"Sonuncu"
Xaçmazda maraqla
qarşılanıb
"YUĞ"
Dövlət Teatrının
kollektivi Xaçmaz şəhərində qastrolda
olub.
Teatrdan bildirilib ki, səfərdə teatrın
kollektivi yazıçı-dramaturq
Pərvinin "Sonuncu"
tamaşası ilə
çıxış edib. Xalq artisti Ramiz Həsənoğlunun
quruluşunda hazırlanan
tamaşada rolları Əməkdar artist Fərhad
İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa ediblər.
Səhnə əsərinin quruluşçu
rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı
Nana-Burxan, musiqi tərtibatçısı Əlibala
Qasımovdur. Qrafika işləri
Əhməd Məcidov
və Nazim Sadıqova məxsusdur.
A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış
pyesdə hadisələr
müasir dövrə
uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir
baxış bucağından yanaşmağa
çalışıblar.
Tamaşada qocaman aktyor
Əlisöhbət Qələndərlinin timsalında sənət
adamlarının taleyi,
yaşantıları və düşüncələri ifadə
olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini
dərk etmiş insanın faciəsi
qabardılır.
525-ci qəzet.-
2019.- 19 iyul. S. 8.