allahşükür AĞA
Dünyanın düyün
düşən işləri var,
Baş
açdınmı kələfinin ucundan?
İstisində
üşüyərsən, donarsan,
Qurtarmazsan
nisgilindən, öcündən.
Elşən ƏZİM
Aran yeri... İsti... Bişir bir dağ
adamı,
Göz
tökülüb, bel bükülüb, çiyin
düşübdür.
Və üşüyür o nisgilin
sazaqlarında,
Və bir kənd var taleyinin
uzaqlarında,
Yolu kələf,
kələfi də düyün düşübdür.
Elvin BAKİROĞLU
Bu necə istidi mən
üşüyürəm,
Kələfin ucumu
qarışdı yenə?
Döşəyim didərgin,
yorğanım düyün,
Könlüm bu
nisgilə alışdı yenə.
Səni qucaqlayıb yatıram hər
gün,
Oyanıb görürəm
balışdı yenə...
Sevinc ARZULU
Düyün düşüb
xatirələr kələfi,
Kim açacaq
bilmirəm bu düyünü.
Nisgilindən
üşüyürmü sələfim?
Necə sevim yayın isti
gününü...
Vüsal QABİLOĞLU
Taleyimin düyününə
baxıram,
Düz kələfin
büküldüyü yerdəyəm.
İsti qucaq həsrətinə hər
axşam
Göz
yaşının töküldüyü yerdəyəm.
Nisgilinlə
çətindir bu zamanda.
Üşüsəm də, yayda
belə aranda,
Ayrılığın təkidiylə
bir anda,
Qəlb evimin
söküldüyü yerdəyəm.
Gülyaz ƏLİYEVA
Qarabağ kələfim
düşdü düyünə,
Nə qədər
əlləşdim aça bilmədim.
Nisgilli gecələr üstümə
gəldi,
Bu dərddən
biryolluq qaça bilmədim.
İsti yay günündə buz
bağlamışam,
Məni qurtarassan haçan
bilmədim...
Yarışmaya istedadlı
gənclərə həmrəy olmaq məqsədiylə
qoşulan, tanınmış şair, millət vəkili Musa
Urudun aşağıdakı bir bəndlik şeirini də
istisna hal kimi, 11-ci şeir olaraq oxucularımızla paylaşırıq:
Musa URUD
Ömür kələfinə
düyün vurma, gəl,
Nisgildən isti də
üşüdər məni.
Adın dodağımda duadır, gözəl,
Din ləsən, ürəyin
eşidər məni!
Təqdim
etdi: Şəhla ASLAN
525-ci qəzet.- 2019.-
10 iyul. S. 19.