Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan Türk dünyasına təbrik

Bu tarixi hadisə türk dünyası ilə UNESCO arasinda yeni əməkdaşlıq körpülərinin salınmasına səbəb olacaq

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibəti ilə Azərbaycan xalqı ilə birlikdə Türk dünyasını təbrik edir.

Bu barədə fondun yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, mədəni abidələrini, mənəvi irsini qoruyub saxlamaq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə Birinci Vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm əhəmiyyətə malik fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun bilavasitə təşəbbüsü səyləri nəticəsində Azərbaycanın mədəniyyət abidələri qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun siyahılarında öz layiqli yerini tutub.

Həmçinin, qeyd olunub ki, Qədim İpək Yolu üzərində yerləşən, tarixən tolerantlıq şəhəri kimi tanınan Şəki dünya mədəniyyətinə karvansaraylar, məscidlər, körpülər, sənətkarlıq emalatxanaları kimi unikal memarlıq nümunələri, Qafqazın əsas ipək istehsalı mərkəzi olaraq qeyri-maddi mədəniyyət incisi kimi kəlağayı bəxş edib.

Vurğulanıb ki, 1763-cü ildə Hüseyn xan tərəfindən inşa etdirilən, minlərlə müxtəlif rəngli şüşələrdən yığılmış Azərbaycanın dekorativ tətbiqi sənət növü olan şəbəkə-pəncərələrdən istifadə edilmiş Şəki Xan sarayı dünya əhəmiyyətli tarixi memarlıq abidəsidir. Bu qürurverici hadisə Türk dünyasının bir parçası olan Azərbaycana məxsus nadir memarlıq abidəsinin beynəlxalq miqyasda daha da tanınmasına öz töhvəsini verəcək Türk dünyası ilə UNESCO arasında yeni əməkdaşlıq körpülərinin salınmasına səbəb olacaq.

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu inanır ki, yaxın gələcəkdə NaxçıvandakıMöminə Xatun Türbəsi”, SuraxanıdakıAtəşgah”, eləcə , işğal altında olan Dağlıq Qarabağ torpaqlarında yerləşənYuxarı Gövhər Ağaməscidi, “Qarabağ Xan Sarayı s. kimi böyük memarlıq abidələri UNESCO-nun Ümumdünya İrs Siyahısında öz əksini tapacaq.

 

C.ABASOV

525-ci qəzet.- 2019.- 12 iyul. S. 5.