Şamaxı
Rəsədxanasında Kosmos Yay festivalı
İyuluın 13-də AMEA Nəsrəddin Tusi
adına Şamaxı Astrofizika
Rəsədxanasında (ŞAR) "Kosmos
Yay festivalı" keçirilib.
Festivalda əsasını gənclər
təşkil edən 120 nəfər müxtəlif yaş qruplarının
nümayəndələri iştirak
ediblər.
Təşəbbüsün
məqsədi "Bəşəriyyətin böyük
sıçrayışı" sayılan Aya
enmənin 50 illiyi münasibəti ilə
ictimaiyyət arasında bu
istiqamətdə maarifləndirmə aparılması olub.
Festival
iştirakçılarını ŞAR-ın
"Planetlər və kiçik səma
cisimləri" şöbəsinin müdiri
Ədalət Ətayi qarşılayaraq onları
rəsədxananın muzeyi ilə
tanış edib və muzeydəki ekspanatlar haqqında ətraflı məlumat verib.
Sonra iştirakçılar,
müəyyən edilmiş kamp ərazisinə aparılaraq onlar üçün
nəzərdə tutulmuş
çadırlarda yerləşdirilib. Burada
dron uçuşları izlənilib, o cümlədən, BMU
tələbələrinin hazırladığı uça bilən təyyarə nümayiş
edilib.
Daha sonra kamp ərazisindən meşəyə yürüş təşkil edilib.
Təbiət gəzintisindən sonra
iştirakçılar ŞAR-ın konfrans
zalına yollanıb. Konfransda
Ədalət Ətayi Astronomiya elmi haqqında maraqlı məruzə ilə
çıxış edib. Böyük
marağa səbə olan
məruzənin sonunda iştirakçıları
maraqlandıran suallar cavablandırıb.
Konfransın
ardınca ŞAR-ın 2 m-lik teleskopunun binasına aparılan festival iştirakçılarına burada teleskopun tarixi, onun iş
prinsipi, teleskopda
aparılan elmi tədqiqat işlərinin
nəticələri barədə geniş
məlumat verilib.
Sonda kamp
ərazsinə qayıdan festival
iştirakçıları ilə müxtəlif
əyləncəli oyunlar təşkil edilib. Tonqalın ətrafında canlı musiqi dinlənilib, geniş
elmi müzakirələr aparılıb.
525-ci qəzet.- 2019.- 17 iyul. S. 3.