Əlli ilin işığı
Mədət Məmmədov: "Ulu Öndər Heydər Əliyev
xalqını, vətənini sevənlərin əbədi lideridir"
Müsahibimiz "Azərbaycan
Jurnalistlərinin Həmrəyliyi Komitəsi" İctimai
Birliyinin sədri, Bakı Biznes Universitetinin Mətbuat
xidmətinin rəhbəri, uzun illər mətbuat sahəsində
məsul vəzifələrdə çalışmış
şair-publisist, Qızıl qələm, Həsən bəy
Zərdabi mükafatları laureatı Mədət
Məmmədovdur.
- Mədət müəllim, uzun illər
mətbuat sahəsində məsul vəzifədə
çalışmış bir adam kimi siz Ümummilli lider
Heydər Əliyevin digər fəaliyyət sahələrində
olduğu kimi, Azərbaycan mətbuatının inkişafı sahəsində
göstərdiyi əvəzedilməz xidmətləri
barədə nə deyə bilərsiniz?
- Bir cümlə ilə ifadə etmək
lazım gəlsə, deyərdim ki, Ulu öndərin
hakimiyyəti dövründə Aəzrbaycanda senzura
ləğv edildi, azad mətbuatın inkişafı təmin
olundu, xaricdə diaspor təşkilatları yaradıldı,
informasiya blokadası yarıldı və Azərbaycanın
haqq səsinin dünyaya çatdırılması prosesi
başlandı. Böyük siyasi xadim, görkəmli dövlət
xadimi Heydər Əliyevin müasiri olduğuma görə mən bir vətəndaş
kimi özümü çox xoşbəxt hesab edirəm. O, mənim idealımdır. Ulu öndər Heydər Əliyev xalqını, vətənini sevənlərin
əbədi lideridir.
Əslində, müasir Azərbaycanın
taleyində tarixi dönüş mərhələsi
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanı qurub bizlərə ərməğan
edən Ulu öndərin hakimiyyəti
dovründə mətbuat
sahəsində məsul
vəzifədə çalışmiş
bir şəxs kimi həmişə onun ən sadiq
əsgərlərindən biri
olmuşam. Əlli ildir,
Azərbaycan dünya miqyasında Ulu öndər Heydər Əliyev kimi nəhəng şəxsiyyətin
qəlbinin işığında,
iradəsinin möhkəmliyində,
Vətən sevgisində
qəbul edilir və örnək bir məmləkətə
çevrilir. O, xalqını
qorumaq üçün
Tanrının göndərdiyi
bir elçidir.
- Ulu öndər
hələ Azərbaycan
Dövlət Təhlükəsizlik
Komitəsinə rəhbərlik
etdiyi dövrdə elm
və mədəniyyət
xadimlərinə xüsusi
qayğı ilə yanaşmış, onların
bir çoxunu Sovet represiyyasının caynağından xilas etmişdi. Bu haqda
son illər çox yazılıb, çox deyilib.
- Bəli, doğrudur.
Ulu öndərin fəaliyyətinin
əhəmiyyətli bir
hissəsi Dövlət
Təhlükəsizlik Komitəsi
ilə bağlıdır.
Bu illərdə o, şərəfli xidmət
yolu keçərək
DTK sədri vəzifəsinə,
general-mayor rütbəsinə qədər yüksəlmişdi.
DTK-da çalışdığı
dövrdə o, bu sistemdə milli kadrların sayının artmasına köməklik
göstərmiş, həmçinin,
Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərini
- Bəxtiyar Vahabzadəni,
Ziya Bünyadovu, İsa Hüseynovu, Mayestro Niyazini və başqa görkəmli şəxsiyyətləri
Sovet repressiyasının
caynağından xilas
etmişdi.
Sonrakı mərhələdə
- 1969-cu il iyul ayının 14-də respublikanın rəhbərliyinə
gələn Heydər
Əliyev Azərbaycanın
Sovetlər İttifaqı
kimi nəhəng bir imperiyanın tərkibində olmasına
baxmayaraq, böyük
uzaqgörənliklə gələcəyə
hesablanmış bir sıra mühüm və zəruri addımlar atmağa nail ola bildi. O, Azərbaycanın
tərəqqisi və
inkişafı baxımından
müstəsna xidmətlər
göstədi, hər
şeydən əvvəl
kadrların düzgün
seçilib yerləşdirilməsinə,
onlara qarşı tələbkarlığın artırılmasına,
dövlət və əmək intizamının
möhkəmləndirilməsinə, idarəçilik sisteminin
təkmilləşdirilməsinə diqqət göstərdi. Təsəvvür edin, Sovetlər
İttifaqında korrupsiya
və rüşvətxorluğa
qarşı mübarizə
ilk dəfə olaraq Azərbaycanda, məhz Heydər Əliyevin rəhbərliyi ilə başlandı.
Paralel olaraq iqtisadi sahədə çox mühüm uğurlara imza atıldı, böyük nailiyyətlər
əldə eidildi. Statistikaya ötəri nəzər salaq: Ulu öndərin respublika rəhbərliyinə
gəlməsi ilə Azərbaycan qısa zaman kəsiyində iqtisadi baxımdan özünü təmin etməyə başladı,
ölkədə adambaşına
düşən ümumdaxili
məhsul istehsalında
2,5, sənaye istehsalında
3, kənd təsərrüfatı
məhsullarında isə
2 dəfə artım
müşahidə olundu.
Onun rəhbərlik etdiyi
1969-cu ildən 1982-ci ilə
qədərki dövrdə
respublikada 250 zavod, fabrik və sex tikildi. Azərbaycan həmin illərdə iqtisadi sahədə əldə etdiyi bu uğurlara görə 12 dəfə Ümumittifaq yarışının
qalibi oldu, Lenin ordeni ilə təltif edildi.
- Bütün bunlarla
yanaşı, sosial sahədə də böyük uğurlara imza atıldı.
- Bəli, elədir.
Umummilli iderin Azərbaycana rəhbərlik etdiyi birinci dövrü sosial həyat sahəsində böyük
nailliyyətlərlə əlamətdar
oldu. Belə ki, 630 min iş yeri açıldı, 20
min kvadrat kilometr ərazidə Əhmədli,
Yeni Əhmədli, Günəşli, Patamdar,
Hövsan kimi yaşayış massivləri
salındı, 2 milyondan
artıq vətəndaşın
mənzil problemi öz həllini tapdı, 101 min məktəbəqədər,
1058 ümumtəhsil müəssisəsi
tikilib istifadəyə
verildi. Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyi
dövründə 15 mindən
artıq azərbaycanlı
gəncin keçmiş
SSRİ-nin müxtəlif
şəhərlərində yerləşən 170-dən çox
ali məktəbdə
təhsil almasına, respublikamızın xalq təsərrüfatı, elm, təhsil
və mədəniyyətinin
80-dən artıq sahəsini
əhatə edən
250-dən çox ixtisas
üzrə yüksək
ixtisaslı mütəxəssislər
kimi hazırlanmasına
nail oldu. Ümummilli lider respublika rəhbərliyinə gələndən
bir neçə il sonra
o vaxt Sovetlər İttifaqı üçün
gözlənilməz olan
daha bir təşəbbüsə imza
atdı. Heydər Əliyev böyük əzmkarlıqla 1972-ci ildə
Bakıda Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin əsasının qoyulmasına və azərbaycanlı gənclərin
həm bu məktəbdə, həm
də SSRİ-nin digər hərbi təhsil müəssisələrində
oxumalarına nail oldu və böyük bir yolun başlanğıcını
qoydu. Bu illər
ərzində yetişən
azərbaycanlı hərbi
kadrlar 1988-ci ildə Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarının yenidən
baş qaldırdığı
bir vaxtda silaha sarılaraq Vətənin müdafiəsinə
qalxdılar, müstəqil
Azərbaycanın Silahlı
Qüvvələrinin formalaşmasında
və torpaqlarımızın
müdafiəsində müstəsna
rol oynadılar.
- Və 1993-cü ildə
Ulu öndərin ikinci dəfə Azərbaycan rəhbərliyinə
gəlişi ilə milli dövlətçiliyimiz
təhlükədən xilas
oldu.
- Yəqin yadınızda
olar, 1993-cü ilin iyununda Azərbaycan hakimiyyət böhranı
ilə üz-üzə
qalmışdı. Azərbaycanın müstəqilliyini istəməyən
xarici güclərin dəstək verdiyi silahlı birləşmələr
və onların müdafiəsinə qalxan
bəzi siyasi qurumlar hakimiyyətin zəifliyindən istifadə
edib ölkəni xaosa sürükləyirdilər.
Belə bir çətin şəraitdə xalqın
təkidi ilə yenidən hakimiyyətə
qayıdan Heydər Əliyev antiazərbaycan qüvvələrin planlarını
alt-üst edərək
ölkəni böyük
bir uçurumdan qorudu, müstəqil Azərbaycanın idarəçilik
sükanı arxasına
keçərək sabitliyin,
sosial-iqtisadi inkişafın
və tərəqqinin
qarantına çevrildi.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişinin qarşısı
alındı, dövlətçiliyimiz
təhlükədən xilas
edildi.
- Ümummilli liderin
həyata keçirdiyi
neft strategiyası bugünkü inkişafımız
üçün başlıca
stimul oldu.
- Azərbaycanın ağır
günlər yaşadığı
bir vaxtda yenidən hakimiyyətə
gələn və dövlət müstəqilliyimizin
dayanıqlılığına nail olmaq üçün səylərini ilk növbədə
ölkə daxilində
siyasi sabitliyin bərqərar olmasına yönəldən Ulu öndər paralel olaraq strateji əhəmiyyət daşıyan
bir sıra iqtisadi layihələrin gerçəkləşməsinə də öz töhfəsini verdi. Bu layihələrdən ən
mötəbəri isə
1994-cü il sentyabrın 20-də Bakıda
imzalanan Əsrin Müqaviləsi oldu. Ulu öndərin dəmir iradəsi, siyasi nüfuzu sayəsində nəhayət, 20-ci əsrin
ən böyük neft müqaviləsi imzalandı və Azərbaycanın müstəqilliyinin
qarantına çevrilən
bir layihə gerçəkləşdi, Azərbaycanın
qarşısında uzun
və maneəsiz inkişaf yolu açıldı. Bu inkişaf qısa zaman kəsiyində bütün istiqamətlərdə
özünü göstərdi,
Azərbaycanın dünya
iqtisadi sisteminə inteqrasiyasının və
ölkənin enerji təhlükəsizliyinin möhkəm
təməli qoyuldu.
Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq
əməkdaşlığın əsasını da yaratdı.
Bundan əlavə, Azərbaycan
qazının qərb
bazarına ixracının
təmin olunması baxımından ulu öndərin şəxsi
təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi. Beləliklə, Azərbaycan həm neft, həm də təbii qaz
satışı bazarında özünə xüsusi
yer tutdu, zaman keçdikcə dövlətimiz
Avropanın enerji
təhlükəsizliyində əsas rol oynamağa başladı. Bu
isə Azərbaycanın söz sahibi olan bir
dövlət kimi böyük
nüfuz qazanması deməkdir. Beynəlxalq imicə,
yüksək nüfuza malik
dövlətimiz bu gün
dünyanın aparıcı dövlətlərindən biri, regionun söz sahibi olan ölkələrindəndir.
Ümumiyyətlə,
Azərbaycanın inkişaf tarixinin son 50 ilinə
nəzər salsaq, gələcəyə
istiqamətlənmiş, dayanıqlı inkişafı
təmin edən və cəmiyyətin hər bir
üzvünün rifahına xidmət
göstərən müdrik və uzaqgörən
siyasətin nəticələrini görərik. Bütün
bunlar Ulu öndər
Heydər Əliyevin Vətən üçün
sonsuz xidmətləri hesabına başa gəlib. O, öncə
vətənpərvər, Vətənini sevən bir insan, sonra
isə böyük dövlət xadimi idi. Təsadüfi deyil ki, 2001-ci il Dünya Azərbaycanlılarının
Birinci qurultayında Heydər Əliyevin
söylədiyi tarixi ifadə
kiçikdən böyüyə qədər hər bir azərbaycanlının dilində
əzbərə çevrilib: "Mən həmişə fəxr etmişəm
və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam".
İstər Vətəndə, istərsə də
qürbətdə yaşayan bütün dünya
azərbaycanlıları da qürur duyur, fəxr edir ki, onun
Azərbaycan kimi Vətəni, Heydər
Əliyev kimi soydaşı, Ümummilli lideri var. Biz hər birimiz onun əmanəti olan müstəqil, güclü,
qüdrətli Azərbaycanın övladlarıyıq.
Azərbaycanın təməli dahi
şəxsiyyət tərəfindən qoyulan
iqtisadi, siyasi, sosial və mədəni inkişaf
xətti bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Uğurlu inkişaf
modelinə uyğun olaraq
Azərbaycanın dünyanın qabaqcıl, aparıcı
dövlətləri sırasında tutduğu
mövqe hər il daha da
möhkəmlənir.
Hakim İSAQOV
525-ci qəzet.- 2019.- 12 iyul. S. 6.