Mətbuat tariximizin publisistikamızın araşdırılması yolunda

 

AMEA NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU MƏTBUAT TARİXİ VƏ PUBLİSİSTİKA ŞÖBƏSİNİN YARADLMASINDAN 5 İL KEÇİR

 

KİVDF Layihəsi

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu çətin şərəfli yol keçib.

 İnstitut zəngin, çoxşaxəli araşdırma ənənələri  ədəbiyyatşünaslıq elminin fədakar alimlərinin istedadı, bacarığı işgüzarlığı sayəsində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin tarixi qatlarının aşkarlanması, qorunması gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər görür. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra institutda aparılan tədqiqat işləri milli istiqlal məfkurəsinin, azərbaycançılıq ideologiyasının işığında araşdırılır.

Azərbaycan elminin sistemli, davamlı fundamental şəkildə araşdırılmasını stimullaşdıran prioritet məsələlərdən biri onun mükəmməl struktur vahidlərinin yaradılması kadrların potensial gücündən doğru səmərəli şəkildə istifadədir. Məhz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi inkişaf yolunun müəyyənləşməsi, mühüm nailiyyətlərin əldə edilməsi böyük uğurlara imza atılması akademik İsa Həbibbəylinin düzgün, prinsipial mövqeyi uğurlu fəaliyyəti ilə həyata keçirilir. Son beş-altı ildə institutun bir çox uğurlara imza atması da  akademik İsa Həbibbəylinin öz işinə qəlbən bağlanması böyük yaradıcı potensiala malik olması ilə izah oluna bilər.

Akademikin institutda fəaliyyətə başladığı dövrdən bir təşkilatçı kimi imza atdığı ən önəmli işlərdən biri onun təşəbbüsü ilə bir neçə şöbənin yaradılmasıdır. Böyük zərurətin nəticəsi kimi onun 2014-cü ilin 24 iyununda yaratdığı Mətbuat tarixi publisistika şöbəsi Azərbaycan milli mətbuatımızın açılmamış səhifələrinin aşkarlanması xalqa çatdırılması istiqamətində mühüm işlər görür. Şöbənin tarixinə nəzər saldıqda məlum olur ki, ayrı-ayrı dövrlərdə bu missiyanı həyata keçirən müxtəlif adlar altında fəaliyyət göstərən şöbələr olmuş, təəssüf ki, onlar uzun müddət fəaliyyət göstərə bilməmişlər. Məsələn, professor Məmmədağa Şirəliyevin rəhbərlik etdiyi İnstitut Elmi Şurasının 1961-ci il 1 iyul tarixli qərarı ilə Dövri Mətbuat Biblioqrafiya şöbəsi yaradılmış mollanəsrəddinçi alim, professor Nazim Axundov bu qurumun müdiri vəzifəsinə təyin edilmişdir. Şöbə 10 il fəaliyyət göstərmiş milli mətbuatımızın araşdırılması istiqamətində xeyli işlər görərək "Azərbaycan dövri mətbuatı", "Azərbaycan satira jurnalları", "Satirik "Zənbur" jurnalı", "Məktəb jurnalında ədəbiyyat məsələləri" ("Dəbistan", "Rəhbər", "Məktəb"), "Azərbaycan ədəbiyyatının inkişafında "İnqilab mədəniyyət" jurnalının rolu"  başqa tədqiqatlar, "Mirzə Ələkbər Sabir", "Cəfər Cabbarlı", "Səməd Vurğun" kitablarını nəşr etdirmişdir.

1971-ci ildə Dövri Mətbuat Biblioqrafiya şöbəsinin fəaliyyəti dayandırılır qurumun biblioqrafiya hissəsi Mətnşünaslıqla birləşdirilir.

15 illik fasilədən sonra yenidən professor Yaşar Qarayev 1986-cı ildə İnformasiya Biblioqrafiya şöbəsi yaradır, professor İslam Ağayev qurumun müdiri təyin edilir. Müstəqilliyin ilk dövrlərində maliyyə böhranı bir sıra şöbələrlə yanaşı, bu qurumun da ləğvinə gətirib çıxarır.

Nəhayət, 2014-cü ilin 24 iyununda təşkil edilən Mətbuat tarixi publisistika şöbəsi yaradılır bu quruma filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli rəhbərlik edir. Çox keçmir ki, 2014-cü ilin oktyabr ayından filologiya elmləri doktoru, professor Asif Rüstəmli şöbənin müdiri təyin olunur. O, 2019-cu ilin oktyabrına kimi burada fəaliyyət göstərmiş, bu dövr ərzində şöbə əməkdaşları tərəfindən "Mətbuat tarixi publisistika məsələləri" (2016) adlı elmi məqalələr toplusu hazırlanmış akademik İsa Həbibbəylinin ön sözü ilə işıq üzü görmüşdür. Bununla yanaşı, şöbə əməkdaşlarından elmlər doktorları Asif Rüstəmli, Elçin Mehrəliyev, fəlsəfə doktoru Ayaz Vəfalı, Rauf Sadıxov, Gülbəniz Babayeva, elmi işçilər mərhum Müştəba Əliyev, Aynurə Paşayevanın (indi filologiya üzrə fəlsəfə doktoru) Şəbnəm Şəfizadənin iştirakı ilə "Ziyayi-Qafqaziyyə" "Kəşkül" qəzetləri müasir əlifbaya transfoneliterasiya edilmiş, "Molla Nəsrəddin" jurnalının ensiklopediyası üçün sözlük hazırlanmış, "Azərbaycan mətbuatının salnaməsi" üzərində aparılmış, "Həqiqəti-əfkar" qəzetinin tam dəsti Sankt-Peterburq arxivindən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna gətirilmiş tədqiqata cəlb edilmişdir. Bütün bunlardan əlavə, "Yaşıl yapraklar" (1922) dərgisi nəşrə hazırlanmış, "Ədəbiyyat qəzeti" ədəbi-mədəni mühit", "İstiqlal" qəzeti gizli istiqlalçılar, "Hacı İbrahim Qasımovun publisistikası", "Multikultural mühitin sınaq dövrü həqiqətləri publisistikada", "Azərbaycan" jurnalında publisistika məsələləri s. monoqrafiyalar nəşr edilmişdir.

 

Mətbuat tarixi publisistika şöbəsinin təşkilatçılığı ilə "Ziya" qəzetinin  müasir əlifbaya transfoneliterasiyasının nəşrinin təqdimat mərasimi (mart, 2015), "Mirzə Cəlal Yusifzadə" "Həqiqəti-əfkar" qəzeti" (iyul, 2015), "Molla Nəsrəddin" jurnalının 110 illiyi münasibətilə "Sizi deyib gəlmişəm..." (aprel, 2016), "Heydər Əliyev Azərbaycan mədəniyyəti" (may, 2016) başqa mövzularda elmi konfranslar keçirilmişdir. Şöbənin fəaliyyəti dövründə "Zirədən başlanan yol", "Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı mühiti" (2018), "Cəfər Cabbarlı milli istiqlal hərəkatı" (2018), "Ədəbiyyatşünaslıq elminin məbədi" (akad. İsa Həbibbəyli ilə müştərək) (2018), Gülnar Səmanın "Müstəqillik dövrü Azərbaycan poemaları" (rus dilində) (2018), "Sözümüz sözdür" (2019), Təhminə Vəliyevanın  "Nitq etiketləri Azərbaycan dilində Azərbaycan dili tədrisində" (ingilis dilində) (2018) kitabları çap olunmuşdur. Şöbə əməkdaşlarının yüzlərlə elmi məqalələri həm ölkə daxilində, həm onun hüdudlarından kənarda nəşr edilmiş bu gün bu proses davam etməkdədir.

Mətbuat tarixi publisistika şöbəsinin uğurlarından biri akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu satirik mətbuatımızın zirvəsi olan "Molla Nəsrəddin" jurnalının ensiklopediyasının hazırlanması prosesinin başa çatdırılmasıdır. Yaxın zamanlarda bu fundamental söz abidəmizin ensiklopediyası işıq üzü görəcəkdir ki, bu da böyük Mirzə Cəlilin 150 illik yubileyinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə əməkdaşlarının layiqli töhfəsidir. Eyni zamanda, filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Gülbəniz Babayevanın bu yaxınlarda çapa hazırladığı "Molla Nəsrəddin milli-mənəvi dəyərlər" adlı monoqrafiyası da böyük realist sənətkarın yubileyinə hədiyyə edilmişdir.

Mətbuat tarixi publisistika şöbəsi kadrların yeniləşməsi ilə diqqəti cəlb edir. Son illərdə elmi işçilər Loğman Rəşidzadə, Gülnar Qasımlı, Dilbər Rzayeva kiçik elmi işçi Təhminə Vəliyevanın şöbəyə gəlişi kadr potensialının gücünü daha da artırmışdır.

2018-ci ilin oktyabrından professor Asif Rüstəmli Ali Attestasiya Komissiyasında vəzifəyə təyin olunduqdan sonra şöbəyə filologiya elmləri doktoru, professor Vüqar Əhməd rəhbərlik edir. Şöbə əvvəl olduğu kimi, bu gün milli mətbuat tariximizin araşdırılması tədqiqi istiqamətində böyük işlər görür. Professor Vüqar Əhmədin, filologiya üzrə fəlsəfə doktoru  Gülbəniz Babayevanın, elmi işçi Gülnar Qasımlının milli televiziya radio vasitəsilə mətbuat tariximizin təbliği istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Fikrimi akademik İsa Həbibbəylinin şöbə haqqında söylədiyi bu xoş sözlərlə bitirmək istəyirəm: "Əminliklə vurğulamaq olar ki, Mətbuat tarixi publisistika şöbəsini yaratmaqla yanlışlığa yol verilməyib, yeni qurum zərurət baxımından artıq özünütəsdiq mərhələsinə qədəm qoyub. Şöbənin əməkdaşlarının fəaliyyətini təqdir edir, gələcəyinə böyük ümidlər bəsləyir onlara elmi araşdırmalarında uğurlar arzulayıram!"

Biz bu istəklərə qoşulur fəaliyyətə başlamasının 5 ilini qeyd edən  Mətbuat tarixi publisistika şöbəsinin əməkdaşlarına şərəfli məsuliyyətli  işlərində müvəffəqiyyətlər arzulayırıq!

 

Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi publisistika şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 20 iyul. S. 21.