14 iyuldan başlanan 50 illik
şərəfli yol
BÜTÜN
ÖMRÜNÜ DÖVLƏTÇİLİYƏ, XALQA
HƏSR EDƏN ÜMUMMİLLİ LİDER HEYDƏR
ƏLİYEV HƏR BİR AZƏRBAYCANLININ QƏLBİNDƏ
ƏBƏDİ YAŞAYIR, DƏRİN HÖRMƏTLƏ
ANILIR
14 iyul Azərbaycan tarixinə əlamətdar və mühüm günlərdən biri kimi daxil olub. Düz 50 il əvvəl,
həmin gün Ümummili lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəlib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il 14 iyul tarixli plenumunda
Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilib. Bununla da respublikamızın
həyatında yeni bir bir mərhələnin
əsası qoyulub.
Heydər Əliyev istər
sovet dönəmində,
istərsə də müstəqillik dövründə
Azərbaycanın inkişafı,
xalqımızın maraqlarının
təmin olunması, daha yaxşı yaşaması üçün
misilsiz xidmətlər
göstərib. 1982-ci ilə qədər Azərbaycan SSRİ-ə rəhbərlik
edən böyük lider idarəçiliyin möhkəmlənməsi, milli
kadrların hazırlanması,
o cümlədən, hərbi
sahədə kadrların
yetişdirilməsi üçün
çox vacib addımlar atıb. Ulu öndər öz uzaqgörən, müdrik siyasəti ilə, həyata keçirdiyi geniş fəaliyyətilə
əslində, Azərbaycanın
müstəqilliyinə hərtərəfli
zəmin yaradıb.
Heydər Əliyev sovet respublikları arasında öz göstəriciləri
ilə geridə qalmış Azərbaycanın
iqtisadiyyatını inkişaf
etdirib, onu güclü
sənaye respublikasına
çevirə bildi.
O, hər zaman xalqın arasında olub. Müntəzəm olaraq kənd
yerlərinə səfərlər
edir, zəhmətkeşlərlə
görüşür, əkin
sahələrində, tarlalarda
olur, vəziyyətə
özü nəzarət
edirdi. Bu isə insanlara işləmək, qurub yaratmaq üçün daha böyük stimul verirdi. Ulu öndər sovet dönəmində Azərbaycana rəhbərlik
etdiyi illərdə ölkəmiz bütün
sahələrdə böyük
inkişafa nail oldu. Azərbaycan mədəniyyətinin,
səhiyyəsinin, təhsilinin
inkişafına da mühüm töhfələr
verdi.
Bütün ömrünü
dövlətimizin qüdrətlənməsinə,
xalqımızın daha
yaxşı yaşamasına
həsr edən Heydər Əliyev hər bir azərbaycanlının
qəlbində əbədi
olaraq yaşayır və daim böyük
sevgi, dərin hörmətlə anılır.
Ulu öndər
Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri
ölçüyəgəlməzdir. Bu xidmətlər nə saymaqla, nə yazmaqla bitmir.
1982-ci
ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən
Heydər Əliyev
SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsinə
təyin edilib.
Ulu öndər
ikinci dəfə artıq müstəqil Azərbaycanda rəhbərliyə
gəldi. Əslində, sözdə müstəqil
olan Azərbaycan
90-cı illərin əvvəllərində
ən ağır, ən çətin günlərini yaşayırdı.
Hər an müstəqillik itirilə
bilərdi, ölkədə
faktiki olaraq hakimiyyətsizlik hökm sürürdü, silahlı
qruplaşmalar, separatçılığın
baş qaldırılması,
dövlət içində
dövlət yaratmaq cəhdləri, digər tərəfdən erməni
işğalının davam
etməsi çıxılmaz
vəziyyət yaratmışdır.
Məhz belə
çətin, ağır
şəraitdə xalq
özünün xilaskarına
üz tutdu.
1993-cü il ildə xalqın istəyi, tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev müstəqil Azərbaycanı xilas etdi, insanlarımızın
itmiş inamını
özünə qaytardı.
10 il, 2003-cü il dekabr ayına kimi hakimiyyətdə olan Heydər Əliyev 100 ilə bərabər işlər
gördü. İlk növbədə ölkədə
sabitliyi təmin edən ulu öndər
cəbhədə atəşkəsə
nail oldu. Ardınca iri neft kontraktları bağlandı,
bununla da ölkəmizin iqtisadi inkişafına yaşıl
işıq yandı.
Ümummili liderin müəyyənləşdirdiyi
siyasət bu gün onun layiqli
davamçısı Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Müasir çağırışlar nəzərə
alınaraq aparılan
bu siyasət Azərbaycanı regionun lider dövlətinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirib.
Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı bildirib ki, böyük
dövlət xadimi ulu öndər Heydər Əliyev 50 il ərzində müxtəlif siyasi, tarixi dövrlərdə Azərbaycana rəhbərlik
edib. Ancaq onun rəhbərliyinin
əsas qayəsini Azərbaycan xalqına, dövlətinə xidmət
təşkil edib.
Millət vəkilinin sözlərinə görə,
Heydər Əliyev sovet və müstəqillik
dövründə də
Azərbaycan cəmiyyətinə
yeni dəyərlər
təqdim etməyi bacaran, dövlətinin inkişafını təmin
edən siyasət həyata keçirməyi
bacaran bir lider olub: "Ulu öndər Azərbaycanda dəyərlər
yarada-yarada özü
bir dəyərə çevrilib. Bu dəyəri
Azərbaycan Heydər
Əliyevə ümummilli
lider adı verməklə qiymətləndirib.
Düşünürəm ki, Azərbaycanın
tarixində çox böyük dövlətçilik
ənənələrinə imza atan Heydər
Əliyev müstəqillik
dövründə Azərbaycanın
yeni siyasi sistemini qurmağı bacarıb. Çünki 1991-ci ildən sonrakı
mərhələdə Azərbaycanın
siyasi sistemi yox idi. Ancaq siyasi sistem qurmaq
əgər məsələnin
bir tərəfi idisə, digər tərəfi onun struktur elementlərinin müəyyənləşdirilməsi idi ki, Heydər
Əliyev hazırda da effektiv şəkildə
işləməyi bacaran,
dövlət maraqlarını
qorumağı bacaran funksional dövlət strukturu formalaşdırmağı
bacardı. Düşünürəm ki, bu, böyük
tarixi nailiyyət idi.
İkincisi, ən yeni mərhələdə
Azərbaycan cəmiyyətinə
yeni siyasi fəlsəfənin təqdim
olunması mərhələsi
idi ki, bu
mərhələdə də
Heydər Əliyev məhz yeni azərbaycançılıq fəlsəfəsini
irəli sürərək
həm onun siyasi əsaslarını
- Yeni Azərbaycan Partiyasını yaratmaqla müəyyənləşdirdi, həm də onun ümumi ictimai əsaslarını
azərbaycançılıq ideologiyasını yaratmaqla
təmin etmiş oldu. Beləliklə
də, Azərbaycanda ictimai harmoniya - ümummilli
həmrəylik və ümummilli birlik formalaşdı. Beləcə
Azərbaycanın hüquqi dövləti quruldu. Bundan sonrakı mərhələdə isə Azərbaycanın
iqtisadi əsasları yaradıldı.
Hazırda inkişaf edən,
qüdrətlənən beynəlxalq münasibətlər
sistemində hər gün yeri,
rolu, nüfuzu artan Azərbaycan məhz böyük
dövlət xadimi ulu
öndər Heydər Əliyevin memarı olduğu möhtəşəm bir
əsərdir. Ona görə də biz bu gün
ulu öndərimizi xatirəsini
minnətdarlıqla anır və onun qurduğu dövlətin əbədi
yaşayacağına inanırıq".
Deputat Elman
Məmmədov isə bildirib ki, Azərbaycanın 1969-cu ilin
iyulun 14-nə qədər olan
bütün sahələri əhatə
edən göstəricilərinə baxsaq,
Sovet İttifaqında birləşmiş
15 müttəfiq respublika arasında
ölkəmiz ən geridə qalmış respublika
idi. 50 il bundan əvvəl hakimiyyətə gələn ulu
öndər Heydər Əliyevin respublikaya
rəhbərlik etdiyi dövrdə
Azərbaycan 15 respublika arasında ən
öndə gedənlərdən olub. O bildirib ki, ümummilli
liderin 1982-ci ilə qədər
Azərbaycana rəhbərlik etməsi sayəsində
ölkəmiz həmin dövrə məxsus ən
yüksək təltiflərə layiq görülüb. Deputatın
sözlərinə görə, ulu
öndərin həmin dövrdə həyata keçirdiyi
siyasət nəticəsində Azərbaycanda bütün
sahələr, iqtisadiyyat, elm,
mədəniyyət incəsənət, təhsil
sahəsində böyük
nailiyyətlər əldə edilib:
"Həmin dövrdə bütün
sahələri əhatə edən qabaqcıllar
müxtəlif təltiflərlə qiymətləndirilib. Bundan başqa, o dövrdə
Bakının özündə gedən tikinti
quruculuq işləri, mənzil tikintisi, sənaye obyektləri, kənd
təsərrüfatının inkişafı,
pambıqçılıq, üzümçülüklə
yanaşı, digərlər sahələri əhatə edən
nailiyyətlər Sovet İttifaqına daxil olan respublikalar arasında ən yüksək
göstəricilər idi. Bu
nailiyyətlər ulu öndərin
rəhbərlik bacarığı, dövlətçilik
qabiliyyətinin uğurlu
nəticələri idi".
E.Məmmədov qeyd edib
ki, ümummilli liderin yüksək rəhbərlik
bacarığı nəticəsində Azərbaycan həmin
dövrdə qısa müddətdə böyük
inkişaf yolu keçmişdi: "Ulu
öndər ikinci dəfə
Azərbaycanda siyasi hakimiyyətə
gəldikdən sonra da
bu qabiliyyəti özünü
bir daha
göstərdi. Müstəqil Azərbaycanın bugünkü inkişafının
əsası da məhz Ümummilli
lider Heydər Əliyev
tərəfindən qoyulub".
PƏRVANƏ
525-ci qəzet.-
2019.- 12 iyul. S. 5.