Yazıçılar Birliyindən
Dədəli kitabxanasına hədiyyə
Azərbaycan Yazıçılar Birliyi (AYB) də “Kəndə kitab” təşəbbüsünə qoşularaq Xaçmazın Dədəli kənd kitabxanasına 45 ədəd kitab hədiyyə edib.
AYB sədri Anar, Birliyin katibləri Çingiz Abdullayev və Rəşad Məcid başda olmaqla bir qrup yazıçı öz əsərlərini müəllif imzasıyla Dədəli kitabxanasına hədiyyə ediblər.
Adı çəkilənlərlə bərabər, Xalq şairi Fikrət Qoca, yazıçı və şairlərdən Əjdər Ol, Yunus Oğuz, Pərvin və
Şahanə
Müşfiq müxtəlif əsərlərini imzalayaraq Dədəli kənd kitabxanasının oxucularına çatdırmaq üçün təqdim ediblər.
Kitabları AYB-nin iqamətgahında qurumun katibi Rəşad Məcid təşəbbüskar Azər Həsrətə təqdim edib. Rəşad Məcid qeyd edib ki, bir
kənd kitabxanasının
bu yolla daha da zənginləşdirilməsi,
oxucuların həvəsləndirilməsi
olduqca təqdirəlayiq
haldır. O, Dədəli
kəndini ziyarət edib kitabxanaya baş çəkmək,
oxucularla görüşmək
arzusunu da ifadə edib.
Qeyd edək ki, “Kəndə kitab” təşəbbüsü Dədəli
sakini, hazırda Bakıda yaşayan Əməkdar jurnalist Azər Həsrət tərəfindən irəli
sürülüb. Təşəbbüsün
orijinallığı ondadır ki, müəlliflər
öz kitablarını məhz “Dədəli
kənd kitabxanasına müəllifdən hədiyyə” qeydi ilə imzalayaraq
qarşılıqsız hədiyyə edirlər. Yaxın vaxtlarda kitablar təntənəli
şəkildə kitabxanaya təqdim ediləcək.
Bundan sonra müəllif
imzalı kitablar kitabxanada
daimi sərgilənməklə
oxucuların ixtiyarına veriləcək. Təşəbbüsün
elan edildiyi mart ayından bu günə
200-dək kitab toplanıb ki,
onların da 100 ədədini AMEA Mərkəzi
Elmi Kitabxanası hədiyyə edib.
525-ci qəzet.- 2019.- 12 iyul. S. 11.