“Palitra”Ədəbi Kulubunun Nəsimi günü
Ötən ilin dekabr ayından
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir
bölməsinin nəzdində fəaliyyət
göstərən “Ralitra” Ədəbi Klubu son altı ay
ərzində yazarların və Mingəçevirin
sözə-sənətə dəyər verən
ziyalılarının iştirakı ilə bir sıra
uğurlu layihələri həyata keçirməklə
növbəti addımlarını atmışdır. Hər
ayın 28-də saat 15-00-da
yaradıcılıq günü
düzənlənən kulubda indiyə
qədər Mikayıl Müşfiq,
Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadəyə
və Azərbaycan Demokratik
Cümhuriyyəti qurucularına həsr olunan
tədbirlər hamı tərəfindən razılıqla
qarşılanmışdır. Sovetlər
dönəmində Mingəçevirdə zəhmət
adamlarının böyük
rəğbətini qazanan “Kür”
ansablının AYB Mingəçevir bölməsinin
nəzdində veteran müğənni Ağagül Əliyevin rəhbərliyi
ilə yenidən fəaliyyətə başlaması da, “Palitra” Ədəbi Klubunun ən önəmli işlərindən
biri hesab olunur.
Klubun iyun ayının sonlarında
keçirilən növbəti yaradıcılıq günü isə Azərbaycanın
görkəmli klassik şairi
İmadəddin Nəsiminin anadan
olmasının 650 illiyinə həsr olunmuşdur.
Yerli
yazarların, ziyalı və ədəbiyyatsevərlərin
qatıldıqları tədbiri AYB Mingəçevir
bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq,
İmadəddin Nəsiminin qələmə aldığı
əsərləri ilə orta əsr
Azərbaycan ədəbiyyatına misilsiz söz töhfələri bəxş etməklə
yanaşı, həm də şanlı tariximizdə
sənətin qəhrəmanlıq simvolu kimi dəyər qazandığını,
məhz elə buna görə də
zamanın fövqündə dayandığını
vurğulamışdır.
Mingəçevir
Dövlət Universitetinin müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, İmadəddin Nəsiminin
tanınmış tədqiqatçılarından biri hesab olunan
Əbülfət Həsənoğlu (Ədilov)
“İmadəddin Nəsimi Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsidir” mövzusunda
çıxış etmiş, şairin bu günün
özündə də böyük maraq doğuran
əsərlərinin təsir gücündən söz açmış, ayrı-ayrı
qəzəllərini əzbərdən söyləmiş,
tədbir iştirakçılarının çeşidli
suallarını cavablandırmışdır.
AYB-nin üzvü, tanınmış şair Elşən Əzim isə Fəzullah
Nəimidən sonra hurifiliyin
təriqət başçısı kimi bütün şərq aləmində
məşhurlaşan Nəsiminin edamı ilə bağlı bir sıra məsələlərə
aydınlıq gətirmiş, təkcə respublikamızda deyil, eyni zamanda
yaxın şərqdə,-o cümlədən bir sıra Avropa
ölkələrində şairin
ədəbi irsinə və şəxsiyyətinə
yönəlik maraqdan söz
açmışdır.
“Palitra”
Ədəbi Klubunun həmsədri Eyyub Cabbaroğlu,
şairlərdən Bəhman Gülövşəli,
Məmməd Mərzili, Mingəçevir Dövlət Universitetinin dosenti,
fəlsəfə doktoru Mehman
Rəsulov, ədəbiyyatsevərlərdən
Məhəmməd Fərzəliyev, Ağabala
Salahlı və Rəşid Rəsulov da öz çıxışlarında
Nəsimi poeziyasının təsir gücünü,
ölkəmizdə onun xatirəsini zaman-zaman əziz tutan
xalqımızın və ölkə
başçısının sözə-sənətə verdiyi dəyərləri yüksək
qiymətləndirmişlər.
Elşən Əzim və
Bəhman Gülövşəlinin ayrı-ayrılıqda İmadəddin Nəsimiyə həsr
etdikləri rəngli
şəkillər də hamı tərəfindən maraqla qarşılanmışdır.
Sonda AYB
Mingəçevir bölməsinin sədri İsmayıl
İmanzadə İmadəddin Nəsiminin
yaradıcılığını və
şəxsiyyətini yüksək dəyərləndirən
həmkarlarına təşəkkürünü bildirmiş, klubun iyul ayının 28-də
küçirilməsi nəzərdə tutulan
növbəti məşgələsinin çağdaş Azərbaycan
ədəbiyyatında görkəmli şair
və nakam ömür
sahibləri kimi tanınan Əli Kərim,
Sərdar Əsəd və Vaqif
İbrahimə həsr ediləcəyini
vurğulamışdır.
Zümrüd Rəhimova Azərbaycan
Yazıçılar Birliyinin üzvü
525-ci qəzet.- 2019.- 17 iyul. S. 12.