Lüksemburqda azərbaycanlı rəssamın əsərləri sərgilənib

 

LüksemburqdanterNations Changemakers" qrupunun təşkilatçılığı ilə xeyriyyə sərgisi keçirilib. Sərgidə satılan əsərlərdən əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə müxtəlif xalqları təmsil edən rəssamların, heykəltəraşların illüstratorların əsərləri nümayiş olunub.

Azərbaycanlı rəssam Aynur Qasımovanın da əsərləri sərgilənib böyük maraqla qarşılanıb. Azərbaycanlı rəssam əsərlərində daha çox parlaq, gözoxşayan rənglərə üstünlük verir.

Qeyd edək ki, azərbaycanlı rəssamın əsərləri Lüksemburqda bundan əvvəl "Xiffətdə olan qadınlar" assosiasiyasının sərgisində nümayiş olunub.

 

525-ci qəzet.- 2019.- 12 iyul. S. 9.