Yaddaş
Hər bir
xalqın varlığıdır,
Niyyət
aşikarlığıdır;
Taleyinin yarlığıdır,
Kimliyidir dil yaddaşı.
Fərqli baharı,
qışı var,
Dəyəri
qədər yaşı var.
Hər şeyin
öz yaddaşı var
-
Yaxşı tanı, bil yaddaşı!..
Ucalığı
tərk edibdir,
Yaxşılığı
tərgidibdir;
Neçə igid qərq edibdir -
Unutmayıb sel yaddaşı.
Təb-təb olan
min halı var,
Sevib yolan
"Cığalı" var;
Onda layla
sığalı var -
İtirməyib tel yaddaşı.
At çox, başında
yüyən yox -
Qaçır, ipini
düyən yox...
Daha uşaq
şəlləyən yox
-
Silinibdir bel yaddaşı.
Ağlı gödək
qoca olub,
Dib görməyən
uca olub.
Kim kim olub, necə olub -
Yada salar el yaddaşı.
Tanıya bilmədi
Bakıda bazarların birində
gənc qız əlində bir dəstə bənövşə
satırdı. Doğma Qacarda
ağac kölgəsində
bitən boynu- bükük bənövşəni
görən kimi mən onu tanıdım.
Amma bənövşə
məni tanımadı...
...Gah ona, gah onu satana
baxdım,
Ömrün yurdsuz keçən
saatına baxdım.
Üzünə utana-utana baxdım,
Tanıya bilmədi bənövşə
məni.
İstədim fəryadla:
"Bu mənəm" - deyəm,
"Dərdindən
partlayır bu sinəm!" - deyəm.
"Bəri bax, başına mən dönüm!" - deyəm,
Tanıya bilmədi bənövşə
məni.
Kol dibində
bir könüllü şah idi,
İlk eşqimin,
heyrətimin şahidi...
Kaş duyaydı
ahım necə ah idi -
Tanıya bilmədi bənövşə
məni.
Bu görüş nə
acı bir görüş idi -
Yaz günündə o bu
qədər üşüdü.
Zaman bizi
ucalıqdan düşüdü
-
Tanıya bilmədi bənövşə
məni.
Kökündən qopanı - qaçanı görüb,
Şəhər havasına uçanı görüb...
Qacarı, Şuşanı,
Laçını görüb
-
Tanıya bilmədi bənövşə
məni.
Üzüdönük o olmadı, mən oldum,
Eşqisönük o olmadı, mən
oldum.
Sinəyə yük
o olmadı, mən oldum -
Tanıya bilmədi bənövşə
məni.
El-obasız perikibdir
yuxusu,
İşğal altda at oynadır
qorxusu.
Öləziyib o əzəli
qoxusu -
Tanıya bilmədi bənövşə
məni.
Dağlı könlün
düzə, dağa haqqı var,
Qalıb gendən
baxa-baxa haqqı var...
Çox gözləyib,
unutmağa haqqı var,
Tanıya bilmədi bənövşə
məni.
Qoruya bilmədim
Ay qəlbimdən halılar
-
Sadiq qanadlı dostlar,
Nə yaxşı
ki, görüşdük,
Salam, sizə
sözüm var!
Qumru, qaranquş,
leylək -
ucalıqdan yıxıldım,
Yenə qalxaram,
neylək...
Siz mənə oxşamayın,
Aman gündür,
tez olun
Yurdumuza
qayıdın,
Dağa-daşa göz olun,
Yuvanızı
qoruyun:
A quşlar, öz
yuvamı
Mən
qoruya bilmədim!..
***
Dünya qorxuyla
dolu -
Bəd
nəzər, bəd nəfəs var,
Dəmir tikanlı
məftil,
Qızıldan
dar qəfəs var...
Lələyiniz qələmlə
Taleyiniz
yazılıb,
Görün sizi
qoruyan
Dua hardan asılıb,
Duanızı qoruyun.
Vaxtında
öz duamı
Mən qoruya
bilmədim...
***
Necə sığım
cahana -
Torpağı
dəri kimi
Soyulan Nəsimiynən?!.
Yurdsuz zülmətdə qalan
Məlikməmməd kimiyəm...
Qumru, leylək, qaranquş,
Özünüzlə məni də
Aparın işığa
tuş.
Salamlayın günəşi,
Siz dan üzü qoruyun.
Zirvələrdə Şuşamı -
Sabahımçün bu şamı
Mən qoruya
bilmədim!..
Gəl təzədən
sevək
Könlüm səni
səsləyir,
Köhnə sevgi
bəs deyil,
Bu adi həvəs
deyil -
Gəl təzədən
sevək biz!
Göydən hikmət
ələnir -
Duyaq yeni
gələni...
Dünya da
silkələnir -
Gəl təzədən
sevək biz!
Eşqi əmanət
verir,
Səadətçün vəd verir -
Ürək zəmanət
verir -
Gəl təzədən
sevək biz!
Çiçək al qucağına,
Yaxına gəl,
yaxına!
Hər şeyin
acığına
Gəl təzədən
sevək biz!
Təzə donu
sağ geyin,
Ürəyimcə bax, geyin -
Gəl təzədən
ağ geyin,
Gəl təzədən
sevək biz!
Gülümsə
Qəmli baxma,
fikrim çaşır,
Sevdalı "dəli"m, gülümsə!
Sənə təbəssüm
yaraşır -
Gülümsə, gülüm, gülümsə!
Məni dərdə
salan zalım,
De, könlünü
necə alım?
Söz deməyə
yox macalım,
Lal olub
dilim, gülümsə!
Öz sözünü
özümə de,
Göz sözünü
gözümə de,
Nə deyirsən
üzümə de -
Anlayım-bilim, gülümsə!
Gəl, utanma,
gəl yanıma,
Kimliyimi heç
tanıma!
Gülə-gülə al canımı -
Gülümsə, ölüm, gülümsə!
Mahmud QACAR
525-ci qəzet.- 2019.- 12 iyul. S. 10.