Akademiyada ədəbiyyatdan - akademizmə

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm Təhsil Komitəsinin sədri, akademik

Azərbaycan akademik elmi mühitində "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin yaranması fəaliyyəti ədəbiyyatşünas alimlərin bədii yaradıcılığını da ədəbi mühitin diqqət mərkəzinə çəkməyə, onlardan ayrıca bəhs etməyə şərait yaratmışdır.

Artıq üçüncü kitabı nəşr olunan "Plyus bədii yaradıcılıq" almanaxında toplanan şeirlər bədii nəsr nümunələri elmi-ədəbi mühitin ədəbiyyatçı elm adamlarının bədii yaradıcılığını daha aydın surətdə təsəvvür etməsinə imkan verir. Bu il altıncısı keçirilən "Fizika lirika" konfranslarında irəli sürülən elmi ideyalar tezislər, "Ədəbiyyatşünaslıq plyus" şairlərinin bədii yaradıcılıqlarının özünəməxsus mahiyyətini dərk şərh etməyə işıq salır. Elmi konfransları ardıcıl olaraq müşayiət edən "Qoşa qanad" layihəsi elmi id-rakla bədii düşüncənin sintezi vəhdətini daha əyani şəkildə nəzərə çarpdırmağa xidmət edir. Beləliklə, əvvəlki illərin almanaxında yazdığımız kimi, "Qoşa qanad" "Plyus bədii yaradıcılıq" almanaxları "Fizika lirika"nın təcrübi istiqaməti, əksinə, "Fizika lirika" konfransları isə "Qoşa qanad" layihəsinin nəzəriyyəsi funksiyasını həyata keçirmişdir.

Beynəlxalq səviyyədə keçirilmiş "Fizika lirika: dünya təcrübəsi, elmin ədəbiyyatın reallıqları" konfransı (14-16 noyabr 2018 - Bakı, Şamaxı), (22-23 noyabr 2018 - Dubna) "Plyus bədii yaradıcılıq" anlayışının böyük elmin probleminə çevrildiyini əyani surətdə nümayiş etdirir. Xüsusən, bu beynəlxalq elmi konfransın Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Şamaxı Astrofizika Rəsədxanasında keçirilən müzakirələrdən sonra Rusiyanın Dubna şəhərindəki Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunda yekun iclası ilə tamamlanması məsələyə baxışın genişliyini, dərinliyini, əhəmiyyətini qabarıq surətdə nəzərə çarpdırır. Atom fizikası ilə məşğul olan alimlərin bədii yaradıcılığa göstərdikləri qeyri-adi maraq, fizik akademiklərin sanballı şeir kitabları "Fizika lirika" münasibətlərinin "Qoşa qanad"ın hər iki qanadı üçün aktual əhəmiyyətli olduğunu diqqət mərkəzinə çəkir.

Çap olunan "Qoşa qanad" "Plyus bədii yaradıcılıq" almanaxları, habelə "Fizika lirika" mövzusunda keçirilmiş beynəlxalq elmi konfransın çap edilmiş materialları elmlə ədəbiyyatın qarşılıqlı əlaqələri haqqında aşağıdakı bir sıra ümumiləşdirilmiş mülahizələr söyləməyə imkan verir.

* "Qoşa qanad" elmi bədii fantaziyanın qarşılıqlı surətdə iştira-kı ilə yaradılmış tədqiqat ədəbiyyat olub, sadəcə ixtisas sahibləri olan mütəxəssislər yaradıcı qüvvələr üçün deyil, geniş mənada həm ədəbiyyat, həm elmin inkişafı üçün yeni faydalı olan bir baxışdır.

* Elm faktorunun iştirak etdiyi ədəbiyyat akademik idrakla bədii təfəkkürün, yaradıcı istedadın sintezi vəhdətindən yaranmış elmyönlü intellektual ədəbiyyatdır.

* Elmyönlü ədəbiyyat-intellektual tipli fərqli bədii yaradıcılıqdır.

İntellektual ədəbiyyat Azərbaycan akademik ədəbiyyatının aparıcı istiqamətini müəyyən edir.

* Azərbaycan akademik ədəbiyyatı "Fizika lirika" konfranslarının nəzəri tezislərinin "Qoşa qanad" layihəsinin işığında meydana çıxmaqda olan yeni tipli ədəbiyyatdır.

* Azərbaycan akademik ədəbiyyatı yeni yaranmaqda olan akademizm ədəbi cərəyanların simasını müəyyən edir.

* Akademik ədəbiyyatın yaranması inkişafında "Qoşa qanad" "Plyus bədii yaradıcılıq" ədəbi almanaxlarının mühüm rolu vardır.

* Akademik ədəbiyyat artıq özünün ədəbi cərəyanını yaratmaqdadır - "Akademizm"!

* Akademizm ədəbi cərəyanının əsas yaranma inkişaf mərkəzi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2016-cı ildən fəaliyyət göstərən "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyidir. Bu yaradıcılıq Birliyi xətti ilə keçirilən tədbirlər, aparılan müzakirələr, nəşr edilən almanaxlar məqalələr Akademizm cərəyanının hərəkətverici qüvvəsidir.

* "Qoşa qanad" "Plyus bədii yaradıcılıq" ədəbi almanaxları, yaxud poeziya nəsr antologiyaları Azərbaycan akademik ədəbiyyatının real mənzərəsini əks etdirən güzgü, təkamül proseslərini təsəvvür etməyə imkan yaradan barometr, inkişaf istiqamətlərini müəyyən edən, proqnozlaşdıran bələdçidir.

"Fizika lirika" konfranslarında mövzu ilə əlaqədar səsləndirilən məruzələr xüsusən, akademik İsa Həbibbəylinin "Qoşa qanad" "Plyus bədii yaradıcılıq" ədəbi almanaxlarında çap etdirdiyi müqəddimələr konfranslardakı məruzələri Azərbaycan akademik ədəbiyyatın manifesti funksiyasını həyata keçirir.

"Fizika lirika: dünya təcrübəsi, ədəbiyyatın elmin reallıqları" mövzusunda 2018-ci ildə Bakıda başlanan, Şamaxı-Astrofizika Rəsədxanasında davam etdirilən, Dubna şəhərindəki (Rusiya) Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunda başa çatdırılan beynəlxalq elmi konfransın kitab halında çap olunmuş materialları ümumiyyətlə elmyönlü intellektual ədəbiyyatın, xüsusən Azərbaycan akademik ədəbiyyatının elmi-nəzəri dərsləridir.

Azərbaycan akademik ədəbiyyatı - çoxəsrlik ənənəvi ədəbiyyatın ağıla, məntiqi təfəkkürə, rasional düşüncəyə üstünlük verdiyi məqamlar üzərində yaranıb, həmin istiqaməti yaradıcı şəkildə inkişaf etdirərək daha da zənginləşdirən, sistemli bir istiqamətə çevirən intellektual ədəbiyyatdır. İntellektual ədəbiyyat idrakla ilhamın mübarizəsində ilhamın üstün gəldiyi, ağırlıq təşkil etdiyi ədəbiyyatdır.

"Kitabi-Dədə Qorqud" şeirləri xalq şairi Rəsul Rzanın məşhur "Rənglər" şeir silsiləsi yeni dövr Azərbaycan intellektual ədəbiyyatı üçün ədəbiyyat örnəkləridir.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən ardıcıl olaraq "Fizika lirika" konfranslarının təşkil edilməsi, "Qoşa qanad" layihələrinin həyata keçirilməsi AMEA mühitində yaranan ədəbiyyatın bu elmi mühitdə çalışan yaradıcı qüvvələrin qarşılıqlı əməkdaşlığı birliyi əsasında ölkə üzrə Akademizm adlı bir ədəbi cərəyanın formalaşdırılmasına "İlham" verir.

Akademizm - Azərbaycan ədəbi cərəyanlar ailəsinin yeni ən gənc üzvü olmağa namizədlər sırasındadır. Heç şübhəsiz, formalaşma prosesində olan bu ədəbi cərəyan ölkəmizdə yeni tipli elmyönlü intellektual ədəbiyyatın yaradılması inkişaf etdirilməsinə özünün real töhfələrini verəcəkdir.

İnanırıq ki, VI "Qoşa Qanad" layihəsinin, "Fizika lirika" konfransının keçirilməsi, dinləniləcək məruzələr səsləndiriləcək yeni şeirlər Azərbaycan akademik ədəbiyyat məktəbinin mövcudluğunu, yaxud da yaranmaq ərəfəsində olduğunu nümayiş etdirəcəkdir.

Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyası mühitində 2014-cü ildən keçirilən "Fizika lirika" elmi konfransından sonra akademik ədəbiyyata olan maraq tədricən Akademizm ədəbi cərəyanına qədər məsuliyyətli gərəkli bir yol keçildiyini nəzərə çarpdıracaqdır. Hesab edirik ki, Azərbaycan Akademizm ədəbi cərəyanı özünün mətbu orqanını, ən azı rübdə bir dəfə çıxan elmi-nəzəri və ədəbi orqanını təsis etməklə, bu yeni istiqamətdə yaranıb inkişaf etməkdə olan ədəbiyyatın genişlənməsinə və daha da yetkinləşməsinə təkan vermiş olar.

 

İsa HƏBİBBƏYLİ Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

525-ci qəzet.- 2019.- 13 iyul. S. 10.