"YUĞ"
Şamaxıya "Sonuncu" ilə gedib
"YUĞ" Dövlət Teatrının kollektivi Şamaxı şəhərində qastrolda olub. Səfərdə teatrın kollektivi yazıçı-dramaturq Pərvinin "Sonuncu" tamaşası ilə çıxış edib. Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa ediblər. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
A.P.Çexovun
yaradıcılığından bəhrələnərək
yazılmış pyesdə hadisələr müasir dövrə
uyğunlaşdırılıb. Müəlliflər sənətkar
taleyi məsələsinə müasir baxış
bucağından yanaşmağa çalışıblar.
Tamaşada
qocaman aktyor Əlisöhbət Qələndərlinin
timsalında sənət adamlarının taleyi,
yaşantıları və düşüncələri ifadə
olunub. Burada ömrünü
sənətə həsr etmiş və
yaşının ixtiyar
çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.
525-ci qəzet.- 2018.- 20 iyul.- S.11.