"Səma"dan daha bir xoş səda

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin "Səma" rəqs kollektivi Türkiyənin İnegöl şəhərində keçirilən 32-ci Beynəlxalq Mədəniyyət İncəsənət Festivalında iştirak edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, festival Türkiyə Cümhuriyyətinin İnegöl Bələdiyyəsi tərəfindən təşkil olunub.

Festival çərçivəsində İnegölün müxtəlif bölgələrində rəqs kollektivinin çıxışları olub, həmçinin həmin bölgələrin rəsmi nümayəndələri ilə görüş keçirilib. Rəsmi nümayəndələrlə görüşlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Sücaət Piriyeva təmsil edib.

Mədəniyyət Mərkəzinin "Səma" rəqs kollektivinin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın sonuncu günü "Səma" rəqs kollektivi fəal iştirakına görə təltif olunub.

 

 

Mədəniyyət.- 2019.- 27 iyul. S. 9.