"Yazıçı"nın
yeni xüsusi sayı Nəsimiyə həsr olunub
"Yazıçı" dərgisinin
böyük şair İmadəddin Nəsimiyə
həsr etdiyi ayrıca buraxılışı
bu ilin iyul
ayında işıq üzü görüb.
Dərginin üz qabığında
Mikayıl Abdullayevin mütəfəkkir şairə
həsr elədiyi yağlı boyayla çəkdiyi rəsmi və Nəsiminin "Söz" qəzəli verilib.
Dərginin ikinci səhifəsindən başlayaraq
ədəbiyyatşünas, araşdırıcı, yazıçı
və şairlərdən
Salman Mümtaz, Rəsul Rza, Əkrəm Cəfər, İsa Hüseynov, Anar, Qabil, Ramiz
Qusarçaylı, professor R.Azadə,
Yavuz Akpınar, Məmməd Aslan, Mikayıl Quluzadə, Yusif Seyidov, Samət Əlizadə, Əliyar Səfərli, Əlisa Nicat, Əli Rza Xələfli,
Rafael Hüseynov, İsa
Həbibbəyli, Səyyad
Aran, Kamran Məmmədov, Möhsün
Nağıoğlu, Əhməd
Qəşəmoğlu, Xanəmir
Telmanoğlu, Ayişə
Nəbi, Ramil Quliyev, Oktay Abdulla, Balayar Sadiq, Zümrüd Quluzadə, Hikmət Məlikli, Sədaqət Şıxıyeva,
Zahid Sarıtorpağın
Nəsimi haqqında bir-birinə bənzəməyən maraqlı
yazıları əks
olunub. Azərbaycan, eləcə də
xarici rəssam və heykəltəraşların,
xalça ustalarının
Nəsimiyə həsr
etdiyi əsərləri
görüntü və
məna baxımından
dərgiyə ayrıca
gözəllik verib.
Sonuncu səhifədə Nəsiminin "Dünya duracaq yer deyil,
ey can, səfər eylə" misrasıyla başlanan məşhur qəzəli, dərginin baş redaktoru Azər Abdullanın böyük şairə həsr etdiyi essesi və yağlı boyayla çəkdiyi rəsmi öz əksini tapıb.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 17 iyul. S. 12.