Mədəniyyət İncəsənət Universiteti Milli Yaylaq Festivalında təmsil olunub

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti (ADMİU) Milli Yaylaq Festivalında təmsil olunub.

ADMİU-dan verilən məlumata görə, Gədəbəyin Miskinli yaylağı ərazisində təşkil olunan festivalda universitetin Rəssamlıq fakültəsinin dekanı sənətşünaslıq üzə fəlsəfə doktoru Sevil Kərimova, dekan müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, Dizayn Dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz universitetin tələbələri fəal iştirak ediblər.

 Dizayn ixtisası üzrə təhsil alan tələbələr Fidan Cəfərova, Teyyub İskəndərzadə Günay Rüstəmovanın əsərləri festival iştirakçılarının xüsusi marağına səbəb olub. Tələbə rəssamlar azyaşlı ziyarətçilərə dərs keçiblər.

Açılış mərasiminin sonunda ADMİU-nun tələbələrinə Mədəniyyət Nazirliyinin sertifikatları təqdim olunub.

Qeyd edək ki, mədəni-etnoqrafik və eko-etnoturizmi özündə birləşdirən Milli Yaylaq Festivalı iyulun 26-dan 28-dək davam edib.

Tədbir Gədəbəy Rayon İcra Hakimiyyəti, “Cavad xanTarix və Mədəniyyət FonduTürk İşbirliyiKordinasiya Agentliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Mədəniyyət, Kənd Təsərrüfatı nazirlikləri, Atcılıq Federasiyasının dəstəyi ilə baş tutub. Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən, yerlixarici turistlər, adamları, diplomotik korpusmedia nümayəndələri iştirak ediblər.

Festival çərçivəsində milli rəqs, xalq mahnıları, aşıq deyişmələri, qədim xalq oyunları, tətbiqi sənət nümunələri təqdim olunub, eləcə də yaylaq kulinariyası, müxtəlif sərgilər təşkil edilib. Həmçinin, Azərbaycanda yaşayan müxtəlif etnik qruplar üzrə kollektivlərin mədəni proqramlarını və nümunəvi çıxışlarını özündə birləşdirən mədəni etnoqrafik tədbirlər keçirilib.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2019.- 31 iyul.- S.5.