Mehriban
Əliyevadan Yalçın Rzazadə ilə bağlı
göstəriş
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına
əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti
ilə bağlı məsələləri Fond öz
nəzarətinə götürüb.
APA-nın məlumatına
görə, səhhətində
son zamanlar yaranmış
narahatlıqlarla əlaqədar
müğənni Heydər
Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.
Qeyd edək
ki, bu gün
Xalq artisti, müğənni Yalçın
Rzazadə Mərkəzi
Dənizçilər Xəstəxanasına
yerləşdirilib.
Müayinədən sonra xəstəxanadan evə buraxılan Y. Rzazadə
APA-ya bildirib ki, səhhətində ciddi problemlər var: “Mədəmdə üç böyük yara var idi.
Hazırda o yaralar
şişib və qanıma zəhərlənmə
keçib. Həkimlər əməliyyata
ehtiyac olduğunu
deyirlər. Sabah yenidən xəstəxanaya,
müayinəyə gedəcəyəm. Yəqin ki, əməliyyat olunacağam”.
525-ci qəzet.- 2019.-
12 iyul.- S.2.