Azərbaycan
Vətən
- candı, bütöv
birdi.
Müqəddəsdi, pirdi, sirdi...
Hər bir
şeyin bir həddi var,
Dağın-düzün sərhəddi var,
Bacı-qardaş arasında
"Sizin" - "bizin" sərhəddi
var.
Alnımızın qoruğunda
Qaşla gözün sərhəddi
var.
İki üzün
arasında
Gözlə gözün sərhəddi
var.
Hər sifətdə
iki üz var,
Üzlə üzün sərhəddi
var.
Dilin-dişin arasında
Sözlə sözün sərhəddi
var.
Azərbaycan deyəndə
biz
Heç bilmədən
"can" - deyirik!
Təki ürək
bütöv olsun,
Ürəkdə qan
bütöv olsun,
Ruhumda can bütöv
olsun!
Hər bir
vətən övladında
Azərbaycan bütöv
olsun!!!
Bizi heç kəs bölə bilməz!
Birlik - Ruhdur ölə bilməz!
Odlar oğlu bir-birinə
Harda olsa can deyəcək
Ürəkdən candan deyəcək.
Od oğlunun adıdır
can.
Onun böyük ürəyinin
Bayrağıdır Azərbaycan.
Fikrət QOCA
525-ci qəzet.- 2019.- 12 iyul. S. 15.