Əyyub Quliyev opera artistlərinin
beynəlxalq müsabiqəsində münsiflik edib
Əyyub Quliyev opera artistlərinin
beynəlxalq müsabiqəsində münsiflik edib<b
style="color:red"></b>
Sankt-Peterburqda Georgiy Ots adına
opera artistlərinin III Beynəlxalq müsabiqəsi
böyük uğurla keçərək yekunlaşıb.
Müsabiqədə bu il rekord sayda
iştirakçı qeydə alınıb. İki gün
ərzində Avropa, Asiya və hətta, Afrika qitəsini
təmsil edən 160 nəfərə yaxın müğənni
çıxış edib.
Sankt-Peterburq şəhər
hökümətinin və Mədəniyyət komitəsinin
təşkilatçığı ilə baş tutan
müsabiqə Georg Otsa yaradıcılığına
istinadən iki müxtəlif nominasiyada - "opera" və
"operetta" janrlarında keçirilib.
Müsabiqədə iştirak
edən gənc vokalistlərin seçimini aparmaq
üçün dünyanın müxtəlif
teatrlarının bədii rəhbərləri, nüfuzlu
musiqi agentliklərinin başçılarının təmsil
olunduğu münsiflər heyəti dəvət olunub.
"La Skala" teatrının
musiqi rəhbəri Luka Tarjettinin (İtaliya) rəhbrlik etdiyi
heyətdə Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının baş dirijoru və musiqi rəhbəri,
Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev də
vardı. Münsiflər gənc vokalçıları hər
gün 15-16 saat dinləyərək qiymət veriblər.
Nəticədə
Almaniya, Rusiya və Özbəkistan nümayəndələri
müsabiqənin laureatları seçiliblər.
"Opera" nominasiyasında
birinci yeri Quri Quryev (Rusiya), ikinci yeri Darya Rositskaya
(Rusiya), üçüncü yeri isə İvan
Şerbatıx (Almaniya) və Akılbek Piryazov (Özbəkistan)
tutub. "Operetta"' janrında isə Laura Minen (Almaniya)
və Oleq Fedonenko (Rusiya) qalib gəlib.
Müsabiqənin bütün
turları və bağlanış mərasimi Sankt-Peterburq
Dövlət Kapellasında Sankt-Peterburq Akademik Simfonik
orkestrinin müşayiətilə keçirilib.
525-ci qəzet.-
2019.- 24 iyul. S. 9.