Milli Kitabxanada Mətbuat
Günü sərgisi
Həsən
bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi
"Əkinçi" qəzeti ilə ilk Azərbaycan milli
mətbuatının əsası qoyulub.
1875-ci il iyulun
22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı
işıq üzü görmüş
"Əkinçi" qəzeti xalqımızın milli
oyanışında, milli birliyinin
möhkəmlənməsində böyük rol oynayıb,
bütün dövrlərdə həqiqət
carçısı olub. 1991-ci ildən 22 iyul
tarixi Azərbaycanda Milli Mətbuat günü kimi qeyd
olunmağa başlandı.
Bu
münasibətlə iyul ayının 22-də Azərbaycan
Milli Kitabxanasında "22 İyul - Milli Mətbuat və
Jurnalistika Günü" adlı geniş kitab sərgisi
açılıb.
Sərgidə
Həsən bəy Zərdabinin əsərləri, haqqında
yazılan kitablar, Azərbaycanın milli mətbuat tarixini
əks etdirən ədəbiyyatlar, dövri mətbuat
materialları nümayiş olunur.
Sərgi
bir həftə davam edəcək.
525-ci
qəzet.- 2019.- 24 iyul. S. 8.