Ədəbiyyat İnstitutunda qırğız
yazarlarla görüş oluba
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılğı
ilə Qırğızıstandan gəlmiş yazarlarla
görüş keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəyliaçaraq qardaş ölkədən
gəlmiş qonaqları salamlayıb. Akademik
çıxışı zamanı qeyd edib ki,
Qırğızıstan Azərbaycana qardaş ölkədir,
bu iki ölkə arasında böyük əlaqələr
var.Qırğızıstanla Azərbaycan arasında ən
böyük körpü Çingiz Aytmatovdur. Biz onu həm də
Azərbaycan yazıçısı hesab edirik. Eyni zamanda
“Manas” eposu da Azərbaycanda öyrənilir.
Akademik həmçinin bildirib ki,
keçən il İssıkulda keçirilən konfransda
institutun elmi katibi Mehman Həsənli ilə iştirak ediblər.
Mehman Həsənlinin qırğız ədəbiyyatı ilə
bağlı dissertasiya müdafiə etdiyini, Çingiz
Aytmatovun əsərlərini Azərbaycan türkcəsinə
uyğunlaşdırdığını nəzərə
çatdırıb. Akademik İsa Həbibbəyli Dünya Gənc
Türk Yazarlar Birliyinin və Əkbər Qoşalının
bu istiqamətdə gördüyü işləri də
yüksək qiymətləndirib.
Sonra Qırğızıstan
Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov
çıxış edərək Elmlər Akademiyasında
belə bir görüşdən məmnun
qaldığını bildirib.
DGTYB-nın Məsləhət
Şurasının başqanı Əkbər Qoşalı da
Ədəbiyyat İnstitutunda bu cür görüşlərin
keçirilməsinə şərait yaratdığı
üçün institut rəhbərliyənə təşəkkürlərini
bildirib. Həmçinin DGTYB tərəfindən həyata
keçirilmiş layihələr haqqında hərtərəfli
məlumat verib. Əkbər Qoşalı xatırladıb ki,
ötən il qazaxların gənc yazarlarının əsərləri
dilimizə çevrilərək çap olunmuşdu, bu il isə
“Gənc qırğız şeiri antologiyası” işıq
üzü görüb.
Tədbirdə iştirak edən
Qırğızıstanın gənc yazarlarından
Altınbek İsmail, Nuriza Ömürbayeva, Narsulu Qurqubay,
Bekbolat Sarıbay da çıxış edərək öz
şeirlərini səsləndiriblər.
Eyni zamanda, Ədəbiyyat İnstitutunun
Türk xalqları ədəbiyyatı şöbəsinin əməkdaşlarından
İsmixan Osmanlı və Mehman Həsənli də
çıxış edərək Azərbaycanda
ümumtürk ədəbiyyatının öyrənilməsi
istiqamətində görülən işlərdən
danışıblar.
Tədbirin sonunda qarşılıqlı
şəkildə hədiyyələr təqdim olunub.
525-ci qəzet.- 2019.-
26 iyul. S. 6.