Tüdorların uğurları və bədbəxtliklər seriyası

Bu üç qadın - Katerina Araqonlu, MarqaretMeri bir-birlərini bacı adlandırırdılar. Bu bacılar arasında səmimiyyət çox vaxt pərdə maskası rolunu oynayırdı. Marqaret, kral ərinin özünün başladığı döyüşdə həlak olmasında Katerinanı günahkar sayırdı və onu özünün düşməni hesab edirdi. Doğrudan da, bu vaxt VIII Henri Fransada vuruşduğundan, Katerina regentlik edirdiordunu şotlandlarla döyüşə məhz o, göndərmişdi.

Marqaret kiçik bacısı Meridən də narazı idi, axı o, dul qalandan sonra ərə getməyi planlaşdırdığı Fransa kralına, heç gözləmədiyi halda, kiçik bacısı getmişdi və beləliklə, daha böyük dövlətin kraliçası adlanmaq imkanı Marqaretin əlindən çıxmışdı.

Meri isə hər ikisinə yaxşı münasibət bəsləyirdi, lakin əri öldüyündən kraliçalığı əldən getmiş, sonrakı əri ilə olan xoşbəxtliyinə isə xəstəlik zəhər qatmışdı.

Çoxlarının həsəd apardığı üç kraliçanın taleyi belə kədərli hallarla dolu idionlara köks ötürmək deyil, onların sonralar meydana gələn qara bəxtlərinə yalnız yazığı gəlmək hisslərini ifadə etmək uyğun gələrdi.

Sülalənin banisi VII Henri

1485-ci ildə Bosvort çölündə kral III Riçard üzərində öz qələbəsi ilə Riçmond qrafı Henri Tüdor VII Henri kimi İngiltərənin kralına çevrildibununla da LankasterYork evləri arasındakı uzun sürən sülalələr arası vətəndaş müharibələrinə son qoyuldu. Bu münaqişələr sonralar Qızılgüllərin müharibəsi kimi tanındı. 1485-1509-cu illərdə hökmranlıq etmiş VII Henri hökumətin sabitliyini və səmərəliliyini bərpa edə bildi, onun ehtiyatlılığı və qənaətcilliyi Tüdor sülaləsinin nailiyyətləri üçün bünövrə rolunu oynadı.

Riçmond qrafı Edmund TüdorunMarqaret Brufortun oğlu olan Henri 28 yanvar 1457-ci ildə Pembrouk qəsrində, atasının ölümündən üç ay sonra anadan olmuşdu. Belə erkən, hətta dünyaya gəlməmişdən əvvəl yetimlik bədbəxtliyi ilə üzləcək uşağın gələcəkdə böyük şöhrətə yiyələnəcəyi nümunəsi ilə biz digər böyük şəxsiyyətin tərcümeyi-halından və ədəbiyyatdan da tanışıq. XVII-XVIII əsrlərdə yaşamış dahi ingilis fiziki İsaak Nyuton atasının ölümündən sonra dünyaya göz açmışdı. Çarlz Dikkensin məşhur "Devid Kopperfild" romanının qəhrəmanı, atasının ölümündən altı ay sonra doğulmuşaz yaşlı uşaq olarkən atalığının və internat-məktəbdəki müəllimlərin eybəcər zorakılığı ilə üzləşmiş, az sonra anadan da yetim qaldıqda, ağır iztirablar hesabına böyük məsafəni qət edərək, uzaq qohumu, ailəsi olmayan Betsinin himayəsinə sığınmış, sonra böyük şöhrətə yiyələnən yazıçıya çevrilmişdi.

Henrinin atası Uels skvayrı (mülkədarı) Ouen Tüdorunkral V Henrinin dul arvadı Katerina Fransalının oğlu idi. Onun anası Lankaster hersoqu Con Qauntun nəticəsi idi, hersoqun uşaqları Katerina Suilfordan olmaqla, həmin qadına hələ evlənməmişdən əvvəl ondan doğulmuşdular. Henri Tüdorun taxt-taca iddiası bir sıra amillərə, nəslinin imkanları elə çox böyük olmadığına görə zəif idi və 1471-ci ildə VI Henrinin yeganə oğlu Eduardın ölümünə qədər elə bir əhəmiyyətə malik olmamışdı. Onun nəsli kral olmaq iddiasına o qədəruyğun gəlmirdi. Yalnız onun Byufort xəttindən və VI Henrinin özündən olan nəsli davam etdirə bilən iki uşaq qohumu qalmışdı. Onlar qəflətən Lankaster evinin taxt-taca iddia səlahiyyətili kişi cinsindən olan təmsilçiləri oldular.

Henri dünyaya gələndə anasının 14 yaşı var idio, yenidən ərə getdi. Henrini öz əmisi, Pembrouk hersoqu Casper Tüdor öz yanına götürdü. 1471-ci ilin mayında Taukesberi döyüşündə Lankasterlər bədbəxtcəsinə darmdağın olanda, Casper oğlanı kənddə yaşamağa götürdü və 14 yaşındakı bu qaçqın oğlan Fransadakı Bretan hersoqluğunda yaşamağı seçdi. York evi möhkəm meydana çıxmış kimi görünürdü, ona görə də Henri həyatının qalan hissəsini elə sürgündə də keçirməli olacaqdı. Ancaq III Riçardın 1483-cü ildə taxt-tacı uzurpasiya etməsi York partiyasını iki yerə böldübu, Henriyə əlverişli imkan yaratdı. Bekinqem hersoqu Henri Staffordun qiyamına dəstək vermək üçün Lankasterlər yürüş edəndə, bu cavan oğlanın köməyinə ehtiyacın yaranması, onun üçün ilk şans oldu. Henri İngiltərə sahilinə ayaq basmamışdan əvvəl, qiyam artıq məğlub edilmişdi. III Riçarda müxalif olanları birləşdirmək naminə Henri Yorkçu Elizabetə evlənəcəyini vəd etdibu vaxt Yorkçuların və Lankasterlərin koalisiyası fransızların dəstəyi ilə yaranmaqda davam edirdi, çünki III Riçard həmin dövrdə Fransaya müdaxilə etmək barədə bəzi söhbətlər etmişdi.

1485-ci ildə Henri Uelsdəki Milford limanında sahilə çıxdı və Londona tərəf irəlilədi. Əsasən öz ögey atası lord Stenlinin kralın yanından qaçıb, onu tək qoyması hesabına, Henri 22 avqust 1485-ci ildə Bosvort döyüşündə III Riçardı məğlub etdiöldürdü.

III Riçard 1452-ci ildə anadan olmuş, 22 avqust 1485-ci ildə Lesterşayədəki Bosvort döyüşündə həlak olmuşdu. O, sonuncu Yorkçu İngiltərə kralı olmaqla, 1483-cü ilin iyununda hakimiyyəti qəsb etmişdi. Müstəsna dərəcədə ziddiyyətli şəxsiyyət olmaqla o, tarixçilər tərəfindən və ədəbiyyatda müqayisəsi olmayan zorakılığa malik bir monstr kimi təsvir edilir. Müasir alimlər isə digər tərəfdən onun yaxşı potensiala malik olması kimi bir rəyə meyl edirlər. Onun reputasiyası XVI əsrdən başlayaraq siyasi təbliğat tərəfindən neqativ bir şəxs kimi qələmə verilmişdir. Bu, qədim romalılarda Hannibala nifrət yaratmaq üçün, onun əsgərlərinin insan ətini yeməsi, iyrənc kannibalizm ideyasının uydurulmasını yada salır. Riçardın ölümü YorkLankaster nəsilləri, və Qırmızı Qızılgüllər arasındakı 30 illik müharibəyə (bu müharibəni Qızılgüllərin müharibəsi adlandırırdılar) son qoyduTüdor sülaləsi hökmranlığının başlanğıcı oldu.

III Riçard 1460-cı ildə ölən York hersoqu Riçardın kiçik oğlu olmaqla, böyük qardaşı Yorkçu Eduarddan sonra o, 1461-ci ildə Klausester hersoqu oldu, zəif Lankaster monarxı VI Henrini taxt-tacdan uzaqlaşdırdı və bu vaxt hakimiyyət IV Eduarda verildi. 1470-ci ilin oktyabrında RiçardEduard Varvin qrafı Riçard Nevil tərəfindən sürgünə qovulduqraf VI Henri yenidən taxt-taca oturduldu. 1471-ci ilin martında Eduardla birlikdə İngiltərəyə qayıdan Riçard Lankasterlər üzərində çalınan iki qələbədə avanqard qüvvələrə komandanlıq etmişdi. Bu hadisə Eduardın taxt-tacının bərpa edilməsinə səbəb oldu. Belə güman edilir ki, 1471-ci ilin mayında Londonun Tauer qalasında VI Henrinin öldürülməsində Riçardın da əli var imiş. Onun sədaqətinin mükafatı kimi kral ona yüksək vəzifələr və böyük torpaq qrantları verdi.

Riçard, həmçinin, Varvinin qızı Annaya evlənməklə geniş Nevil irsinin yarısına olan öz iddiasını da saxlayırdı. 1480-ci ildə Şimali İngiltərə üzrə general-leytenant təyin edilməklə o, bu narahat regionu sakitləşdirdi və onun sakinlərinin məhəbbətini qazandı.

9 aprel 1483-cü ildə IV Eduard öləndə Riçard, Eduardın oğluvarisi, 12 yaşlı V Eduard üçün səltənətin himayəçisinə çevrildi. Tezliklə o, IV Eduardın dul arvadı Elizabet Vudvilin başçılıq etdiyi fraksiya ilə münaqişəyə girdi. Bu qadın isə azyaşlı monarxa ağalıq edirdi. Riçard onların liderlərini həbs etməklə və tezliklə edam etdirməklə Vudvillərin qüvvəsini dağıtmağa müvəffəq oldu. Riçard həm də kralın özünüonun 9 yaşlı kiçik qardaşını məhbəsə saldı. Bu vaxt London moizəçiləri inandırıldı ki, onlar elan etsinlər ki, IV Eduardın nikahı qanunsuz olmuşduronun uşaqları da qanuni övladlar deyillər və buna görə də Riçard öz qardaşının birbaşa varisi hesab olunmalıdır. 25 iyunda lordlar və Nümayəndələr Palatası üzvlərinin məclisi bu iddiaları təsdiq etdi. Sabahısı gün isə kral III Riçard öz hökmranlığına başladı.

1483-cu ilin avqustunda iki gənc prints yoxa çıxdıqda, belə şayiə gəzməyə başladı ki, onları öz əmiləri Riçard öldürmüşdür. Güclü bir güman da mövcud idi ki, şayiə fakta əsaslanır və həm də digər bir şübhə də Riçardın yaxın yoldaşı Bekinqem hersoqu Henri Staffoldun üzərinə düşürdü. Bekinqem gizli qaydada kralın əleyhinə çevrildiyindən, onu nüfuzdan salmaq üçün printsləri öldürə bilərdi. 1483-cü ilin oktyabrında Bekinqemin Cənubi İngiltərədə qaldırdığı qiyam ilk anlarda Riçard rejiminə qarşı ciddi təhlükə olsa da, tezliklə yatırıldı və qrafın özü edam edildi. Riçard öz keçmişinə ört-basdır etmək və özünə olan dəstəyi genişləndirmək üçün bu vaxt diqqətini bütünlüklə kral vəzifəsinin icrasına verdi.

O, ticarəti inkişaf etdirdi və maliyyə islahatlarını həyata keçirdi. Lakin zaman onun tərəfində deyildi, kübarlıq və kiçik torpaq sahibləri, - onların dəstəyi isə kral üçün çox vacib idi - onu legitim hökmdar kimi qəbul etməyin çətin olduğu qənaətinə gəldilər.

Bu vaxt Riçardın öz ətrafındakı düşmənləri onun rəqibi, Riçmond hersoqu Henri Tüdorla birləşdilər. Henri Tüdor Fransada sürgündə yaşamaqla, Lankasterlər tərəfindən taxt-taca iddiaçı idi. 7 avqust 1485-ci ildə Henri öz ordusu ilə Cənubi Uelsdə sahilə çıxdı, şərqə doğru irəlilədi və 22 avqustda Bosvort çölündəki döyüşdə Riçardla vuruşmağa başladı. Riçardın qüvvələri Henrininkindən böyük idi, lakin kralın daha qüdrətli kübarlarından bəziləri döyüşün həlledici anlarında çox zəif çıxış etdilər. Bu, b.e.ə. 31-ci ildəki Aktsi dəniz döyüşündə Kleopatranın öz gəmisi ilə üzüb, Mark Antonini tək qoyub qaçmasını yada salır. Onun arxasına düşən Antoni nəticə etibarilə Oktavian Avqust tərəfindən baş verən ağır məğlubiyyətlə üzləşdi və b.e.ə. 30-cu ildə Mark AntoniMisir çariçası Kleopatra özlərini intihar etməyə məcbur oldular. Qaçmaqdan imtina edən Riçard isə güclü qüvvələrə qarşı igidliklə vuruşaraq həlak oldu.

Şekspir isə özünün "III Riçard" pyesində kralı döyüş meydanından qaçmaq cəhdində ittiham edərək yazır ki, Riçard qışqırıb yalvarırdı ki, "Mənə at verin, əvəzində səltənətimin yarısını verərəm".

Henri Tüdor bu vaxt kral VII Henri kimi taxt-taca çıxdı və IV Eduardın qızı Yorkçu Elizabetə evlənməklə, Yorkçuların və Lankasterlərin iddialarını birləşdirdi.

Şekspirə və başqa müəlliflərə görə, Riçard qozbel idi, doğrudan da, onun heç bir portreti qalmamışdır. Lakin başqa bir şəhadət də vardır ki, onun bir çiyni digərindən hündür idi. Bu cəhət isə P.M.Kendalın Riçardın tərcümeyi-halı barədə yazdığında göstərilirdi.

Şekspir döyüşdə tək və ümidsiz vəziyyətdə qalan kralın haray çəkib qaçıb canını qurtarmaq üçün hətta səltənətinin yarısını vermək hesabına ona at verilməsi yalvarışını təsvir etsə də, lakin onaat verildi, nə də kral xilas ola bildi, digərləri kimi döyüşdə həlak olmaqdan da yaxasını qurtara bilmədi.

Öz irsi titulu hesabına, həm də döyüşdə Allahın ədaləti ilə taxt-taca iddia edən Henri oktyabrın 30-da taclandı, noyabr ayında isə parlament kral VII Henrinin titulunu tanıdı. Öz hüququna görə kral olmaq iddiasını həyata keçirməklə o, 18 yanvar 1486-cı ildə Yorkçu Elizabetə evləndi.

Ancaq Henrinin taxt-tacı təhlükəsizlikdən çox uzaq idi. Çox nüfuzlu Yorkçular mülkiyyətdən məhrum olmuş, rejimin dəyişilməsi nəticəsində vəzifələrindən uzaqlaşdırılmışdılar. Sağ qalan yaddaşda isə yalnız taleyin çoxsaylı dəyişikliklərə uğraması qalmışdı, axı Bosvort qərarı bir zərurət kimi meydana çıxmamışdı. Narazı Yorkçular İngiltərənin şimalında və İrlandiyada gücdənirdilər və III Riçardın bacısı, Burqundiyanın dul hersoginyası Marqaretin şəxsində güclü bir müttəfiqə malik idilər. Avropanın bütün dövlətləri Henrinin kral taxt-tacında baş çıxaracağına şübhə edirdilər, çoxu da ona qarşı olan iddiaçılara sığınacaq verməyə hazır idi. O vaxtdan etibarən öz hökmranlığının sonuna qədər gizli qəsdlər kralı cana doydururdu.

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2019.- 13 iyul. S. 22.