Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı
oldu
“Nəsimi-650: Diaspor Gənclərinin II Yay Düşərgəsi”nə start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən
verilən məlumata görə, iyulun 9-da Şamaxı Rayon Mədəniyyət
Mərkəzində düşərgənin
təntənəli açılışı
olub.
Tədbirdə Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir
Məmmədov qonaqları
salamlayıb və Nəsimi ilində dünya azərbaycanlılarının
qədim Şamaxıda
bir araya gəlməsini müsbət
hadisə kimi qiymətləndirib.
Diasporla İş
üzrə Dövlət
Komitəsinin sədri
Fuad Muradov çıxışında Diaspor
Gənclərinin Yay Düşərgəsinin ikinci
ildir ki, təşkil olunduğunu və xaricdə yaşayan onlarla azərbaycanlının məhz
bu irimiqyaslı layihə çərçivəsində
doğma vətəninə
gəldiyini diqqətə
çatdırıb. Komitə sədri
düşərgənin mahiyyəti,
dövlətin diaspor siyasətində bu layihənin yeri və eyni zamanda
layihənin hədəfləri
barədə ətraflı
məlumat verib, iştirakçılara uğurlar
arzulayıb. O bildirib
ki, Diaspor Gənclərinin Yay Düşərgələri həm
ölkə daxilində,
həm də xaricdə yaşayan azərbaycanlılar arasında
böyük rəğbət
qazanıb.
Açılış mərasimində Gənclər
və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər
Fondunun icraçı
direktoru Fərid Cəfərov, Azərbaycan
Diasporuna Dəstək
Fondunun icraçı
direktoru Elşad Əliyev, Prezident Administrasiyası ictimai-siyasi
məsələlər şöbəsinin
aparıcı məsləhətçisi
Natiq Əliyev və başqaları çıxış ediblər.
Çıxışlarda düşərgənin Azərbaycan diaspor hərəkatının güclənməsində,
yeni nəsil diasporun formalaşmasında,
xüsusilə xaricdə
yaşayan gənclərin
şəbəkələşməsində
əvəzsiz rol oynadığı diqqətə
çatdırlıb.
Qeyd edək ki, II Yay Düşərgəsinin
proqramı olduqca zəngindir. Proqramda xaricdəki
diplomatik nümayəndəliyin
rəhbərləri və
bəzi xarici ölkələrin Azərbaycandakı
səfirləri, eləcə
də ictimai xadimlər və media nümayəndələri ilə
görüşlər, müxtəlif
təlimlər, tarixi yerlərə ekskursiyalar nəzərdə tutulub.
Düşərgə çərçivəsində Dünya Azərbaycanlıları
Gənclər Forumunun
da keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, Diaspor Gənclərinin
II Yay Düşərgəsi
Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər
Fondunun tərəfdaşlığı
ilə keçirilir. Yay Düşərgəsi iyulun
14-də başa çatacaq.
C.ABASOV
525-ci qəzet.- 2019.- 13 iyul. S. 3.