Gənc şairin ilk kitabı

 

Bugünlərdə gənc şair Oğuz Ayvazın ilk kitabı işıq üzü görüb.

"Azərnəşr"də çap olunan kitab "Adını pıçıldadığım küçə" adlanır. Nəşrdə şairin son illər yazdığı şeirlər toplanıb. Müəllif ilk kitabını qızına ithaf etdiyini qeyd edib. Kitabın redaktoru Qismət Rüstəmov, naşir İsmayıl Ələkbərovdur.

Ümumilikdə 80 səhifə olan kitabda gənc şairin 41 şeiri yer alıb.

Kitabın ilk şeiri "Atamın şəkli haqqı" adlanır:

... Mən elə bilirdim ağrıdan yıxılar insan

oysa itirdiyin adama çevrilərmiş ağrı

o qədər darıxarsan ki,

ağrın dönüb atan olar, anan olar...

Kitabda Oğuz Ayvazın "Kəpənək ömrü", "Bacımın rəsmi", "Dəniz üçün", "Səni sevmirəm", "İnsanlardan qorxuram", "Anam kimi sevdim qadınları", "Savaş", "Ölüm", "Tanrının uşaq üzü", "Gecənin eskizi", "Monoton", "Kirli qoca", "Şeir Tanrısı", "Kilsə zəngləri", "Qızımın doğulduğu gecə", "Metro-fraqment" şeiri də yer alıb.

 

MEHRİ

525-ci qəzet.- 2019.- 13 iyul. S. 15.