İtaliya mətbuatı Şəki
Xan Sarayından yazıb
İtaliya mətbuatında Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzinin YUNESKO-nun siyahısına daxil edilməsi ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə ölkəmizlə bağlı mütəmadi italyan dilində xəbərlər paylaşan "Azerbaijan news"
xəbər saytında, eləcə də Avropa Xəbər Agentliyinin İtaliyadakı xüsusi müxbiri Carlo Morino tərəfindən yaradılan "eurasiaticanews" informasiya portalında yer alıb.
Yazılarda XVIII əsrə aid olan Şəki Xan Sarayı ilə bağlı geniş məlumat verilir. Diqqətə
çatdırılır ki, saray 1848-1851, 1955-1965 və 2002-ci
ildə restavrasiya olunub.
Materialda qeyd edilir
ki, sarayın gözəlliyinə və təkrarsız
memarlıq üslubuna baxmaq üçün hər gün bura
yüzlərlə turist gəlir.
Məqalədə Şəki Xan
Sarayına aid çoxlu fotoşəkil də
yerləşdirilib.
525-ci qəzet.- 2019.- 13 iyul. S. 13.