Media rəhbərləri Diaspor Gənclərinin II Yay Düşərgəsində

 

Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Şamaxıda keçirilən “Nəsimi-650” Diaspor Gənclərinin II Yay Düşərgəsi davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, düşərgə çərçivəsində iyulun 12-də keçirilən diaspor ilə medianın əməkdaşlığna həsr olunmuş paneldə “APA Group”un rəhbəri Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid İsmayıloğlu düşərgə iştirakçıları ilə görüşüblər.

Vəsilə Vahidqızının moderatorluğu ilə keçirilən paneldə qonaqlarNəsimi ili”ndə dünya azərbaycanlılarının qədim Şamaxıda bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib, yay düşərgəsinin mahiyyəti, dövlətin diaspor siyasətində bu layihənin yeri hədəfləri barədə danışıblar.

Vüsalə Mahirqızı, Rəşad Məcid Cahid İsmayıloğlu görüş zamanı Almaniya, Hollandiya, Rusiya, Xorvatiya, Macarıstan Gürcüstandan gələn gənclərin ictimai-siyasi proseslər, Azərbaycanda medianın inkişafı, informasiya siyasətində geri qalmamaq üçün görülməsi vacib olan işlər, xəbərlərin dəqiq operativ çatdırılması, ölkəmizdə medianın gələcəyi, sosial şəbəkələrdə ölkəmizin reallıqları ilə bağlı təbliğatın düzgün aparılması digər sahələrlə bağlı suallarını cavablandırıblar.

Qeyd olunub ki, xarici ölkələrdə baş verən hadisələr barədə məlumatlar Azərbaycan mediasında həmin dövlətlərin rəsmi qurumlarına istinad edilərək dərc edilir, mətbuatda insanların görmək istədikləri xəbərlər deyil, real faktlar əsasında hazırlanan məlumatlar verilir.

Xarici ölkələrdə yaşayan gənclərə həmin ölkələrdə fəaliyyət göstərən media qurumları ilə sıx əlaqə yaratmaq, xarici mətbuatda çalışan jurnalistlərlə dostluq etmək, Azərbaycan barədə məlumatları xarici mətbuatda dərc etmək, sosial şəbəkələrdə aktiv olmaq, ölkəmiz barədə tez-tez maarifləndirici məlumatlar yaymaq tövsiyə edilib.

Qeyd edək ki, iyulun 9-da Şamaxıda “Nəsimi-650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılış mərasimi keçirilib. Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Natiq Əliyev başqaları iştirak ediblər. Tədbirdə Nəsimi poeziyasından şeirlər təqdim edilib, muğam, xalq bəstəkar mahnıları ifa olunub.

Sonrakı günlərdə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Avstriyadakı fövqəladə səlahiyyətli səfiri Qalib İsrafilov, Azərbaycanın Türkiyədəki fövqəladə səlahiyyətli səfiri Xəzər İbrahim “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları ilə görüşüb. Görüşün əsas mövzusuAzərbaycanın xarici siyasətində diaspor fəaliyyəti gənclərin roluolub. Diplomatlar gənclərə maraqlı məlumatlar verdikdən sonra geniş fikir mübadiləsi aparılıb.

Düşərgə iştirakçıları Xocalı qətliamında hər iki valideynini itirən gənclərlə Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüblər.

İyulun 14-dək davam edəcək Yay Düşərgəsi çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Forumunun keçirilməsi nəzərdə tutulub.

Tədbirdə 50-yə yaxın ölkədən 115 nəfər tələbə, eləcə həmin ölkələrdə müxtəlif sahələr üzrə ali təhsil alaraq çalışan gənclər iştirak edir.

 

525-ci qəzet.- 2019.- 13 iyul. S. 3.