Azərbaycan-Qırğızıstan mədəni
əlaqələri genişlənir
İyulun 24-də Mədəniyyət
naziri Əbülfəs Qarayev Qırğızıstan Milli
Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovun
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycan ilə
Qırğızıstan arasındakı mədəni əlaqələrdən
söz açılıb.
Ölkəmizdə mədəniyyətə
və ədəbiyyata dövlət tərəfindən
göstərilən diqqət və qayğıdan
danışan Əbülfəs Qarayev bu dəstəyin
yaradıcı insanlara böyük stimul verdiyini qeyd edib. Bildirib ki, dövlətin dəstəyi ilə
Azərbaycan ədəbiyyatının tanınmış
nümayəndələrinin əsərləri ölkəmizdə
və xaricdə nəşr olunaraq təbliğ edilir.
Nazir vurğulayıb
ki, Azərbaycanda təşkil edilən beynəlxalq kitab sərgiləri,
xarici yazıçıların əsərlərinin tərcüməsi,
eləcə də TÜRKSOY-la birgə bu istiqamətdə həyata
keçirilən layihələr türkdilli xalqların
ümumi ədəbi inkişafına töhfələr verir.
Qırğızıstan
Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov
öz növbəsində səmimi qəbula görə təşəkkür
edərək bildirib ki, Azərbaycanda olduqları müddətdə
mədəniyyətimizlə yaxından tanışlıq
olmaq imkanı qazanıblar. Xalqımızın milli mədəni irsinə
bağlılığı onları heyran edib.
Qonaq təmsil etdiyi
ququmla Azərbaycan Yazıçılar Birliyi arasında əlaqələrin
inkişafından danışaraq deyib ki, yaxın günlərdə
iki yaradıcı ittifaq arasında memorandumun imzalanması nəzərdə
tutulub. Xalqlarımız arasındakı dil və mədəniyyət
yaxınlığından danışan Nurlan Kalıbekov
ölkəmizə səfərinin məhsuldar keçdiyini
diqqətə çatdırıb. Bildirib ki, iyulun 22-də
Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan-qırğız
ədəbi əlaqələri dünən, bu gün və
sabah" mövzusunda dəyirmi masa təşkil edilib və tədbirdə
"Gənc qırğız şeiri antologiyası" təqdim
olunub.
Qırğızıstan
Milli Yazıçılar Birliyinin sədri vurğulayıb ki,
eyni kökdən olan xalqlar daha sıx əməkdaşlıq
etməli, qloballaşma dövründə bir-birini daha
çox dəstəkləməlidirlər.
Görüşdə Manas Universitetinin əməkdaşı,
Dünya Gənc Türk Yazarlar Birliyinin qırğız təmsilçisi
Altınbek İsmail, "Manas" radiosu mədəniyyət
proqramının redaktoru, şair Jıldızbek Tursunbayev,
şair-tərcüməçilər Nuriza Ömürbayeva,
Narsulu Qurqubayeva, Azərbaycan Milli Məclisinin üzvü
Cavanşir Feyziyev və Bakıdakı Atatürk Mərkəzinin
şöbə müdiri, şair-publisist Əkbər
Qoşalı iştirak ediblər.
525-ci qəzet.- 2019.-
26 iyul. S. 3.